Azəri
Friday 3rd of May 2024
0
نفر 0

IFRATÇILIQ

IFRATÇILIQ

Yaxşı əməlin, Allah dərgahında kimliyindən asılı olmayaraq, hamıdan qəbul ediləcəyini iddia edən dırnaqarası ziyalıların müqabilində dırnaqarası ifratçı müqəddəslər dayanırlar. Bunlar həmin qrupun müqabil nöqtəsi sayılırlar. Bu qrupa daxil olanlar deyirlər ki, müsəlman olmayandan hansısa əməlin qəbul edilməsi qeyri-mümkündür. Kafirlərin və şiə olmayan müsəlmanların əməllərinin bir qəpik belə dəyəri yoxdur. Kafir və şiə olmayan müsəlmanın özü rədd edilirsə, əməli özündən qabaq rədd edilməlidir. Bu qrup da öz iddiasının sübutu üçün iki dəlil, yə`ni əqli və nəqli dəlil gətirir.

1. Әqli dəlil: Bu qrup öz əqli dəlilində deyir ki, əgər Allah dərgahında qeyri-müsəlman və ya qeyri-şiənin əməli qəbul edilirsə, onda müsəlmanla qeyri-müsəlman və həmçinin şiə ilə qeyri-şiə arasında nə fərq var? Onlar arasındakı fərq ya yaxşı əməlin müsəlman və şiədən qəbul edilməsi, qeyri-müsəlman və qeyri-şiədən isə qəbul edilməməsi, ya da müsəlman şiənin pis əməlinin cəzalandırılmaması, qalanların pis əməllərinin isə cəzalandırılması formasında olmalıdır. Amma əgər hər iki dəstənin yaxşı əməllərinə mükafat və pis əməllərinə cəza veriləcəksə, bəs onda onlar arasında nə fərq var? Belə olan təqdirdə Islam və şiəliyin tə`siri nədir? Kafirlə müsəlman və həmçinin şiə ilə qeyri-şiənin əməllərinin qiymətləndirilmə baxımından bərabər olmalarının mə`nası budur ki, Islam və şiəlik puç və lazımsız bir şeydir.

2. Nəqli dəlil: Bu qrup yuxarıdakı dəlildən əlavə, Qur`anın iki ayəsi və bir sıra hədislərə də istinad edir.

Bir çox rəvayətlərdə qeyri-şiənin, yə`ni Әhli-beytin vilayətini qəbul etməyənin əməlinin qəbul edilməməsi bildirildiyi kimi, Qur`anın bir neçə ayəsində də kafirin əməlinin qəbul edilmədiyi aşkarcasına bildirilib.

Mübarək «Ibrahim» surəsinin 18-ci ayəsində Allah-taala kafirin əməlini, küləyin sovuraraq yoxa çıxardığı külə bənzədib.

مَّثَلُ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ لاَّ يَقْدِرُونَ مِمَّا كَسَبُواْ عَلَى شَيْءٍ ذَلِكَ هُوَ الضَّلاَلُ الْبَعِيدُ

«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq!...»

Mübarək «Nur» surəsinin 39-cu ayəsində isə kafirlərin əməlləri uzaqdan baxanda suya oxşayan, amma yaxından baxanda heç nə olmayan ilğıma bənzədilib.

Həmin ayədə deyilir ki, gözləri qamaşdıran və bə`zi avamların gözündə, hətta peyğəmbərlərin xidmətlərindən də böyük olan xidmətlər, əgər Allaha imanla birgə olmasa puçdur və ilğım kimi, xülyadan başqa bir şey deyil. Ayənin mətni belədir:

وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاء حَتَّى إِذَا جَاءهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِندَهُ فَوَفَّاهُ حِسَابَهُ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ

«(Allahın vəhdaniyyətini danan, Qur`anı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»

Bu, kafirlərin nəzərə yaxşı gələn əməllərinin misalıdır. Aman onların pis əməllərinin əlindən! Vay onların halına!

Sonrakı ayədə onun misalını belə oxuyuruq:

أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُّجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِّن فَوْقِهِ مَوْجٌ مِّن فَوْقِهِ سَحَابٌ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا وَمَن لَّمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ

«Yaxud onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu (ikinci) dalğanın üstündən də bir dalğa zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, demək olar ki, onu görməz. Allah bir kəsə işıq verməsə, onun işığı olmaz.»

