IMAM RIZA ™-IN ƏHDNAMƏNIN ARXASINDAKI ƏLYAZMASI
«Bismillahir-rəhmanir-rəhim! Həmd olsun fə`alun lima yəşau Allaha ki, hökmündə heç bir pozuntu olmaz, fərmanında şəkk-şübhə olmaz, gözlərin xəyanətinə, qəlblərin gizli işlərinə agahdır! Onun salam və salavatı Onun öz peyğəmbərlərinin sonuncusu Həzrət Mühəmməd və onun pak-pakizə övladlarına olsun!
Mən Əli ibni Musa Riza ibni Cə`fər deyirəm: Mö`minlərin əmiri-Allah düzlükdə ona kömək etsin və müvəffəqiyyətlərini artırsın-başqaları üçün görmədiyi bizim haqqımızın bir qismini rəsmiyyətlə tanıdı, bir-birindən qohumluq əlaqələrini kəsənlərin arasında qohumluq əlaqəsi bərqərar etdi, məhv olmaq halında olan canlara əmin-amanlıq verdi, hətta onları diriltdi və onları fəqirlikdən ehtiyacsızlığa saldı ki, aləmlərin Pərvərdigarının razılığını istəyib və ondan qeyrisinin mükafatını istəmir. Allah tezliklə şükür edənlərə mükafat verəcək, yaxşı əməl sahiblərinin muzdunu zay etməyəcək.
O (Mə`mun) rəhbərlik və hökuməti – əgər ondan sonra diri qalsam – mənim öhdəmə qoyacaq (və indi) hər kəs Allahın möhkəmləndirməyə dair seçdiyi bey`əti pozsa və Allahın möhkəmlətmək istədiyi ipləri qırsa, həqiqətən onun hərimlərini pozmuş, halalını haram etmişdir. Çünki bu işlə imamını alçaq hesab etmiş, Islamın hörmətini pozmuşdur. Elə bir üslub ki, əvvəlkilər onu getmiş, onun sapmalarına və qanunsuz işlərinə qarşı səbrli olmuş, sonrakı qərarlarda dindəki pərakəndəlik, müsəlmanların arasında olan birliyin aradan getməsi qorxusundan, eləcə də cahiliyyət dövrünə yaxın olduqlarına və fürsət tələblərin, qiyamçıların və iğtişaşçıların pusquda durduğuna e`tiraz səslərini ucaltmadılar. Mən Allahı özümə şahid tuturam ki, əgər müsəlmanların işini mənə həvalə etsə və xilafətini mənim öhdəmə qoysa, onlarla rəftarım ümumi şəkildə və Bəni Abbasla xüsusi şəkildə Peyğəmbəri Əkrəmə tabe olmaq və Allaha itaət əsasında olsun və heç bir möhtərəm qanı axıtmayam, heç bir şeyi və malı mübah saymayam, Allahın tə`yin etdiyi cəza qanunları əsasında qanı axıdılan və malı mübah edilənlər istisna olunur. Həmçinin, bacardığım qədər çalışım ki, bərabərlik yolunu tutum, onu yerinə yetirmək üçün özümlə möhkəm əhd bağlamışam ki, Allah-taala ondan sorğu-sual edəcəkdir. Çünki mütəal Allah buyurur: "Öz əhdinizə vəfa edin, çünki əhd-peymandan sual olunacaqdır."[1] Əgər bir bid`ət qoysam, yaxud dəyişiklik etsəm, yaxud dəyişikliyi rəva görsəm, onda pozğunçuluğa layiq və cəzalandırılmağa hazır olum. Allahın qəzəbindən Allaha pənah aparıram, itatətə tofiq tapmağı, mə`siyətdən uzaq olmağı, özümün və müsəlmanların qurtuluşa çatmağını axtarıram.
Amma «Camiə» və «Cəfr» onun əleyhinə dəlalət edir və bilmirəm mən və sizinlə nə olacaqdır.[2] Hökm və fərman yalnız Allaha məxsusdur, haqqı batildən ayırır və o, ayıranların ən yaxşısıdır.[3] Lakin mən mö`minlərin əmirinin fərmanını qəbul etdim və onun razılığını seçdim. Çünki Allah məni və onu saxlayar. Allahı bu barədə şahid tuturam və şahidlik üçün Allah kifayətdir.
Bu yazını, mö`minlərin əmirinin hüzurunda – Allah onun ömrünü uzun etsin! – öz xəttimlə yazmışam Fəzl ibni Səhl, Səhl ibni Fəzl, Yəhya ibni Əksəm, Əbdüllah ibni Tahir, Səmamət ibni Əşrəs, Bişr ibni Mö`təmər, Həmmad ibni Nö`man. 201-ci hicri ili, Ramazan ayı.
