Azəri
Saturday 29th of June 2024
0
نفر 0

NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR

NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR

«Tələb» kəlməsindən əldə etdiyimiz mə᾽na «nəyinsə əldə olunması üçün çalışmaq və sə᾽y etməkdən» ibarətdir.

Bu səbəbdən bir şəxs çalışmadan deyə bilmərik ki, filan şəxs «itirdiyini və ya axirət gününün səadətini tələb edir».

«Tələb, şəxsin bir şeyi toplaması və əldə etməsi üçün göstərilən sə᾽y və çalışmalara deyilir».

Bu səbəbdən də əmr edən şəxsə «talib» deyilir. Çünki o, əmr etməklə istədiyi şeyi əldə etmək istəyir.

Demək, əmr deyildikdə tələb nəzərdə tutulur. Yə᾽ni, əmr müstəqil kəlmə deyildir və tələb onun mə᾽nasını ifadə edir. Buradan belə mə᾽lum olur ki, əmr tələb üçün istifadə olunur. Tələb – «nəfsi kəlam»dır, əmr isə «ləfzi kəlam» olaraq ona dəlalət edir — demələrinin isə heç bir əsası yoxdur.

Əşairənin, «tələbi» iradədən fərqli hesab etmələri də tamamilə əsaslıdır. Lakin «tələbi» nəfsi sifət və onu «nəfsi kəlam»ın mə᾽nası hesab etmələrində isə böyük səhvə yol vermişlər.

Nəticə:

Deyilənlərdən belə qənaətə gəlmək olur ki, nə xəbər, nə də inşa cümlələrində «nəfsi kəlam» adında müstəqil bir məfhum yoxdur.

Bir sözlə şəxs nəyisə ifadə etməzdən əvvəl ilk növbəbdə ifadə edəcəyi şeyi zehnində canlandırmalıdır. Belə bir zehni təsəvvürə də «zehni vücud» deyilir. Əgər «nəfsi kəlam» tərəfdarları həmən mə᾽nanı nəzərdə tutarlarsa və zehni vücudu «nəfsi kəlam» adlandırarlarsa, düzgün nəticə əldə etmiş olarlar. Lakin bildiyiniz kimi, «zehni vücud» yalnız kəlama deyil, insanın bütün ixtiyari işlərinə şamil olur və insanın bütün işləri də «zehni vücuddan» ibarətdir. Və əgər danışıq zamanı «zehni vücud» və əvvəlki təsəvvür lazım olarsa, bundan irəli gəlir ki, kəlam danışan şəxs üçün bir növ ixtiyari əməl olmuş olsun.

«Nəfsi kəlam» barədə deyilməsi mümkün olan şeylərin xülasəsi bundan ibarətdir. Lakin bunlarla yanaşı Əşairə belə bir kəlamın mövcud olduğuna və nəticədə Qur᾽anın qədimliyinə istinad etmişlər.

Növbəti fəsildə bu haqda ətraflı söhbət açacağıq.

ƏŞAİRƏNİN NƏFSİ KƏLAMA DAİR GƏTİRDİKLƏRİ DƏLİLLƏRİN ARAŞDIRILMASI

Əşairə öz əqidələrini sübuta yetirmək üçün bir neçə dəlilə istinad etmişlər.

1. Şəxs bir söz deməzdən əvvəl nəzərdə tutduğu şeyi öz-özlüyündə nəzmə salır və yalnız bundan sonra fikrini ifadə edir. Belə bir ləfzi və xarici kəlam, vücudundakı ««nəfsi kəlam»dan irəli gəlir. Bu bir həqiqətdir ki, hər bir şəxs öz vücudunda onu hiss edir və yaşadır.

Görkəmli ərəb şairi Əxtəl şe᾽rlərinin birində bu həqiqətə işarə etmişdir.

ان الكلام لفي الفؤاد و انما                       جعل اللسان علي الفؤاد دليلا

Şe᾽rin məzmunu:

«Həqiqətən hər bir şəxsin deyəcəyi söz onun qəlbindədir. Onu bəyan edən şey varsa, o da onun dilidir.»

Cavab:

Bir qədər əvvəl verilən cavablarda qeyd olundu ki, kəlamın qəlbdəki təsviri, zehni vücud adlanan şəxsi zehndə yaranan həmən zehni təsəvvürdür. Bu da tək kəlama deyil, insanın gördüyü bütün ixtiyarı işlərə şamil olur. Çünki hər bir yazıçı və ya rəssam yazacağı və ya çəkəcəyi şey haqda ilk növbədə zehni təsəvvürə malik olmalı və yalnız bundan sonra nəzərdə tutduğu şeyi yazmalı və ya kağız üzərinə köçürməlidir.

Demək, onun deyilənlərə dəlil olsun deyə «nəfsi kəlam»la heç bir əlaqəsi yoxdur.

2. İnsanın zehnindəki hər hansı bir mətləbi kəlam adlandıra bilərik. Belə bir ünvanı hər hansı bir dəlilə istinad etmədən tamamilə düzgün hesab etmək olar. Belə ki, insan bə᾽zən deyir: Qəlbimdə elə şeylər var ki, onları bildirmək istəmirəm. Mülk surəsinin on üçüncü ayəsində deyilir:

وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ

«[Ey insanlar!] İstər sözünüzü gizli saxlayın, istərsə də açıq deyin, heç bir fərqi yoxdur. Allah ürəklərdə olanları biləndir.»

