Azəri
Monday 23rd of December 2024
0
نفر 0

Həzrət İsanın İslam peyğəmbərinin (s) gəlişinə müjdəsi

Həzrət İsanın İslam peyğəmbərinin (s) gəlişinə müjdəsi

 SUAL:

 Qurani–Kərimdə oxuyruq: Həzrət İsa (ələyhis səlam), özündən sonra (Əhməd adlı) İslam peyğəmbərinin gələcəyini xəbər vermişdir; bu cümlə hal –hazırkı incillərdə mövcuddurmu?

CAVAB:

Bu barədə Qurani – məciddə olan ayə belədir:

... و مبشرا برسولٍ ياُتي من بعدي اسمه احمد فلما جاهم بالبينات قالوا هذا سحر مبين ...

“...və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərə (sizə) müjdə verən Allah elçisiyəm!” Sonra onlara açıq-aşkar möcüzələrlə gəldikdə, onlar: “Bu açıq-aydın sehrdir!” – dedilər...

“İslam tədqiqatçıları deyirlər: Həzrət İsanın (ələyhis səlam) müjdəsini nəql edən ayə, “Yuhənna” incilinin 14, 15 və 16-cı bölmələrində yer alır və “Yuhənna” incilinin yazdığına əsasən həzrət İsa (ələyhis səlam) özündən sonra (Farqelit) adlı bir şəxsin gələcəyi barədə xəbər vermişdir. Bir çox dəlillər, deyilənlərdən məqsədin islam peyğəmbəri olduğuna şahidlik edir. Bu məsələyə aydənlıq gətirmək üçün sözü gedən incilin o bölməsini, onun hansı ayədə olduğunu müəyyən etməliyik.

İNCİLİN MƏTNİNDƏN SƏTİRLƏR:

“Əgər məni sevirsinizsə, mənim hökmlərimi qoruyun və mən atadan istəyəcəyəm ki, sizə başqa bir (Farqelit) versin; (o) sizinlə əbədi qalacaq. O, dünyanın qəbul edə bilməyəcəyi haqq və doğru ruhdur; çünki, (dünya) onu görmür və tanımır. Amma o, sizi tanıyır; çünki, sizin yanınızda qalacaq və sizinlə olacaq.”

“Mən bu sözləri sizə, sizinlə olduğum zamanda dedim, amma atanın mənim adımla göndərəcəyi Farqelit hər şeyi sizə öyrədəcək və sizə dediklərimin hamısını yadınıza salacaq.”

“(Bunları) baş verməzdən öncə (indi) sizə xəbər verdim ki, həyata keçdiyi zaman iman gətirəsiniz.”

“Çünki ata tərəfindən sizə göndərəcəyim Farqelit, ata tərəfindən gələn doğru bir ruhdur; o, mənə şahidlik edəcək.”

“Doğru deyirəm ki, getməyim sizin üçün faydalıdır; əgər mən getməsəm Farqelit sizin yanınıza gəlməyəcək. Lakin getsəm, onu sizin yanınıza göndərəcəyəm. O öz gəlişi ilə insanları günah, doğruluq və insafa vadar edəcək. Onları mənə iman gətirməyəcəkləri üçün günaha, atamın yanına getdiyim və siz məni daha görməyəcəyiniz üçün doğruluğa, bu dünyanın başcısına hökm icra olduğu üçün insafa vadar etmiş olacaq. Sizə deməyə başqa çox sözlərim var, amma (o sözlərə) dözə bilməyəcəksiniz. O gələndə tam doğruluğa hidayət edəcək. Çünki özündən deyil, eşitdiklərini deyəcək, gələcəkdən sizə xəbər verəcək və məni tərifləyəcəkdir. Çünki o, mənə aid olanları tapacaq və sizə xəbər verəcəkdir. Ataya aid olan hər bir şey mənə aiddir; bunu ona görə dedim ki, mənə aid olanları götürər və sizə xəbər verər.”

Əlimizdə olan aydın dəlillər, İsadan (ələyhis səlam) sonra gələn Farqelitin müqəddəs ruh deyil, onun bir peyğəmbər olmasını göstərir.

Əvvəlcə diqqət yetirilməlidir ki, islamdan öncə, xristianlığın bəzi tarixi mənbələrindən görünür ki, həmin vəd olunmuş Farqelitin peyğəmbər olması alimlərə və incil təfsirçilərinə açıq-aydın məlum idi. Hətta bəziləri bundan sui istifadə edərək, özlərini vəd olunmuş “Farqelit” kimi tanıdıblar.

