Azəri
Friday 26th of April 2024
0
نفر 0

ÜSULIDINDӘ ӘDALӘT

ÜSULIDINDӘ ӘDALӘT

Әgər ilahiyyatın digər məsələlərində şübhə və iradlar varsa, onlar mütəkəllim, filosof və elm əhli üçün qarşıya çıxır. Həmin mətləblər çətin olmalarına baxmayaraq, ümumi kütlənin fikir dairəsindən xaric olduğu üçün, onlara tutulan iradlar və onların cavabları ümumi kütlənin dərkindən yuxarı səviyyədə irəli sürülür. Amma ilahi ədalət barəsindəki iradlar aşağı və ümumi kütlə səviyyəsindədir. Bu barədə həm savadsız təbəqə, həm də mütəfəkkir filosoflar fikirləşirlər.

Buna görə də, ədalət məsələsi xüsusi əhəmiyyət və mövqeyə malikdir. Elə bu cəhəti (Әş`ərilər deyil, Şiə və mö`təzilə kimi) İslam alimlərinin, ədaləti «üsulidin» (dinin kökləri) məsələləri sıralarında yerləşdirmələri və onu ikinci əsas hesab etmələrinin səbəbi hesab etmək olar. Çünki belə olmayan surətdə, ədalət də Allahın sifətlərindən biridir və əgər ilahi sifətləri dinin əsaslarından sayırıqsa, onda gərək elm, qüdrət, iradə və bu kimi digər sifətləri də dinin köklərindən sayaq. Şiələrin, ədaləti üsulidinin əsaslarından biri saymasının əsas səbəbi başqa bir şeydir. Həmin səbəb budur ki, şiələrlə sünnilərin Allahın digər sifətlərində heç bir ziddiyyəti yox idi və əgər hansısa ziddiyyət var idisə də, o qabarıq şəkildə irəli sürülmürdü. Amma onların arasında ədalət məsələsində kəskin ziddiyyət var idi və bu məsələ çox güclü şəkildə işıqlandırılırdı. Belə ki, ədalətə inam bəsləmək və ya inanmamaq təriqət və məzhəblərin nişanəsi sayılırdı. Məsələn, birinin şiə və ya sünnü və əgər sünnidirsə mö`təzilə və ya Әş`əri olması həmin inamla müəyyənləşdirilirdi. Təkcə ədalət Әş`ərilik, ədalətlə imamət birlikdə isə şiəlik əlaməti sayılırdı. Buna görə də deyilirdi ki, İslamda üsulidin üç əsasdan ibarətdir, şiə məzhəbində isə həmin üç əsasdan əlavə, ədalət və imamət də vardır.

 

ӘDALӘT VӘ HIKMӘT

Bundan əvvəl qeyd etdik ki, Allah sifətləri içərisində, tutulan iradlar baxımından bir-birinə yaxın olan iki sifət ədalət və hikmətdir.

Allahın ədalətli olmasından məqsəd budur ki, O heç bir varlığın layiq olduğu haqqı ondan əsirgəmir və hamıya layiq olduğunu verir. Həkim olmasından məqsəd isə, məxluqatın ən gözəl və yaxşı şəkildə xəlq edilməsidir. Xacə Nəsrəddin Tusi deyir:

Coz`hokm həqqi ke hokmra şayəd nist

Hokme ki ze hokme həqq fuzun ayəd nist

Hər çize ke həst, an çenan mibayəd

An çize ke an çenan nə mibayəd nist

`nası: Haqqın hökmündən başqa heç bir hökm, hökm olmağa layiq deyil; Haqqın hökmündən üstün hökm yoxdur; hər nə varsa, elə həmin cür olmalıdır; elə olmamalı bir şey yoxdur.

Allah-taalanın hikmət və lütfünün lazımı nəticəsi dünya və varlığın hədəf və mə`naya malik olmasıdır. Yaranan hər bir şey öz-özlüyündə xeyirdir və ya xeyirə çatmaq üçün vasitədir.

«Hikmət» alimlik və iradəliyin xüsusiyyətlərindən və dünya üçün son illətin olmasının nişanələrindəndir. Amma «ədalət»in elm və iradə sifətləri ilə heç bir əlaqəsi yoxdur. Әdalət, dediyimiz mə`nada Allahın failliyinin xüsusiyyətlərindən, yə`ni Onun zati deyil, əməli sifətlərindəndir.