Cavab: Zehni vücud mərhələsində də nəzərdə tutulan hər bir ibarətə kəlam deyilir. Və həmən qayda üzrə xarici və ləfzi vücud mərhələsində də kəlam deyilir. Çünki hər bir şey iki növdən ibarətdir: Xarici və zehni vücud və onların hər biri yalnız bir şeyin vücudunu təşkil edir. Bu səbəbdən də dəlil və əlamətə ehtiyac olmadan onların hər ikisini eyni adla adlandırırıq. Məsələn, hər ikisinə kəlam deyirik. Lakin məsələ buradadır ki, hər iki mövzu özünəməxsus vüs᾽ət və əhatə dairəsinə malikdir. Və bu yalnız kəlama aid deyildir. Belə ki, hətta mühəndis belə deyə bilər ki, «Zehnimdə kağız üzərinə köçürəcəyim binanın layihəsi vardır» və hər iman sahibi deyə bilər ki, nəzərdə tutmuşam ki, sabah oruc tutum.

3. «Danışan» – «deyən» mə᾽nasını daşıyan «mütəkəllim» – kəlməsinin Allaha aid olması tamamilə düzgündür və bu barədə heç bir şəkk-şübhə nəzərə çarpmır, lakin cümlə quruluşu baxımından ismi-fail mə᾽nasını daşıdığı üçün kəlmənin əsli olan kəlam ifadəsinin mövcud olması ilə olduğu kimi qalmış və sifət rolunu oynamışdır.

Necə ki, fail mə᾽nasını daşıyan «hərəkətverici – mütəhhərik» və «sakin» kəlmələri hərəkətə sükunətə və alimi elm əldə etməyə səbəb olan şəxslərə deyil, bu xüsusiyyətlərə malik olan şəxslərə deyilir.

Belə bir izaha əsasən, Allahı yalnız o zaman mütəkəllim adlandıra bilərik ki, bu xüsusiyyətə malik olmuş olsun. Halbuki, Allah-taala ləfzi kəlama malik deyildir, çünki ləfzi kəlam sonradan yaranmış bir məfhumdur. Belə olduqda qədim olan Allahı yeni sifət və məfhuma aid edə bilmərik. Demək, istər-istəməz mütəkəllim kəlməsinin həmən qeyri-ləfzi, qədim adlandırma e᾽tibarı ilə Allaha aid olduğunun əsaslı olması üçün qədim qeyri-ləfzi kəlamın olmasını qəbul etməliyik.

Cavab:

Mütəkəllim kəlməsinin əsl məfhumu kəlam deyildir, çünki kəlam ifadəçidən asılı deyildir, yə᾽ni, kəlam insanın vücudunda bir növ qeyri-maddi hal daşıyır. İnsanın vasitəsilə havada dalğa şəklinə düşür. Bu səbəbdən də hava ifadəçidən [mütəkəllimdən] deyil, havadan yaranır. Bütün bunları nəzərə alaraq deməliyik ki, mütəkəllim kəlməsinin əslini danışmaq mə᾽nası daşıyan “təkəllüm” təşkil edir və bu kəlmə Allah və Allahdan qeyrisi üçün də istifadə olunur.

Fe᾽l və failin xüsusiyyətləri ismi faildən əldə olunmur və buna dəlalət edəcək elə bir ümumi qanun tapmaq mümkün deyildir. Çünki fe᾽l və failin xüsusiyyətləri istifadə olunduqları yer baxımından bir-birləri ilə fərqlidir.

Məsələn, «elm» və «qüdrət» deyildikdə biz elm və qüdrətə səbəb olan şəxsi deyil, məhz bu xüsusiyyətlərə malik olan şəxsi nəzərdə tutmalıyıq, lakin «basit», «qabiz», «nafi» və «zarr» kimi kəlmələr bu xüsusiyyətlərə malik olan şəxslərə deyil, bunlara səbəb olan şəxsə deyilir.

Xülasə:

Nəfsi kəlam təxəyyüli bir məfhumdur və belə bir kəlamın mövcud olmasını sübuta yetirəcək elə bir əsaslı əqli dəlil yoxdur. Söhbətimizi nəfsi kəlamın əsassız olduğuna dair İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətlə bitirmək istəyirik. Şeyx Koleyni, Əbu Bəsirə istinad edərək İmam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: «Allah-taala əzəldən mövcud olmuş və Onun elmi də zati kimi əzəldən hər şeyi əhatə etmişdir. Varlıqlar xəlq olunmamışdan əvvəl onlardan agah olmuşdur. Allahın eşitməsi, görməsi və qüdrəti də zati kimi əzəli olmuşdur. Eşidiləsi, görüləsi və güc tətbiq olası bir şey olmazdan əvvəl O, hər şeyi görmüş, eşitmiş və hər şeyə qadir olmuşdur. Varlıqları yaratdıqdan [xəlq etdikdən] və bilməli şeyləri vücuda gətirdikdən sonra elmi bilinəsi, eşitməsi eşidiləsi, görməsi görüləsi və qüdrəti qüdrətə malik olan bütün şeylərə şamil oldu.»

Əbu Bəsir deyir: İmamdan (ə) soruşdum: Allahın hər şeyi hərəkətə gətirməsi də əzəli olmuşdurmu?

İmam (ə) buyurdu: «Allah-taala bundan da uca və üstündür. Çünki hərəkət sonradan vücuda gələn bir şeydir. Və Allah-taala xitab olunası bir varlıq olmazdan əvvəl əzəli olaraq bu xüsusiyyətə malik olmuşdur.[1]



[1] “Üsuli-kafi”, «Zati sifәtlәr» fәsli, 51-ci sәh.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ
Etika və dini əxlaq
Namaz haqqında bir neçə söz
ORUCLUQ AYƏSİNİN NƏSXİ
Cütlüyün təhlükəsi
İmam Əlinin (ə) kəlamlarında behiştə daxil olmağın 6 amili
Danışıq ədəbi
Səbirli insanın 3 bariz xüsusiyyəti

 
user comment