Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Vahabi etiqadının yeni təhlili

Vahabi etiqadının yeni təhlili(3)

Bismillahir Rəhmanir Rəhim

ÜÇÜNCÜ SÖHBƏT

Şiə və Vahabi nöqteyi-nəzərində tovhid

Vahabiyyət məktəbində təfəkkürün qadağan olunmasının nəticəsi

Vahabiyyət məktəbində etiqadi məsələlərdə bir növ fikir donuqluğu müşahidə olunur. Şeyx Məhəmməd bin Əbdül Vəhhab özünü açıq fikirli bir şəxs kimi qəbul etdiyinə, Sünnə əhlinin dörd məzhəbi, hətta Şiə etiqadına irad tutub Quran ayələrini yozduqlarına görə qınadığına baxmayaraq, özü Mütəal Allahı tanımaq sahəsində cüzi məsələlərə ehmalla yanaşaraq Təbarək Taala Allah üçün bir növ cisim olduğunu təsəvvür edir bu barədə Quranın ayələrinin zahirinə kifayətlənirdi.

Onun tərəfdarları da ayə rəvayətlər haqqında düşünməkdən uzaq durub əqli, fəlsəfi ürfan elmlərini inkar etdikləri üçün donuq, məhdud nəzər fikir tərzinə düçar olmuşdurlar. Belə ki, ayə rəvayətlərin buyurduqlarını zamanın tələbinə uyğunlaşdırmağa qadir deyildilər. Elə buna görə ilk öncə telefon, ümumi rabitə vasitələri sairəni haram elan edib bunlarla mübarizəyə qalxaraq, lakin sonda təslim olmağa məcbur oldular.

Şəfaət, təvəssül, peyğəmbərlik isməti kimi məfhumları bu günkü idrakları ilə uyğunlaşdırmağa qadir olmadıqları üçün bütün peyğəmbərlər, xüsusilə İslam Peyğəmbəri övliyalar haqqında düşüncələri məhdud olub, onların mənəvi məqamlarını digər şəxslərlə bərabər hesab edir, onları öldükdən sonra puç heç olduqlarını zənn edirlər. Ancaq şiə bəzi islami firqələr həmən şəxslərin hər bir işdə hazır olub nəzarətçi olduğuna inanırlar. Nəticədə vahabilər peyğəmbərlər övliyalara sığınıb, onlara təvəssül edib, şəfaət istəməyi bir növ bidət şirk hesab edirlər.

Şəhid Mütəhhərinin dilindən eşidək

Şəhid Mütəhhəri deyir:

“Vahabilər Allahın iki hakimiyyət dairəsinə malik olduğunu təkid edirlər: Birincisi, Allahın zatına aiddir heç kəs bu dairəyə daxil ola bilməz. İbadətlə təvəssül Allaha aid olaraq bu dairəyə daxildir. İkincisi, dünyanın təbii adi işlərinə aiddir ki, insanların adi işlərinin bir hissəsidir. Bu, insana aid olub, onun ixtiyar iradəsinə tabedir. Bu sahədə Allahın heç bir ifası yoxdur”.[1]

O, sözünə davam edərək deyir:

“Bizim nəzərimizcə, Varlıq üçün hakimiyyət dairəsi fərzi, Allahın hakimiyyət sərhədinin bir tərəfdə, digər varlıqların, xüsusilə insanın hüdudlarını başqa bir tərəfdə təsəvvür etməklə bu iki sərhədi bir-birindən ayırmağın özü qeyri-məqbul bir növ şirk sayılır. Allahın işlərini digər varlıqların işlərindən ayırmaq lazım deyil. Çünki bizim:

"ان القوة لله جميعاً" "لا حول و لا قوةَ الا بالله العلي العظيم"

etiqadımız vardır”.

Mütəhhəri sonra belə davam edir:

“Vahabiçilik əqidəsi, yayılmış təsəvvürün əksinə olaraq, imamətin ziddinə olan bir nəzəriyyə deyildir. Əslində imamətin ziddinə olmaqdan öncə tovhidə zidd insaniyyətin əksinə olan nəzəriyyədir. Bir növ gizli zati şirk etiqadı ilə bərabər xaliqlə məxluq işlərini bir-birindən ayırdığı üçün anti-tovhid əqidəsi, insanı mələklərdən üstün seçən, Quranın buyurduğuna əsasən, mələkləri ona səcdə etməyə məmur edən “xəlifətullah”ı insanlıq istedadını dərk etmədiyi, onu bir heyvan həddində alçaltdığına görə anti-bəşər etiqadıdır”.

Tovhid filosofların nəzərində

Allahın zat sifətlərini tanımaq haqqında mübarək “Tovhid” surəsindən bu məsələləri qeyd etmək olar:

Zati Tovhid: Allah Taala kamil zat, kamal camal sifətlərinin toplusudur. Elə buna görə bu zatın Əhəd Vahid olması lazımdır. Yəni Əhədiyyət Vahidiyyətdəki mənasını Onun zatında da nəzərdə tutmalıyıq. Belə bir zatın vücudunu etiraf edənlərin Zatı Tovhidə etiqadları vardır.

