Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bakı Apellyasiya Məhkəməsində Qanlı Nardaran hadisələri ilə bağlı tutulan Vüsal Nadir oğlu Alışın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. "Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar el
İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib

Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,Bakı Apellyasiya Məhkəməsində Qanlı Nardaran hadisələri ilə bağlı tutulan Vüsal Nadir oğlu Alışın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Alışın apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, ötən ay Nəsimi Rayon Məhkəməsində V.Alışın barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini 4 ay müddətinə artırıb. Qərardan narazı qalan V.Alış apellyasiya şikayəti verib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. DİN bildirişinə görə, əməliyyata bir-başa İlham Əliyev başçılıq edib. Zibil maşınları ilə Nardaran qəsəbəsinə soxulan polislər əməliyyat zamanı zohr və əsr namazları ilə məşğul olan vətəndaşlara silahlı müqavimət göstərərək avtomat silahlardan atəş açıb, əl qumbarası atıb. Polisin davamlı atəşləri nəticəsində 4 sivil Şəhid edilib, daha bir neçə nəfər yaralanıb. Əməliyyatın daha da təbii alınması və vətəndaşların cinayətkar olduğunu çatdırmaq üçün öz əməkdaşlarından ikisini qətlə yetirir. Bu günə kimi hadisə yerindən polisin istifadə etdiyi avtomat silah, əl qumbarası, soyuq silahlar və s.-dən başqa maddi sübut kimi heç bir fakt tapılmayıb.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HƏZRƏTİ ӘLI (Ә)IN ŞӘXSIYYӘTI
VƏHHABİLİK (8)
İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ
Bu surəni oxuyanın nə özü və nə də ailəsi heç bir pislik görməz

 
user comment