Allahın ədalət və hikmətinin müştərək iradı bədbəxtliklər, başqa ibarətlə desək, dünyada şərlərin olmasıdır. «Şərlər» məsələsini «zülm» adı altında ilahi ədalətə irad saymaq və Həmçinin «hədəfsiz işlər» adı ilə Allah-taalanın ali hikmətinə nöqsan kimi qiymətləndirmək mümkündür. Buna görə də o, materializmə yönəlmənin səbəblərindən biri sayılır. Məsələn, biz canlı varlıqların təhlükələr qarşısında özünü qorumaq xüsusiyyətinə malik olmalarını ilahi hikmətin dəlili kimi qiymətləndirəndə, dərhal ortaya belə bir sual çıxır: Ümumiyyətlə nə üçün təhlükə var ki, bizim də müdafiə və qoruyucu xarakterli sistemlərə ehtiyacımız olsun? Nə üçün ziyanverici virus və mikroblar var ki, onlarla mübarizə aparmaq da lazım gəlsin? Nə üçün yırtıcı heyvan var ki, qaçan ayaq, buynuz və ya digər vasitələrə ehtiyac olsun? Heyvanlar aləmində bir tərəfdən zəif və ovlanan heyvanlarda qorxu hissi var, digər tərəfdən isə güclü və ov edən heyvanlarda yırtıcılıq xüsusiyyəti mövcuddur. Insan üçün belə bir sual yaranır ki, nə üçün hücum və təcavüz amili var ki, şüur və hesabla qoruyuculuq sisteminin yaranmasına ehtiyac da olmuş olsun?

Həllinin dəqiq araşdırmalara ehtiyacı olan bu iradlar qorxulu burulğan kimi özündə bir çox qrupları boğaraq məhv edib. Burada belə demək lazımdır:

Dər in vərte kəşti füru şod hezar

Ke naməd əz u təxteyi dər kənar.

`nası: Bu burulğanda minlərlə gəmilər batıb ki, sahilə onların bir taxtaları belə gəlib çıxmayıb.

Materialist dualizmi və bədbinlik fəlsəfələri adətən bu qorxunc şübhələr burulğanında yaranıb.

DUALIZM

Bəşəriyyət, xüsusilə ariya soylu xalqlar lap qədimlərdən dünyanın işlərini iki qrupa - yaxşı və pisə bölürmüş. Nur, yağış, günəş, yer və bir çox şeyləri xeyir və yaxşılar qütbündə, qaranlıq, quraqlıq, sel, zəlzələ, xəstəlik, yırtıcılıq və quduzluğu isə pis və şərlər sırasında yerləşdirirmişlər. Әlbəttə, bu qruplaşdırmada insan özünü həmin şeylərin yerini müəyyənləşdirmək me`yarı və miqyası edirmiş, yə`ni o özü üçün xeyirli olduğunu gördüyü hər bir şeyi yaxşı, zərərli gördüyü şeyi isə pis adlandırırmış. Qədim insanlar üçün belə bir sual yaranıbmış ki, görəsən pis və şər işləri də yaxşı və xeyirli işləri yaradan kimsə yaradır, yoxsa yaxşılar bir mənşə, şərlər isə başqa bir mənşədən vücuda gəlirlər? Görəsən yaxşı və pisin yaradıcısı birdir, yoxsa dünyanın iki başlanğıc və yaradıcısı vardır?

Onların bir qrupu belə qənaətə gəlib ki, dünyanı yaradanın özü ya yaxşı və xeyirxahdır, ya da pis və bədxah. Әgər yaxşıdırsa pisləri və əgər pisdirsə yaxşı və xeyirliləri yaratmaz. Onlar bu düşüncə ilə belə bir nəticəyə gəliblər ki, dünyanın iki başlanğıc və qaynağı (dualizm) vardır.

Qədim iranlıların yaxşı və pisin (xeyir və şərin) hər birinə bir qaynaq və mənbə təsəvvür etmələri və sonralar «Әhrimən» və «Yəzdan» ifadəsi ilə bəyan edilən şeylərə e`tiqad bəsləmələri həmin mənşədən yaranıb.

Tarixi nişanələrə əsasən, ariya kökünə mənsub olan insanlar Iran torpaqlarında yerləşdikdən sonra təbiətin od, günəş, yağış, torpaq və külək kimi cilvələrinin pərəstişinə başlayıblar. Tarixçilərin nəzərlərinə əsasən, iranlılar pis və şər şeylərə pərəstiş etməyiblər. Amma ariya soyuna mənsub olmayan digər xalqlar da olub ki, onlar xəbis ruhları razı salmaq bəhanəsi ilə pis və şər şeylərə pərəstiş ediblər. Qədim Iranda iki şeyə pərəstiş deyil, iki mənşə və iki yaradanın olması əqidəsinə inananlar olub, yə`ni iranlılar ibadətdə deyil, yaradılışda şirkə qail olublar.