Zatı Şirk: Allah Taalanın iki ya çox zata sahib olduğunu qəbul etmək Zatı Şirk adlanır. Allah zat baxımından təkdir heç bir şəriki tayı-bərabəri, yaxud övladı olduğuna ya Onun kiminsə övladı olduğuna inanan şəxslər Zatı Şirk əqidəsini daşıyırlar. Qurani Kərim bu növ əqidəni tamamilə rədd olunmuş əqidə hesab edir.

Sifət Tovhidi: Allahın zatı Onun əlamətləri vasitəsi ilə tanıdığımız sifətlərə malikdir. Məsələn, Əlim (çox elmli), Həyy (həyatda olması), Həkim (hikmətli) Qəyyum. Bu kimi sifətləri zatla əlaqələndirərək Təbarək Taala olan Allahın zat sifətininin Əhəd olduğunu söyləyirik. Çünki bütün bu sifətlər Allahın zatına qayıdır. Sifətdə çoxluq yoxdur bütün sifətlər vahid bir sifətdir. Hər bir sifət digər sifətin eynidir; Məsələn, Onun elmi elə Onun qüdrətidir. Lakin bizim əlamətlər vasitəsi ilə düşüncə dərkimizcə çoxluq təşkil edən sifətlər elə o Vahid zata aiddir. Beləliklə Onun sifət zatı, vahid bir zatın bir neçə sifətlə tərkib olunduğu kimi deyil, Vahiddir.

Əfali Tovhid: Əfali Tovhid Sifət Tovhidi kimidir. Belə ki, varlıq aləmində hər bir işin mənşəyi Pak Allahın zatı olaraq sonda Onunla tamamlanır. Əlbəttə, Onunla əlaqələndirib Ona bağladığımız hər bir Onun həmən başqa işinin eyni olacağını bilməyimiz lazımdır. Allahın işləri arasında heç bir ayrı-seçkilik fərq yoxdur. Allahın işlərindəki ikilik, ya çoxluğun müşahidəsi isə bizim məhdud dərkimizə qayıdır.

"وَ لا تَقولنَّ لِشَيىء إنّي فَاعِلٌ ذَلِكَ غَداً * إلا أنْ يَشَاءَ اللهُ وَ اذْكُرْ رَبَّكَ إذا نَسِيْت"[2]

“Heç vaxt sabah o işi edəcəyəm demə, Allah qoysa de. Unutduqda isə Pərvərdigarını yad et”.

Beləliklə, bizim bütün iradəmiz Onun iradəsi əhatəsində olub bütün işləri (əfalı) vahiddir (La hovlə la quvvətə illa billah). Belə etiqad sahibləri, yəni bütün işləri Allahda tamamlandıran şəxslər Əfalı Tovhid əqidəsini daşıyırlar.

Əfali Şirk: Məxluqlar üçün ilahi iradədən asılı olmayan müstəqil iradə təsəvvür etməkdir. Belə ki, məxluqun gördüyü hər bir işin Allahın iradə dairəsindən xaric olduğunu təsəvvür etməkdir. Allah Taala Qurani Kərimdə bütün əfal işlərin özünə aid olduğu haqqında belə buyurur:

"وَ مَا رَمَيْتَ اذْ رَمَيْتَ وَ لَكِنَّ اللهَ رَمىَ"[3]

Bu məsələ bizim Peyğəmbərimizin özünün Bədr savaşında düşmənə sarı torpaq daş atdığını çox gözəl bildiyimiz halda belə düzgündür.

İbadi Tovhid: İndi ki, Allahın zatı, sifəti əfalı haqqında söz açdıq, Haqq həzrətlərinin İbadi Tovhidi barəsində danışmaq lazım gəlir. Belə ki, tənha Onun zatı ibadətə layiqdir. Ona ibadətdə digərini şərik seçəriksə, bütpərəstlər s... kimi İbadi Şirkə düçar olarıq. Aşağıdakı ayələr İbadi Tovhidə işarədir:

"ايّاَكَ نَعْبُدُ وَ ايَّاكَ نَسْتَعينُ"[4]

“Yalnız sənə ibadət edir yalnız səndən kömək diləyirəm”.

Bu mövzuda başqa bir ayədə buyurur:

"قُلْ انَّ صَلَاتِي وَ نُسُكِي وَ مَحْيَايَ وَ مَمَاتِي للهِ رَبِّ الْعَالَمِينَ" [5]

“De! Həqiqətdə mənim namazım, (digər) ibadətlərim, həyat ölüm Aləmlərin pərvərdigarı Allah üçündür”.

İbadi Tovhid انَّ صَلَاتِي وَ نُسُكِي Rübubi Tovhid isə مَحْيَايَ وَ مَمَاتِى cümlələrindən anlaşılır.



[1] “Tovhid ideologiyası”, 2-ci cild, səh. 116

[2] Kəhf (18), 23 və 24-cü ayələr.

[3] Ənfal (8), 17-ci ayə.

[4] Həmd (1), 5-ci ayə.

[5] Ənam (6), 162-ci ayə.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment