Azəri
Thursday 18th of July 2024
0
نفر 0

II Qaregin Ermənistan prezidentindən Şəhid Seyyid Mübariz İbrahimovun meyitinin qaytarılmasını xahiş edib

Əhl Beyt – ABNA- xəbər agentliyi “ARMENIA Today” agentliyinin verdiyi məlumatına istinadən, bütün Ermənilərin Katolikosu II Qaregin gizir Şəhid Seyyid Mübariz İbrahimovun meyitinin qaytarılması üçün Ermənistan prezidentinə müraciət edib.

Məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın patriarxı Kirill vasitəsilə II Qareginə müraciət edərək, bu işdə yardım etməsini xahiş edib. Bununla əlaqədar II Qaregin Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb. Lakin II Qareginin hansı cavab alması hələlik açıqlanmır.

Qeyd edək ki, gizir Ş.S. M. İbrahimov bu il iyunun 18-də Tərtər cəbhəsində tək başına, arxa cəbhədən kömək almadan Ermənistan Silahlı Qüvvələrinin üzərinə gedərək,altı saatlıq döyüşdən sonra, yüzlərlə erməni işğalçılarını cəhənnəmə göndərərək, sübh namazı vaxtı qəhrəmancasına həlak olub.

Ruhu şad, yolunun davamçıları artıq olsun . Amin !

DİQQƏT : Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...

 
user comment