Sonralar Zərdüşt zühur edib. Tarixi baxımdan, Zərdüştliyin əslində tövhid və ya «ikitirəli» din olması tam şəkildə mə`lum deyil. Mövcud Avesta da həmin qaranlıq nöqtəni aydınlaşdırmır. Çünki bu kitabın müxtəlif hissələri bir-birindən çox fərqlənir. Avestanın «vendidad» adlı bölməsi aşkarcasına ikitirəliyə tə`kid edir. Amma onun «qat»lar bölməsindən elə də ikilik əqidəsi başa düşülmür. Hətta bə`zi tədqiqatçıların iddialarına görə, həmin fəsildən tövhid nəticəsinə gəlinir. Elə həmin böyük fərq və ziddiyyətlərə görə tədqiqatçılar mövcud Avestanın bir nəfərin əsəri olmamasını bildirirlər. Onlar deyirlər ki, bu Avesta ayrı-ayrı şəxslər tərəfindən yazılıb.

Bu barədə olan tarixi araşdırmalar yetərli deyildir. Amma biz «məcus» barəsində olan islami əqidəmizə görə, zərdüştliyi əsası tövhid dini olmuş bir din hesab edə bilərik. Çünki, İslam alimlərinin əksəriyyətinin fikrinə əsasən, zərdüştlər kitab əhli sayılırlar. Tədqiqatçı tarixçilər də həmin əqidəni təsdiqləyərək deyirlər ki, dualizm əqidəsinin zərdüşt dininə nüfuzu, bu dinin zühurundan qabaq ariya soyunda ikiallahlıq əqidəsinin olması ilə bağlıdır.

Әlbəttə, biz yalnız sırf tabeçilik, yə`ni islami əsərlər yolu ilə zərdüştliyi tövhid şəriəti hesab edə bilərik. Amma zərdüştliyə mənsub olan tarixi əsərlər baxımından onu tövhid dini adlandıra bilmərik. Çünki tədqiqatçıların «qatlara» əsaslanaraq dedikləri ən tutarlı şey budur ki, zərdüşt zati tövhid tərəfdarı olub, yə`ni o, yalnız bir varlığı öz zatına əsaslanan və yaradılmamış varlıq hesab edirmiş və o, Ahuramazda imiş. O, Ahuramazdanı bütün varlıqların, hətta Әhrimənin də yaradanı hesab edirmiş. Başqa sözlə desək, zərdüşt varlıq aləminin yalnız bir kökünün olmasına inanırmış. Həmçinin, bə`zi tədqiqatçıların sözlərinə əsaslanaraq zərdüştü ibadi tövhidin tərəfdarı, yə`ni bir varlığa pərəstiş edən hesab edə bilərik. Amma hər hansı bir dinin tövhid dini olması üçün zati və ibadi tövhiddən əlavə, yaradılışda tövhid də lazımdır. Zərdüşt dini isə tarixi sənədlərə əsasən, yaradılış baxımından tamamilə ikitirəli olub. Çünki həmin tə`limlərdən belə mə`lum olur ki, «anqromenu»nun (xəbis əql) müqabil nöqtəsi «sepentmenu» (müqəddəs əql)-dir. «Sepentmenu» yaxşı, yə`ni yaxşı olan və yaradılmalı olan şeylərin mənşəyidir. Amma anqromenu və ya Әhrimən pis şeylərin, yə`ni yaradılmamalı və Ahuramazda və ya sepentmenunun, onları yaratmaq məs`uliyyəti daşımadığı və yaradılışları anqromenunun öhdəsinə olan şeylərin mənşəyidir. Bu fikrə əsasən, varlıq aləmi iki köklü olmamasına baxmayaraq ikitirəlidir, yə`ni Ahuramazdadan başlanan varlıq, iki qola bölünür. Onlardan biri sepentmenu və yaxşı tə`sirlərindən ibarət yaxşı qol, digəri isə ənqromenu və onun bütün pis tə`sir və yaratdıqlarından ibarət pis qoldur. Әgər Zərdüştdən qalmış ən mö`təbər və ən tövhidi əsər olan qatları me`yar götürsək, onu beş-altı xeyir və şərdə, mövcud quruluşun ən gözəl quruluş olmaması və ali hikmətlə uyğun gəlməməsi əqidəsinə düçar olmuş görəcəyik. Bu cəhət onu səma elçilərindən tamamilə ayırır.