Məsələn, miladi tarixi ilə ikinci əsrdə yaşamış “Müntəsir” adlı bir asket, 187-ci ildə kiçik asiyada peyğəmbərlik iddiası edib dedi: “Mən həzrət İsanın (ələyhis səlam), gələcəyi barədə xəbər verdiyi Farqelitəm” və bir dəstə insan da inanıb onun arxasınca getdilər.

İslamın açıq-aydın tarixindən tam şəkildə məlum olur ki, xristian dünyasının bütün ruhani və siyasi rəhbərləri islam elçisinin zühur edəcəyi günlərdə hamılıqla incilin vəd etdiyi peyğəmbərin intizarında idilər. Məhz buna görə, peyğəmbərin elçisi o həzrətin məktubunu Həbəşə (Efiopiya) hakiminə verən zaman, o, məktubu oxuduqdan sonra üzünü elçiyə tutub dedi: Mən şəhadət verirəm ki, o, əhli-kitabın gözlədiyi peyğəmbərdir. Həzrət Musa (ələyhis səlam) həzrət İsanın (ələyhis səlam) peyğəmbərliyindən xəbər verdiyi kimi, o da, islam peyğəmbərinin gəlişi haqqında müjdə verib və onun əlamətlərini müəyyən etmişdir.

Peyğəmbərin məktubu Roma imperatoruna çatanda o, məktubu oxudu və islam peyğəmbəri barəsində araşdırma apararaq o həzrətin məktubunun cavabında belə yazdı:

-“Sizin məktubunuzu oxudum və dəvətinizdən agah oldum. Mən bilirdim ki, bir peyğəmbər gələcək. Amma onun “Şam”-dan zühur edəcəyini güman edirdim.”

Tarixdə olan bu sətirlərdən məlum olur ki, onlar bir peyğəmbərin gəlişini gözləyirdilər və belə bir intizarın incildən qaynaqlanması açıq- aşkardır.

Həzrətin İsanın (ələyhis səlam) Farqelit haqqında dediyi imtiyazlar, eyni zamanda onun gəlişi və nəticələri barədə saydığı əlamətlər Farqelitin peyğəmbər olması məsələsini qətiləşdirir və onu “müqəddəs ruh” kimi təfsir etməyin qarşısını alır.

İZAH:

1) Həzrət İsa (ələyhis səlam) öz sözünü belə başladı: “Əgər məni sevirsinizsə mənim hökümlərimi qoruyun və mən atadan istəyəcəyəm ki, sizə başqa bir (Farqelit) versin.”

Birinci: Həzrət İsanın (ələyhis səlam) onlara qarşı olan məhəbbəti xatırlatması göstərir ki, o (ələyhis səlam) öz ümmətindən bir dəstənin, gəlişi barədə müjdə verdiyi şəxsə tabe olmayacaqlarını düşünürmüş. Buna görə də, bu məhəbbət və bağlılığı möhkəmləndirmək yolu ilə onları, onu (gələcək peyğəmbəri) qəbul etməyə vadar etmək istəyir. Əgər incil təfsirçilərinin təsəvvür etdikləri kimi, “Farqelit” dən məqsəd “müqəddəs ruh” olsaydı, bu halda belə zəmin yaratmağa ehtiyac yox idi.

Çünki müqəddəs ruh nazil olandan sonra qəlblərdə və ruhlarda elə təsir qoyardı ki, şəkk- şübhəyə və inkara yer qalmazdı. Amma məqsəd vəd olunmuş peyğəmbər olduqda belə bir zəmin yaratmağa böyük ehtiyac var idi. Çünki vəd olunmuş peyğəmbər təkcə bəyan və təbliğlə qəlblərdə təsir qoyur və buna əsasən bir dəstə insaflı insan ona qoşulur və bəziləri ondan üz çevirirlər.

Həzrət İsa (ələyhis səlam) bu qədər xatırlatdıqları ilə kifayətlənməyib, 14-cü bölmənin 29-cu ayəsində bu barədə dediyinə təkid edərək buyurdu: “(Bunları) baş verməzdən öncə (indi) sizə xəbər verdim ki, həyata keçdiyi zaman iman gətirəsiniz.”

Halbuki, müqəddəs ruha iman gətirmək üçün nəinki təkidə, heç tövsiyəyə də ehtiyac yoxdur!

İkinci: O, buyurdu: “sizə başqa bir Farqelit verəcək.” Əgər “burada məqsəd başqa bir peyğəmbərdir” desək, tamamilə söz, özünün doğru mənasını tapar. Amma ondan məqsəd müqəddəs ruh olsa, “başqa” sözünü işlətmək ədəbi baxımdan düzgün olmaz. Çünki ikinci müqəddəs ruh yoxdur və başqa sözü mənasızdır.

2) “Mənim dediklərimin hamısını o, sizə xatırladacaq” (14:26) “(Farqelit) ata tərəfdən gələn doğru bir ruhdur. O mənə şahidlik edəcək” (15-ci bölmə, 26-cı cümlə.)