SAĞ TƏRƏFDƏKI ŞAHIDLƏR
Yəhya ibni Əksəm bu yazının məzmununa, onun arxasına və üz tərəfinə şahidlik verir və Allahdan istəyir ki, bu əhd-peymanın bərəkətini əmirəl-mö`mininə və bütün müsəlmanlara şamil etsin və onu öz əlyazması ilə bəyan olunan tarixdə qələmə almışdır.
Əbdüllah ibni Tahir ibni Hüseyn öz şəhadətini həmin tarixdə qeydə alır.
Həmmad ibni Nö`man onun üz və arxa hissəsində olan məzmununa həmin tarixdə şahidlik etdi.
Bişr ibni Mö`təmər həmin tarixdə öz əlləri ilə onun oxşarını yazdı və şahidlik etdi.
Əmirəl-mö`minin – Allah onun ömrünü uzatsın! – fərman verir: Bu səhifənin arxası və üz hissəsi əhd-peyman səhifəsidir və ümidvaram ki, onun vasitəsilə Siratdan keçsin! Bizim seyyidimiz Rəsulullahın hərəmində Bəni Haşimdən və sair övliyalardan olan camaatın gözləri önündə və ordu başçılarının hüzurunda bu bey`ətin şərtlərinə əməl olunduqdan sonra hamıya qiraət olunsun. Əmirəl-mö`minin höccəti bütün müsəlmanlara tamam etməyi nəzərə almışdır ki, nadanların rə`yində irəli gələn şübhələr batil olsun. "Elə deyildir ki, Allah mö`minləri, siz olduğunuz həmin vəziyyətdə buraxmış olsun."[4]
Fəzl ibni Səhl, əmirəl-mö`mininin fərmanı ilə qeyd olunan tarixdə (ona şahidlik etdi və) qələmə aldı.[5]
Ibni Tiqtəqa (709-cu ildə vəfat edib) hər iki məktubun xülasəsini «Əl-fəxra» kitabında qeyd edərək yazır: «Mə`mun özündən sonrakı xilafət barəsində belə fikirləşdi və qərara aldı ki, ona layiq olan bir kişiyə həvalə etsin, beləliklə öz zimməsini bəri etsin (öhdəsində olanları yerinə yetirsin). O, belə təsəvvür edir və xatırladır ki, hər iki xanədandan – Abbasi və Ələvi xanədanından olan böyük şəxsiyyətlərin vəziyyətini araşdırmış və onların arasında ən fəzilətli, ən ləyaqətli, ən təqvalı və ən dindar şəxsin Əli ibni Musa Riza olduğunu tapmışdır. Buna görə də öz əli ilə onun adına yazmış və Rizanı bu işə məcbur etmişdir və o, əvvəlcə qəbul etməmiş, sonra qəbul etmiş və Mə`munun yazısının arxasında öz əli ilə belə yazmışdı: «Mən yalnız əmrə itaət etmək üçün bunu qəbul etdim, halbuki, «Cəfr» və «Camiə» onların əleyhinə dəlalət edir!» Məclisdəki şahidlər hər iki məktuba şahidlik etdilər.[6]
Mərhum Əllamə Məclisi (1110-cu ildə vəfat edib) də bu iki məktubu eynilə «Kəşful-ğümmə» kitabından nəqlən «Biharul-ənvar»da qeyd etmişdir.[7]
[1] «Isra» surəsi, 34-cü ayə.
[2] «Əhqaf» surəsi, 9-cu ayədən isqtibas olunub: "Və ma ədri ma yuf`əlu və la bikum.»
[3] «Ən`am» surəsinin 57-ci ayəsindən iqtibas olunmuşdur: "Inil-hökm illa lillah...»
[4] «Ali-Imran» surəsinin 179-cu ayəsindən iqtibas olunmuşdur. "Ma kanəllahu liyəzərəl-mu`mininə...»
[5] Kəşfül-ğümmə», 3-cü cild, səh.123-124. Biz bu iki məktubun mətnini adətimizin əksinə olaraq (biz həmişə xülasələşdirib qısa şəkildə qeyd edirik) təfsilatı ilə gətirdik. Çünki hər iki məktubun aşkar bəyanında və şahidlərin şahidliyinə elə dəlillər vardır ki, hər ikisinin məzmununun doğru olduğunu təsdiqləyir və bunu xülasələşdirmək mümkün deyildir.
[6] «Əl-fəxra», Qahirə çapı, Ibni Tiqtəqa. Əbu Cə`fər Məhəmməd ibni Tacuddin. O, bu kitabı 701-ci ildə Musil şəhərində yazmış və onu Musilin hakimi Fəxruddin Isaya hədiyyə etmişdir. Bax: «Dairətul-məarifil-Islamiyyə», 1-ci cild, səh.217-218; «Əl-kuna vəl-əlqab», 1-ci cild, səh.331; «Məasirul-inafət fi məalimul-xilafət», Qəlqəşəndi, 2-ci cild, səh.325-330; «Sübhül-ə`şa», Darul-kutub çapı.
[7] «Biharul-ənvar», 49-cu cild, səh.148, 153, Kompani çapı, 12-ci cild, səh.42.