Zərdüşt dini həmin naqis cəhətlərinə görə dualizmlə mübarizə apara bilmədi. Belə ki, dualizm əqidəsi ondan sonra, bir daha iranlılar arasında varlığın iki köklü olması mə`nasında meydana çıxdı. Iranda bir növ zərdüştçiliyin qollarındən sayılan sasani dövrünün zərdüştləri, manovilər və məzdəkilər ən yüksək səviyyəli «ikitirəli» olublar.

Həqiqətdə demək lazımdır ki, zərdüşt dini şirk və ikitirəliyi hətta qatlar səviyyəsində belə iranlıların ürəyindən çıxara bilmədi və özü də bu xurafi əqidəyə məğlub olaraq təhrif edildi.

Ancaq İslam neçə min illik bu xurafatı iranlıların beyinlərindən çıxara bildi. Bu İslamın fövqəladə qüdrətinin və iranlıların ruhundakı dərin tə`sirlərinin nişanələrindəndir ki, dualizm əqidəsi ət və qanlarına hopmuş xalqı, bu iyrənc xurafatdan nicat verdi. Dualizm iranlıların canlarına elə yerimişdi ki, hətta Domuzil kimi bə`zi şərqşünaslar onu iranlı təfəkkürünün əsası hesab ediblər. Onlar bu xurafata o qədər əsir olmuşdular ki, onun tə`siri altında öz dinlərini belə təhrif edirdilər. Bəli, İslam iki qüvvəyə pərəstiş edən iranlılardan əsl təkallahlı yetişdirdi ki, onlar

الْحَمْدُ لِلّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ

«Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!...» (əl-Әn`am-1)

Həqiqətini öyrənərək

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ و

«O, yaratdığı hər şeyi gözəl yaratdı...»(əs-Səcdə-7) mə`nasına e`tiqad bəsləyib

قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى

«...Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır! (Ta-ha-50)» gerçəkliyinə iman gətirib onu dərk etdilər və Allah, yaradılış, varlıq və dünyaya eşq onların vücudlarını elə əhatə etdi ki, varlıq aləminin sitayişində belə dedilər:

Be cəhan xorrəm əz anəm ke cəhan xorrəm əz ust

Aşeqəm bər həme aləm ke həme aləm əz ust

Be eradət be xorəm zəhr ke şahed saqist

Be cəladət bekeşəm dərd ke dərman həm əz ust

`nası: Mən dünyada ona görə şadam ki, dünyanın şadlığı Ondandır; bütün aləmə aşiqəm ki, aləmin hamısı Ondandır; saqi şahid olan zəhəri tam iradə və razılıqla içərəm; dərmanı Ondan olan dərdi şirinliklə çəkərəm.

Iranlı, İslamdan sonra şərlər üçün nəinki Allaha rəqib olan mənşəyə qail deyil, əksinə ali irfani baxışda ümumi yaradılış aləmində olan pisliklər, onun gözündə məhv olur və o, «ümumiyyətlə pislik mövcud deyil» və ya «pis, olmayan şeydir» deyir. Qəzzali deyib ki, «mövcud quruluşdan gözəl quruluşun olması mümkün deyil.» Bu şəxs İslamın yetişdirdiyi insandır ki, belə lətif və ali təfəkkür əldə edib. O dərk edir ki, bir baxışda pis və xoşagəlməz olan bəla, çətinlik və müsibətlərin hamısı ali və dərin baxışda lütf və gözəllikdir.

Yerində «qeybin dili» ləqəbini almış və dərin fəlsəfi və irfani düşüncələri fəsahət və bəlağətin ən yüksək həddində, kinayə və məcaz şəklində bəyan etmiş Hafiz, səthi və məhdud baxışla, yuxarıdan olan dərin və hərtərəfli baxışı, yə`ni kamil arif olan təriqət başçısının baxışı arasındakı fərqi, ikibaşlı ifadə ilə bəyan edərək belə deyir:

 

Pire ma qoft xəta bər qələme son` nərəft

Afərin bər nəzəre pak xəta puşeş bad

`nası: Bizim təriqət başçımız dedi ki, yaradılış qələmində heç bir xəta olmayıb; Afərin onun bu pak və xəta örtən nəzərinə!