Deyilənə görə, İsa (ələyhis səlam) çarmıxa çıkildikdən 50 gün sonra müqəddəs ruh Həvarilərə nazil oldu.

Belə bir sual yaranır: bu seçilmiş şəxslər qısa müddətdə onun bütün göstərişlərini unutmuşdular ki, müqəddəs ruh ikinci dəfə onlara öyrətsin?

İsanın (ələyhis səlam) şagirdlərinin onun şahidliyinə nə ehtiyacları var idi ki, o, İsa (ələyhis səlam) barəsində şahidlik etsin?! Lakin məqsəd vəd olunmuş peyğəmbər olsa, hər iki cümlənin mənası doğru olar. Çünki İsanın (ələyhis səlam) ümmətinin onun göstərişini unutması uzun zamanın keçməsi və incil alimlərinin təhrifləri təsiri nəticəsində olmuşdusa da, bəziləri də onları büsbütün unutmuşdular. Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi) onların hamsını yenidən xatırlatdı və həzrət İsanın (ələyhis səlam) peyğəmbərliyinə şəhadət verib dedi: “O da mənim kimi peyğəmbər idi “ Həzrət Məhəmməd (səlləllahu ələyhi və alihi), İsanın (ələyhis səlam) ansına ünvanlanan nalayiq sözlərdən bəraət qazandırdı və İsanın (ələyhis səlam) müqəddəs məqamı haqında söylənən “Allahlıq iddiası” böhtanına son qoydu.

3) “Əgər mən getməsəm, Farqelit sizin yanınıza gəlməyəcək” (15:7).

O, Fartqelitin gəlişini öz getməyi ilə şərtləndirib. Əgər məqsəd müqəddəs ruh olsaydı, onun (müqəddəs ruh) istər İsanın (ələyhis səlam) özünə, istərsə də Həvarilərə nazil olması İsanın (ələyhis səlam) getməyi ilə şərtlənməzdi; çünki xristianların etiqadına əsasən müqəddəs ruh həzrət İsanın (ələyhis səlam) təbliğ üçün ətrafa göndərmək istədiyi Həvarilərə nazil olmuşdu. Beləliklə onun nazil olması heç də İsanın (ələyhis səlam) getməyi ilə şərtlənməmişdir. Amma ondan məqəsd şəriət (xüsusilə qlobal şəriət) sahibi olan bir peyğəmbər olsa, bu halda onun gəlişi İsanın (ələyhis səlam) getməyi və onun (İsanın) dininin nəsx olunması ilə şərtlənə bilər.

4) Farqelitin nazil olmasının nəticəsi üç şeylə bildirilib: “Aləmləri günah, doğruluq və insafa vadar edəcək: mənə iman gətirməyəcəkləri üçün günaha”... (16:8)

Bilirik ki, xristianların əqidələrinə əsasən İsa (ələyhis səlam) çarmıxa çəkildikdən 50 gün sonra “müqəddəs ruh” Həvarilərə nazil oldu, heç vaxt onları günah, doğruluq və insafa vadar etmədi və ayənin davamından belə məlum olur ki, o, İsanı (ələyhis səlam) təkzib etməyən Həvarilərə deyil, (dini) inkar edənlərə zahir olacaq. Amma məqsəd vəd olunmuş islam peyğəmbəridir desək, bütün bu xüsusiyyətlər öz təsdiqini tapar.

5) “Farqelit, mənim (İsa barəsində) barəmdə şəhadət verəcək.” (15:26)

“Sizə gələcəkdən xəbər verəcək və məni mədh edəcək.” (13:16)

Həzrət İsaya (ələyhis səlam) şəhadət vermək, onun müqəddəs ruh olmadığının bariz göstəricisidir. Çünki Həvarilərin müqəddəs ruhun təsdiqinə ehtiyacları yox idi. Həmçinin “ona cəlal (əzəmət) bağışlayacaq” sözündən məqsəd vəd olunmuş peyğəmbərin, onun barəsində etdiyi tərif və mədhləri və həzrət İsanın (ələyhis səlam) dinini kamilləşdirməsidir. Bundan üstün cəlalmı var?!

Bu dəlillərə diqqət etsək, bizi islam tədqiqatçılarının əldə etdikləri həqiqətlərə yönəldə bilər. Əlbəttə, dəlillər deyilənlərlə məhdudlaşmır. Hətta bu mövzuya daha artıq diqqət etsək, başqa dəlillər də əldə etmək olar.

