Azəri
Sunday 30th of June 2024
0
نفر 0

QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ

QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ

Nur" surəsini oxumağın fəzilət və mükafatı

 

İmam Sadiq (ə) buyurur:

"Var-dövlət və iffətinizi "Nur" surəsini tilavət etməklə qoruyun. Öz xanımlarınızı bu surəni oxumaqla hifz edin. Həqiqətən, hər kəs "Nur" surəsini hər gün və ya hər gecə tilavət etsə, onun ailə üzvləri dünyadan köçənədək zina etməz. Bu şəxs vəfat etdikdən sonra 70 min mələk onu qəbirədək müşayiət edər. Onun dəfn mərasimi qurtaranadək mələklər Allaha dua edər və bu şəxsin bağışlanmasını diləyərlər." ("Təfsiri-nurus-səqəleyn", c. 3, s. 568)

 

"Fürqan" surəsini oxuyan şəxsin fəzilət və mükafatı

 

İbn Əmmar İmam Kazimin (ə) ona belə buyurduğunu nəql edir:

"Ey Əmmar, "təbarəkəlləzi nəzzələl-furqanə əla əbdihi..." surəsini oxumağı tərk etmə. Çünki həqiqətən də, Allah-Təala bu surəni tilavət edən şəxsi əzabdan uzaq edər, onunla hesab-kitab aparmaz və bu şəxsin məkanı Firdovs cənnətində qərar verilər." (Həmin mənbə, c. 4, s. 2)

 

"Şüəra", "Nəml" və "Qəsəs" surələrini oxuyan şəxsin fəzilət və mükafatı

 

İmam Sadiq (ə) buyurur:

"Hər kəs "təvavsin" ("Şüəra", "Nəml" və "Qəsəs") surələrini cümə günü gecələr tilavət etsə, Allahın dostlarından qərar verilər. Bu şəxs Allahın himayəsində olar və Allah özü ona pənah verər. Dünyada ona heç bir zərər yetməz və son mənzildə (qiyamətdə) bu şəxsə behiştdən elə bir miqdarda mükafat əta edilər ki, onu razı salacaqdan daha üstün olsun. Allah-Təala ona 100 huri əqd edər. ("Səvabul-əmal", s. 251, h. 397)

 

"Ənkəbut" və "Rum" surələrini oxuyan şəxsin fəzilət və mükafatı

 

Əbu Bəsir İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir:

"Ey Əbu Məhəmməd, "Ənkəbut" və "Rum" surələrini Ramazan ayının 23-cü gecəsi tilavət edən şəxs, Allaha and olsun ki, behişt sakinlərindəndir. Heç zaman bu sözümü xüsusi bir zümrəyə şamil etmərəm. Heç bir qorxum yoxdur ki, Allah-Təala bu andıma görə mənə günah yazsın. Bu iki surə Allah-Təala yanında uca məqama malikdir." (Həmin mənbə, h. 398)

 

"Loğman" surəsini oxuyan şəxsin fəzilət və mükafatı

 

İmam Baqir (ə) buyurur:

"Hər kəs hər gecə "Loğman" surəsini tilavət etsə, Allah-Təala həmin gecə onu İblis və İblisin köməkçilərindən qorumaq üçün mələkləri məmur edər. Hər kəs bu surəni gündüz tilavət etsə, bu mələklər onu səhərdən gecə yarıyadak İblisdən qorumaq üçün nazil olarlar." ("Təfsiri-nurus-səqəleyn", c. 4, s. 193)

 

"Səcdə" surəsini oxuyan şəxsin fəzilət və mükafatı

 

İmam Sadiq (ə) buyurur:

"Hər kəs hər cümə "Səcdə" surəsini tilavət etsə, Allah-Təala onun əməl dəftərini sağ əlinə verər və onunla etdiyi əməllərə görə hesab çəkməz. Bu şəxs həzrət Məhəmməd (s) və onun ailəsinin dostlarından qərar verilər." ("Məcməul-bəyan", c. 8, s. 325)

 

Miqdad Eyvazov

Mənbə: "Quran və Həyat"

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SİONİZM İMPERİALİZMİN ƏLALTISIDIR
Oruc tutmağın ruha və bədənə faydası nədir?
Xanım Zeynəb (ə) - Aşura qiyamının fəryadı...
İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ
Etika və dini əxlaq
Namaz haqqında bir neçə söz
ORUCLUQ AYƏSİNİN NƏSXİ
Cütlüyün təhlükəsi

 
user comment