Bu ayəni əvvəlki ayənin kənarına qoyanda belə bir nəticə əldə edilir ki, kafirlərin yaxşı əməlləri aldadıcı zahirlərinə baxmayaraq, əsası olmayan ilğımdır və onların pis əməlləri şər üstündən şər, zülmət üstündən zülmətdir.

Həmin ayələr, kafirlərin əməlinin vəziyyətini aydınlaşdırır.

Şiələrin nəzərində, qeyri-şiənin əməlinin vəziyyətini Әhli-beytdən (ə) nəql edilmiş hədislər aydınlaşdırır.

Bu barədə çoxlu hədislər nəql edilib və maraqlananlar «Kafi» kitabının birinci cildi «Kitabul-höccə», ikinci cildinin «kitabul-iman vəl-kufr» fəsillərinə və «Vəsailuş-şiə» və «Müstədrəkul-vəsail» kitabının birinci cildlərinin «müqəddimatul-ibadət» fəsillərinə, «Biharul-ənvar» kitabının 18-ci fəslinin məad bəhsləri və qədim çapının yeddinci cildinin 227-ci fəsli, 15-ci cildinin əxlaq hissəsinin 187-ci səhifəsinə müraciət edə bilərlər.

Biz nümunə üçün «Vəsailuş-şiə» «kitabından bir rəvayət nəql edirik:

«Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: Әgər kimsə Allaha ibadətdə özünü əziyyətə salsa, amma Allahın ona tə`yin etdiyi imama bağlı olmasa, əməli qəbul deyil və özü də yolunu azmış və sərgərdandır və Allah onun əməlini düşmən bilir. Әgər həmin şəxs bu halda ölsə, onun ölümü Islam ölümü deyil, küfr və nifaq ölümüdür. Ey Məhəmməd ibni Müslim, bil ki, zülm başçıları və onların davamçıları Allah dinindən xaricdirlər, özləri yollarını azıblar və başqalarını da azdırıblar. Onların yerinə yetirdikləri əməllər tufanlı bir gündə küləyə düçar olan kül kimidir ki, hazırladıqları şeydən heç nə əldə etməzlər, budur əsaslı azğınlıq.» (Vəsailuş-şiə; 1-ci cild, birinci hissə; səh 90.)

Bu, səadət və xoşbəxtliyin əsasını iman və e`tiqad hesab edənlərin dəlilləri idi.

`zən, bu qrupa daxil olanların bə`ziləri ifrata vararaq ancaq iman iddiasını, daha doğrusu hökm çıxarmaq üçün mənsubiyyət məsələsini sırf me`yar hesab edirlər. Məsələn Mürciə, Bəni-üməyyənin hakimiyyəti zamanı həmin fikri təbliğ edirmiş. Xoşbəxtlikdən Bəni-üməyyənin kökünün kəsilməsi ilə onların da kökləri kəsilib. Həmin əsrdə Әhli-beytdən (ə) ilham alan şiə təfəkkürü Mürciənin müqabil nöqtəsi olub, amma bədbəxtlikdən son əsrlərdə Mürciənin fikirləri başqa bir formada avam şiələrin arasına da nüfuz edib. Şiələrin avam kütləsinin bir qrupu, Әmirəl-mö`mininə zahirdə də bağlı olmağı nicat tapmaq üçün yetərli hesab edirlər. Bu fikir, şiəliyin son əsrlərdəki çətinliklərinin əsas amili sayılır. Son əsrlərin dırnaqarası dərviş və sufiləri dini hökmlərə əməl edilməsini başqa yollarla təhqir edirlər. Onlar qəlbin saflığı məsələsini əllərində şüar ediblər, halbuki qəlbin həqiqi saflıq və paklığı əmələ zidd bir şey deyil, əməlin yerinə yetirilməsinin təşviq və təsdiq edicisidir.

Bunun müqabilində əməlin dəyərini həddindən artıq şişirdərək böyük günahlara mürtəkib olanı da kafir hesab edənlər meydana çıxıblar. Xəvaric belə əqidəyə malik olub. Mütəkəllimlərin bə`ziləri böyük günaha mürtəkib olanı nə kafir və nə də mö`min hesab edir, həmin şəxsin iki mənzil arasında yerləşdiyini deyirdilər.

Indi bu nəzəriyyələrin hanısının düz olmasını araşdıraq. Görəsən ancaq e`tiqadın əsas olmasını vurğulayan nəzəriyyənin tərəfdarı olmaq lazımdır, yoxsa əməlin əsaslığına təkid edən nəzəriyyənin? Yoxsa burada üçüncü bir mövqe də var?

