Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

ŞİƏ MƏZHƏBİNİN BƏDAYA olan BAXIŞI

ŞİƏ MƏZHƏBİNİN BƏDAYA olan BAXIŞI

Bəda dedikdə, şiə məzhəbinin davamçıları nəyinsə zahir olmasını və aşkara çıxmasını nəzərdə tuturlar. Yə᾽ni, bəşəriyyətə mə᾽lum olmayan şeyləri Allah-taala aşkara çıxararaq, onları bilmədiklərindən agah edir.

Bədanın yaratmaq və xəlq etmək mə᾽nalarında işlənməsinin də hər iki ayə ilə əlaqəsi vardır. Çünki bir şeyi yaratmaq, sözün əsl mə᾽nasında həmən şeyi zahir etmək və aşkara çıxarmaq deməkdir.

Əhli-sünnə mənbələrində nəql olunmuş bir çox rəvayətlərdə bəda məhz bu mə᾽nada işlənmişdir. Necə ki, Buxari, Əbu Əmirdən, o da Əbu Hüreyrədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurur: Bəni-İsraildən üç nəfər şəxsin biri korluq, digəri keçəllik, başqa birisi isə qotur xəstəliyinə düçar olmuşdu. Bəda baş verdi və onlar ilahi imtahanla sınanmalı oldular. Beləliklə Allah tərəfindən onlara mələklər göndərildi...

Bədanın belə bir mə᾽na daşıdığının Qur᾽anın bir çox ayələrində də şahidi oluruq.

الآنَ خَفَّفَ اللّهُ عَنكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا

«[Ey mö᾽minlər!] İndi Allah yükünüzü yüngülləşdirdi [aşkar etdi]. Çünki O sizdə zəiflik olduğunu bilirdi.» (8/66).

لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَى لِمَا لَبِثُوا أَمَدًا

«İki tayfadan [mö᾽minlərdən və kafirlərdən] hansının onların [mağarada] qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün...» (18/12).

لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

«Biz yer üzündə olanları onun [sakinləri] üçün bər-bəzək yaratdıq ki, onlardan daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək.» (18/1).

Əhli-sünnə mənbələrində nəql olunmuş rəvayətlərdə də göstərilir ki, dua edib sədəqə vermək (yoxsullara maddi yardım etmək) insan taleyində dəyişiklikliyə səbəb olur. Əgər insanlar Allahın istək və iradəsi ilə əlaqələndirmədən gələcəkdə baş verəcək hadisələrdən qəti xəbər versəydilər, bunu qəti qəza və qədər adlandırmalı olacaqdıq. Bu da bir qədər əvvəl haqqında söhbət açdığımız üç hissədən ibarət olan qəza və qədərin ikinci hissəsini təşkil edir.

Gələcəkdə baş verəcəyinə dair verilmiş bu kimi xəbərlər bəda və dəyişiklik baş vermədən həyata keçəcəkdir. Çünki Allah insanları baş verəcək hadisələrdən agah etdikdən sonra dəyişikliklərə yol verməklə Öz peyğəmbərini və əməli-saleh bəndələrini e᾽tibar baxımından onların nəzərindən salmır.

Əgər bir şeyin baş verəcəyindən xəbər versələr, amma onun Allahın istək və iradəsindən asılı olaraq müəyyən şərtlər əsasında həyata keçəcəyini desələr, özü də bu şərtlər o xəbərdə göstərilən əlamətlər olsa və burada digər xarici əlamətlərdən də istifadə edilsə, onda burada bəda və dəyişikliklərə də ehtimal vermək olar. Yox, əgər Allahın istək və iradəsi bu kimi xəbərlərin əksinə olaraq həyata keçməzsə, yenə də bunu yalan hesab etmək olmaz. Bunu Allahın istək və iradəsindən xaric olan gələcək haqda verilən xəbər də adlandıra bilərik. Çünki qeyd etdiyimiz kimi, baş verəcək hadisələrin əsas şərti bundan ibarətdir ki, Allahın istək və iradəsi ilə ziddiyyət təşkil etməmiş olsun.

Əyyaşi bu haqda Əmr ibni Həməldən nəql etdiyi rəvayətdə deyir: Əli (ə) aldığı qılınc yarasından ölüm ayağında olduğu zaman məni yanına çağırıb buyurdu: «Əmr! Tezliklə dünyamı dəyişib sizi tərk edəcəyəm. Agah olun ki, hicrətin yetmişinci ilində böyük çətinliklərlə qarşılaşacaqsınız.»

Əmr deyir: Əli (ə)-dan soruşdum: Bundan sonra çətinliklər aradan qalxacaqmı?

Buyurdu: «Bəli, aradan qalxacaqdır.»

Sonra bu ayəni tilavət etdi:

يَمْحُو اللّهُ مَا يَشَاء وَيُثْبِتُ وَعِندَهُ أُمُّ الْكِتَابِ

«Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar». (13/39).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment