– Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, dünyanın müxtəlif ölkələrindən olan bir qrup azad insanlar Beynəlxalq Yer Kürəsi Günündə Parisə toplaşaraq sionist rejimin 70 illik təcavüz və işğalçılığı əleyhinə aksiya keçirdilər.
Aksiya iştirakçısı deyib: Mən Hollandiyadan gəlmişəm. Keçmişdə Afrikanın Aparteydini pislədiyimiz kimi, indi də İsrail rejiminin aparteydini pisləyirik.
Başqa bir aksiyaçı deyib: Biz bura gəlmişik ki, İsrailin cinayətlərini pisləyək. Bu rejim fələstinlilərlə quldan da pis davranır.
Digər bir aksiya iştirakçısı deyib: Bura sionist məskən salma və işğalçılıqdan bezdiyimizi əks etdirməyə gəlmişik və bu rejimə sanksiya tətbiq edilməsini istəyirik.
Başqa bir aksiyaçı deyib: Mən bura İsrailin məskən salmasına tam qarşı olduğumu elan etməyə gəlmişəm. Ümid edirəm ki, Avropa rəsmiləri də bizim səsimizi eşidəcəklər.
Başqa bir iştirakçı bildirib: Yaşasın İran İslam Respublikası. Allah İmam Xomeyniyə rəhmət eləsin. Seyid Əli Xameneiyə və Seyid Həsən Nəsrullaha, İran, İraq, Suriya, Fələstində və dünyanın hər bir yerində müqavimət bayraqdarlarına salam və eşq olsun.
Qeyd edək ki, aksiya iştirakçıları Avropa ölkələrinin liderlərindən özlərinin Avropa Birliyində sionist rejimin məhsullarının boykot edilməsinə dair tətbiq etdikləri qanuna sadiq qalmalarını istəyiblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır