Beynəlxalq sektor: OSCE – Avropa təhlükəsizlik və həmkarlıq qurumu Almaniyada müsəlmanlara qarşı ayrı-seçkilik münasibətlərini araşdırır.
İQNA İran Quran İnformasiya Agentliyi Dunyabulteni mənbəsinə istinadən bildirir ki, OSCE Avropada müsəlmanlara qarşı dözümsüzlükdən nigarançılığını bildirmiş və mövzu ilə bağlı araşdırmalara başlamışdır. Almaniyada yəhudilərin də zorakılıqlarla qarşılaşdığı bildirilir. Araşdırma məqsədilə təşkilat Almaniyaya yəhudi və müsəlman din xadimləri göndərməyi planlaşdırır. Andrew Baker yəhudilərin, Adil Əhmədov müsəlmanların maraqlarını təmsil edəcək din xadimləridir. Onların Almaniyada rəsmi şəxslərlə və siyasilərlə görüşləri nəzərdə tutulur.
source : www.iqna.ir