Sonda, Fransanın böyük enisklopediyasının 23-cü cildinin 4174-cü səhifəsində olan maraqlı bir mətləbi oxucuların nəzərinə çatdırırıq: “Məhəmməd (səlləllahu ələyhi və alihi), islam dininin banisi, Allahın rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur; “Məhəmməd” (səlləllahu ələyhi və alihi) kəlməsi, çox həmd və sitayiş olunmuş mənasını daşıyıb, tərifləmə mənasında olaraq “həmd” kəlməsinin kökündən götürülüb. Qəribə bir təsadüfə görə, həmin həmd kəlməsinin kökündən olan başqa bir ad, tamamilə, Məhəmməd (səlləllahu ələyhi və alihi) sözünün sinonimi – “Əhməd” kəlməsidir ki, bəlkə də Ərəbistan xristianları, Farqeliti müəyyən etmək üçün o kəlməni işlədirlər. “Əhməd” çox mədh olunmuş – çox cəlallı mənasını daşıyıb, Perikelitus kəlməsinin hərfi tərcüməsidir; yanlış olaraq Parakelitus kəlməsini onun yerinə qoyublar. Belə ki, Müsəlman yazıçıları, dəfələrlə bu kəlmədən məqsəd, islam peyğəmbərinin zühur etməsinin müjdəsi olduğunu çatdırmışlar. Qurani- məcid də, “Səff” surəsinin heyrətləndirici ayəsində açıq-aşkar bu mövzuya işarə edir.

Bu bölmənin tərtibində Fəxrülislamın yazdığı “Ənisul- ə`lam” kimi dəyərli bir kitabdan istifadə olunub.

ƏLAVƏLƏR:

1. Səff surəsi, 6-cı ayə.

 2. İncil Yuhənna, (miladi tarixinin) 1837- ci ildə Londonda nəşr olunmuş 14, 15 və 17- ci bölmələr digər cümlələrə də həmin çapdan nəql etdik və daha artıq etimad üçün Assuriya və kəldani dilindən fars dilinə tərcümə olinmuş digər tərcümələrlə uyğunlaşdırdıq.

 3. 14-cü bölmə, səh. 25-26.

 4. 14-cü bölmə, 29-cu ayə.

5. 15-ci bölmə, 26- cı ayə.

 6. 16-cı bölmə, səh. 7-15.

 7. “Ənisul-əlam” c. 2, səh. 179, 1848-ci ildə nəşr olunmuş “Lim miver”-in tarixindən nəql olunub.

8. “Təbəqati-kubra”, c. 1, səh. 259 və “Sireyi-hələbi” c. 3, səh. 279.

9. “Tarixi-kamil”, c. 2, səh. 44.

 10. “Matta” 29-cu bölmə, 10-cu ayə, və “Luka”, 17-ci bölmə, 10-cu ayə.

 11. Qədim incillərin çoxunda “vadar edəcək” sözünün yerinə “danlayacaq” yazılmışdır ki, ikinci cümlə aydın və münasibdir. Bəzi xristian təfsirçiləri və yazıçıları buna çatdıqda, onun müqəddəs ruhla uyğunlaşmadığını görərkən, çpx qəribə bir şəkildə deyirlər: “Dünyanın hakimi şeytandır.” O, camaatı günaha vadar edər. Bu mətləbə şahid həzrət İsanın (ələyhis səlam) 30-cu ayədə buyurduğudur; “Dünyanın hakimi gəlir. Onun məndə payı yoxdur, yəni O, İsaya (ələyhis səlam) qələbə çalmayacaq.”

Bu izah, şeytani fikirdən başqa bir şey deyil. Çünki, belə bir dünya hakiminin (yəni şeytanın) camaatı günaha vadar edəcəyini fərz edə bilərik. Lakin doğruluq və insafa necə vadar edəcək?

 12. Məhəmməd (səlləllahu ələyhi və alihi) xatəme peyambəran”, c. 1, səh. 504.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

2011-ci ilin Fevral ayından bəhreyn Şiələrinin davam etdiyi Kəramət İnqilabı ...
Cinayətkar Benyamin Netanyaho “İŞİD” terrorçuları ilə əməkdaşlıq etdiyinə ...
HEÇ PEYĞƏMBƏRİ (s) GÖRMÜSÜNÜZ? Onda gəlin Onu sizə təsvir edək
İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-2
Həzrət İsanın İslam peyğəmbərinin (s) gəlişinə müjdəsi
ABŞ-da növbəti anti-polis əməliyyat, 3 polis öldürüldü
Suriya Xan Şeyx şəhəri yağı düşməndən azad edilərkən
Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən ...
Miyanmar Şiələri həzrəti Əlinin (ə) Şəhadətinin ildönümün qeyd etdilər
Sionist-Təkfiri Terror Təşkilatı İşid-ə Beyət Etmiş qəbilə rəislərindən ...

 
user comment