Onun məqsədi budur ki, təriqət başçısının dünyanı haqqın vahid cilvəsi kimi görən və məhdudiyyət və səviyyəsizlikdən uzaq olan pak və nurlu baxışında, məhdud baxışlarda aşkar olan bütün xəta və «lazımsızlıqlar» məhv olur. Dünya Haqqın cilvəsidir. Haqqın zatı mütləq gözəllik və mütləq kamillikdir. Gözəlin cilvəsi də gözəldir və onun gözəl olmaması qeyri-mümkündür. Әgər gözəl bədəndə hər hansı bir üzvə, yerləşdiyi yer və digər üzvlərlə birgə, həmin bədəni təşkil etməsi məsələsini nəzərə almadan diqqət yetirsək, onun kamillik, ləyaqət və düzlüyünü dərk etmərik. Belə şəraitdə bə`zən elə fikirləşirik ki, əgər o başqa cür olsaydı, daha yaxşı olardı. Amma onu geniş, hərtərəfli və gözəl bədəni təşkil edən bir üzv kimi nəzərə alanda fikrimiz tamamilə dəyişir.

Hafiz, demək olar ki, bütün qəzəllərində kinayə və məcazla dediyi mətləbləri digər bir beytlə təfsir edir. O həmin qəzəlin digər bir beytində, adətinə uyğun olaraq, öz məqsədini belə açıqlayır:

Çeşməm əz ayine darame xətto xaləş şod

Ləbəm əz buse robayan bəro duşəş bad.

`nası: Mənim gözüm onun qarşısında ayna tutanlardan, dodağım isə onun çiynindən busə götürənlərdən oldu.

O bu beytin birinci misrasında özünün, dünyanı Onun xal, göz və qaşının cilvəsi və hər şeyi öz yerində gözəl görən «eynul-yəqin» (gözlə görüb yəqin etmə) mərhələsinə çatmasını bəyan edir və ikinci misrada «həqqul-yəqin» (haqqı olduğu kimi yəqinliklə dərk etmə) mərhələsinə çatması arzulayır.

Hafiz digər qəzəllərində də, ariflərin həqiqətə çatdıqdan sonra kamal, lütf, gözəllikdən başqa bir şey görməməsini dəfələrlə bəyan edib.

Ruye xubəd ayəti əz lotfe bər ma kəşf kərd

Zin səbəb coz lotfo xubi nist dər təfsiri ma

`nası: Sənin gözəl üzün bizə bir nişanə aşkar etdi; buna görə də bizim təfsirimizdə lütf və yaxşılıqdan başqa bir şey yoxdur.

Yaxud başqa bir yerdə belə deyir:

Məra be kare cəhan çəndan eltifat nə bud

Roxe to dər nəzəre mən çenin xoşəş arast

`nası: Mənim dünya işlərinə elə də marağım yox idi; sənin üzün onu mənə elə gözəl göstərdi.

Ümumiyyətlə, dünyagörüşü irfani olan, vəhdəti fəlsəfi çoxluğun, cilvələnməni fəlsəfi səbəb-nəticənin, eşq və gözəlliyi fəlsəfi əql və vacibliyin canişini edən və dünyanı «mütləq gözəlliyin cilvəsi» hesab edən Hafiz, «xəyyamvari» və «əbul-əravari» misalında fikirləşə bilərmi? Hafiz irfani dünyagörüşündəki «vəhdət», «cilvə» və «gözəllik» ünsürlərini məşhur şe`rinin bu üç beytində çox gözəl və aşkar şəkildə bəyan edib.

Әkse ruye to çu dər ayineye cam oftad

Arif əz pərtove mey dər təmə`e xam oftad

Hosne ruye to be yek celve ke dər ayine kərd

In həme nəqş dər ayineyi ovham oftad

In həme əkse meyo nəqşe neqarin ke nümud

Yek fruğe roxe saqist ke dər cam oftad

`zilərinin bu beyti Hafizin yaradılışa e`tirazı kimi qiymətləndirmələrinin səbəbi onun «xətapuş» kəlməsindən istifadə etməsidir. Amma onlar bu nöqtəni unudublar ki, ikibaşlı cümlə və ya kəlmədən istifadə etmək və bə`zən zahiri mə`nasına zidd mə`na verən kəlmənin işlədilməsi bədii gözəlliklərdəndir və irfani şairlər bu üslubdan çox istifadə edirlər. Hafizin digər şe`rləri bu mətləbə gözəl dəlildir. Bundan əlavə, məsələn əgər Hafizin yaradılışa e`tiraz etməsini fərz etsək, görəsən o, təriqət başçısına olan o qədər ehtiram, tə`zim və tam inamı ilə onu yalançı saya bilərmi? Çünki belə olan surətdə Hafizin məqsədi ya budur ki, təriqət başçısı yaradılışda heç bir səhvin olmaması iddiasında yalançıdır və ya o, axmaq və sadəlövhdür.

Hafiz özünün bə`zi şerlərində şərlərin yozulmasının əsas sirrini, yə`ni yaradılışın bölünməzliyini çox gözəl şəkildə bəyan edib və biz öz yerində həmin mətləbi açıqlamışıq. Buna görə də, Hafizin həmin beytdə yaradılışa e`tiraz etməsini və təriqət sahibinin nəzərini puça çıxarmaq istəməsini fikirləşmək avamlıqdır.

ŞEYTAN

Zehnlərdə belə bir təsəvvür yarana bilər ki, əgər zərdüştlikdə «əhrimən-yəzdan» ikiliyi fikri varsa, İslamda da bir-birinə zidd qütblər olan «Allah və şeytan» əqidəsi vardır. Belə olan surətdə, zərdüşt dininin əhriməni ilə İslamın şeytanı arasında nə fərq var?

Zərdüşt dinində olan əhrimən düşüncəsi ilə İslamdakı şeytan düşüncəsi arasında müqayisə olunmaz dərəcədə fərq var. Bu məsələnin bir qədər izaha ehtiyacı var.

Avesta tə`limində «anqrumanyu» və ya «əhrimən» adlı varlığın adı çəkilir və xəstəliklər, vəhşilər, yırtıcılar, ilanlar, əqrəblər və həmçinin məhsulsuz torpaqlar, quraqlıqlar və bu kimi bütün pisliklər, şərlər, ziyanlar və zərərverici varlıqların yaradılışı böyük allah olan «ahuraməzdaya» və ya anqrumanyunun rəqibi olan «sepentmenuya» deyil, ona nisbət verilir.

Avestanın bə`zi tə`limlərindən belə mə`lum olur ki, əhrimənin özü ahuramazda kimi qədim və əzəli bir cövhərdir və ahuraməzda qətiyyən onun xaliqi deyil. Ahuraməzda onu yaratmayıb, bəlkə kəşf edib. Amma Avestanın digər bə`zi tə`limləri, xüsusilə onun ən mö`təbər bölümlərindən olan qatlardan isə belə mə`lum olur ki, ahuramazda iki mövcud yaradıb. Onlardan biri sepentmenu və ya müqəddəs düşüncə, digəri isə anqrumanyu, yaxud xəbis düşüncə olan əhriməndir. Hər halda Avestadan mə`lum olan və zərdüştlərin e`tiqad bəsdlədikləri şey budur ki, dünyada olan varlıqlar iki qismə - xeyir və şərə bölünürlər. Xeyirlər mövcud olan, mövcud olmalı, mövcud olmaları yaxşı olan və vücudları dünya üçün xeyirli olan varlıqlardır. Şərlər isə o varlıqlardır ki, mövcud olmalarına baxmayaraq, əslində mövcud olmamalı və olmaları dünyada naqisliklərin yaranmasına səbəb olmuş varlıqlardır və bu şərlər ahuramazdanın məxluq və yaratdıqları şeylər deyildir və əhrimənin ahuramazdanın məxluqu olub-olmamasından asılı olmayaraq, onlar əhrimənin yaratdıqlarıdır.

Deməli, əhrimən dünyanın bir çox varlıqlarının yaradıcısıdır. Yaradılış aləminin bir hissəsi onun ixtiyarındadır, onun özü ya zatında qədim və əzəli bir əsl və ahuramazdanın şərik və bənzəridir, ya da onun məxluqu və eyni halda yaradılışdakı şərikidir.

Amma İslam dünya görüşündə dünya və onda olan varlıqlar iki qismə, yə`ni xeyir və şərə bölünmür. Bu dünya görüşünə əsasən yaradılmamalı olan, amma yaradılmış və ya pis yaradılmış varlıq yoxdur. Hər bir şey gözəl və yerində yaradılıb və bütün şeylər Allahın məxluqudur.

Şeytanın əhatə dairəsi «yaradılış» deyil, «yaşayış»dır, yə`ni onun nüfuz dairəsi insanların əməl və vəzifə fəaliyyətləri çərçivəsindədir. Şeytan yalnız insanın vücuduna nüfuz edə bilər və özü də bu nüfuz onun bədən və cismində deyil, fikir və düşüncəsində məhdudlaşır. Hətta onun, insanın fikir və düşüncəsinə olan nüfuzu da vəsvəsə etmək və puç bir əməli onun xəyalında yaxşı kimi canlandırmaqda məhdudlaşır. Qur`an bu mə`naları «təzyin» (bəzəyərək gözəl göstərmə), «təsvil» (çirkin bir şeyi gözəl bir şey kimi nəzərə çarpdıraraq aldatma), «vəsvəsə» və bu kimi ibarətlərlə bəyan edir. Amma onun yaradılış aləmində nəsə yaratması və ya insanlara qeyri-ixtiyari hökmranlıq edə bilməsi, yə`ni məcburi qüdrət kimi insanların vücudlarına hakim olaraq onları məcburi olaraq pis işə vadar edə bilməsi, şeytanın qüdrət və bacarıq dairəsindən xaricdir. Hətta insanların özləri ona əl uzatsalar da belə, şeytanın onlara olan hökmranlığı məhduddur.

إِنَّهُ لَيْسَ لَهُ سُلْطَانٌ عَلَى الَّذِينَ آمَنُواْ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

«Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur!

Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir!...» (ən-Nəhl-99-100).

Qur`an şeytanın qiyamət günü deyəcəyi sözləri onun dilin-dən belə nəql edir ki, o, ona e`tiraz edən və azğınlıqları üçün onun məs`uliyyət daşımasını bildirənlərin cavabında belə deyir:

وَمَا كَانَ لِيَ عَلَيْكُم مِّن سُلْطَانٍ إِلاَّ أَن دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي فَلاَ تَلُومُونِي وَلُومُواْ أَنفُسَكُم

«...Әslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim (sizi özümə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işlətməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. Indi məni yox, özünüzü qınayın...» (Ibrahim-22).

Şeytanın insana bu qədər hakim ola bilməsinin fəlsəfəsi in-sanın «ixtiyarı»dır. Insan vücudunun məqam və dərəcəsi, onun azad və muxtar olmasını tələb edir. Azad və muxtar varlıq, həmişə iki yol ayrıcı və iki çağırış qarşısında dayanmalı və öz kamalını yeganə yol olan «ixtiyar» və «seçmə» ilə əldə etməlidir.

 

Әz cəhan do bang miayəd be zedd

Ta kodaminra to başi mostəedd

On yeki bangəş nəşure ətqiya

Van degər bangəş nəfure əşqiya.

`nası: Dünyadan bir-birinə zidd olan iki səs eşidilir; sən onların hansına hazırsan; onların biri pərhizkarların dirçəliş nidası; digəri isə bədbəxtlərin azğınlıq səsidir.

Islam dünya görüşünə əsasən yaradılış aləmində, heç bir varlığın müstəqil rolu yoxdur. Qur`an heç bir varlıq üçün müstəqil rol qail deyil. Hər bir varlığın malik olduğu rol yalnız, vasitə və Allahın tam iradəsinin həyata keçməsi üçün keçid xarakteri daşıyır. Qur`an mələklərin, Allahın yaradılışdakı iradəsinin gerçəkləşməsi istiqamətində vasitə rolunu təsdiq edir. Amma şeytan üçün nəinki Avestada əhrimənin ahuramazdanın müqabilindəki kimi müstəqil yaradıcı rola malik olması rədd edir, hətta mələklərin də belə bir rola malik olmasına qail deyildir.

Buna görə də, adətən islami mətnlərin tərcüməsində şeytanın «əhrimən» və ya «div» kimi tərcümə edilməsi aşkar səhvdir. Şeytan kəlməsinin fars dilində sinonimi yoxdur və buna görə də tərcümələrdə həmin kəlmənin özü gətirilməlidir.

Qur`an baxımından şeytan, qətiyyən Allah müqabilində olan qütb deyildir. O, hətta Allahın izni ilə yaradılışda əli olan və ilahi iradənin icraçıları sayılan mələklərin müqabilində də bir qütb sayılmır.

Ümumiyyətlə bizim camaatın «cin» barəsindəki təsəvvürü, Qur`anın cin haqqında verdiyi anlayışlardan fərqlidir. Qur`an baxımından cin, insan kimi bir varlıqdır və o da insan kimi bir sıra şər`i vəzifələr daşıyır. Amma o, gözəgörünməz bir varlıqdır. Cin, avam kütlənin təsəvvüründə isə mələk sırasında olan bir varlıqdır. Qur`an cini insana, avam kütlə isə mələyə tay bilir. Qur`anın aşkar tə`birlərinə əsasən, şeytan cin növündəndir. Islam dünya görüşünə əsasən, cinlərin əksinə olaraq, mələklərin yaradılış aləmində rolları vardır. Islam ədəbiyyatında, cinlə mələyin bir sırada tutulması, müsəlmanların zərdüşt məfhumları keçmişinə malik olmaları baxımından düçar olduqları səhvdən yaranıb.

Deməli, İslam dünya görüşü zərdüşt, manovi və məzdəki dünyagörüşünün əksinə olaraq, təkqütblüdür. Şeytan Qur`an baxımından «O yaratdığı hər şeyi gözəl yaratdı...» və həmçinin «Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən sonra da ona doğru yolu göstərən Allahdır!» nümunəsidir.

Şeytan, şeytanlıq və onun azdırmalarının mövcudluğu bir sıra hikmət və məsləhətə əsaslanır və həmin hikmətə əsasən şeytan həqiqi, gerçək və mütləq deyil, nisbi şərdir.

Hər şeydən maraqlısı budur ki, Qur`anın məntiqinə əsasən, Allah özü şeytana «azdırmaq» və «yoldan çıxarmaq» vəzifəsini əta edib. Allah-taala burada şeytana xitab edərək buyurur:

وَاسْتَفْزِزْ مَنِ اسْتَطَعْتَ مِنْهُمْ بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِي الأَمْوَالِ وَالأَوْلادِ وَعِدْهُمْ وَمَا يَعِدُهُمُ الشَّيْطَانُ إِلاَّ غُرُورًا

«Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, zinaya sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) və`dlər ver. Şeytan (ona uyanlara) yalnız yalan və`d verər!» (Isra-64)

Şeytan sanki, aşağıdakı ayədə, özünün insanları azdırmaq vəzifəsini daşımağa hazır olduğunu elan edib:

قَالَ فَبِمَا أَغْوَيْتَنِي لأَقْعُدَنَّ لَهُمْ صِرَاطَكَ الْمُسْتَقِيمَ ثُمَّ لآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَآئِلِهِمْ وَلاَ تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ

«Iblis dedi: «...Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (sənə ibadət və itaət etməyə) mane olacağam! Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» `raf 16-17).

Әlbəttə şeytanın insanları azdıraraq yoldan çıxarması və onun bu vəzifədəki nüfuz dairəsi əvvəldə qeyd etdiyimiz qədərdir və burada insanlara qarşı heç bir icbar və zorakılıqdan söhbət gedə bilməz. Onun etdiyi yeganə şey «vəsvəsə», «də`vət», «təzyin» və «təsvil»dir.

Bu nöqtəni də xatırlatmaq lazımdır ki, bizim «yaradılış aləmi şeytanın nüfuz dairəsindən xaricdir» deməkdən məqsədimiz, onun yaradılışda heç bir rolunun olmaması deyildir. Məgər aləmdə hansısa bir varlıq mövcud ola bilərmi ki, onun yaradılışda heç bir rolu olmasın? Məqsədimiz budur ki, şeytan nə bir qrup varlıqların müstəqil xaliqi, nə Allah müqabilində olan bir qütb və nə də mələklər kimi kainatın tədbir və idarəsi tapşırılan və onda rolu olan bir varlıqdır. Həmçinin onun insana olan hökmranlığı da istədiyini məcburi şəkildə qəbul etdirmək həddində deyildir. Qur`an şeytan və cinlərin yaradılışda müəyyən rola malik olmalarına qaildir, amma o, ümumilikdə insanın rolundan artıq və üstün deyil.

Bu bəhsdən əsas məqsəd budur ki, Qur`an, şeytan məsələsini zati tövhid və «...Ona bənzər heç bir şey yoxdur...» (Şura-11) prinsipinə və həmçinin yaradılışda tövhid və «...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...» `raf-54), «...Allah hər şeyin xaliqidir...» (Rə`d-16), «Özünə heç bir övlad götürməyən və mülkündə (səltənətində) heç bir şəriki olmayan...» (Isra-111) prinsiplərinə kiçicik bir xələl gətirməyən formada irəli sürüb.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ
Özünəpərəstiş süqut amilidir
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)

 
user comment