Indi iman və e`tiqadın dəyəri bəhsinə başlayaq.

 

 

IMANIN DӘYӘRI

Imanın dəyəri barəsində üç mərhələdə danışmaq lazımdır:

1. Görəsən tövhid, nübüvvət və məad — şiəliyə görə bunlardan əlavə imamət və ədl — kimi dini əsaslara iman və e`tiqadın olmaması bütün şəraitlərdə (səbəbindən asılı olmayaraq) ilahi əzaba səbəb olacaqmı? Yoxsa bə`zi imansızların üzürlü olmaları və imansızlıqlarına görə cəzalandırılmamaları mümkündür?

2. Görəsən iman, yaxşı əməlin qəbul edilməsinin zəruri şərtlərindəndir və heç bir qeyri-müsəlman və hətta qeyri-şiənin xeyir əməli qəbul edilməyəcək?

3. Görəsən Allahı inkar etmək əməllərin məhv olaraq aradan getməsinə səbəb olur?

Gələn bəhslərdə bu üç mərhələni araşdıracağıq.

KÜFRÜN CӘZASI

Küfrün iki növ, yə`ni birinin inadkarlıq, digərinin isə nadanlıq və həqiqətlə tanış olmamaq ucbatından olmasında heç bir şəkk-şübhə yoxdur. Qəti əqli və nəqli dəlillərdə bildirilir ki, haqqa qarşı bilərəkdən inadkarlıq edən və onu başa düşərək inkar edən şəxs əzaba layiqdir. Amma ikinci növ küfr barəsində demək lazımdır ki, əgər həmin nadanlıq və cahillik təqsir və səhlənkarlıq üzündən olmasa, həmin şəxs Allahın əfv və bağışlamasına nail olacaq.

Bu məsələni izah etmək üçün bir az təslim və inadkarlıq barəsində danışmaq lazımdır. Qur`ani-kərim buyurur:

يَوْمَ لَا يَنفَعُ مَالٌ وَلَا بَنُونَ إِلَّا مَنْ أَتَى اللَّهَ بِقَلْبٍ سَلِيمٍ

«O gün ki nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz (daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən (mö`minlərdən) başqa!...» (Şüəra 88-89)

TӘSLIMIN DӘRӘCӘLӘRI

Qəlbin sağlamlıq və saflığının əsas şərti onun həqiqət müqabilində təslim olmasıdır. Təslimin üç mərhələsi - bədənin, əqlin və qəlbin təslim olma mərhələləri vardır.

Iki rəqib bir-biri ilə döyüşəndə onlardan məğlub olacağını hiss edənin təslim olması mümkündür. Belə hallarda adətən məğlub olan tərəf əllərini təslim əlaməti olaraq yuxarı qaldırır, döyüşdən əl çəkir və qarşı tərəfə tabe olur, yə`ni onun göstəriş verdiyi kimi hərəkət edir.

Təslimin bu növündə insanın cism və bədəni təslim olur, amma fikir və düşüncəsi təslim olmur və hətta, fikrində bir daha döyüşdüyü tərəfə qalib gəlməyin yolları barəsində fikirləşir. Onun əql və fikrinin vəziyyəti belə olur. O, daxili hiss və duyğuları baxımından da həmişə düşmənə nifrin edir. Təslimin, daha doğrusu bədənin təslimi olan bu növü gücün ələ ala bildiyi ən son nöqtədir.

Təslimin digər mərhələsi, əql və fikrin təslim olmasıdır. Әqli təslim edə bilən qüdrət və güc, məntiq və deduksiya qüdrətidir. Burada fiziki güc heç bir rol ifa etmir. Heç vaxt şagirdi döyməklə ona riyazi tənlikləri başa salmaq olmaz. Riyazi məsələləri ancaq deduksiya yolu ilə başa salmaq lazımdır və onun başqa yolu yoxdur. Әql və düşüncəni də fikir və deduksiya ilə fəth edərək ələ almaq olar. Әgər kifayət qədər dəlil mövcud olsa və onlar əqlə təqdim edilsə və o, həmin dəlilləri başa düşsə, dünyanın bütün güc və qüdrətləri onun təslim olmamasını tapşırsalar belə, təslim olacaq.

Deyirlər ki, Qalileyə yer kürəsinin hərəkəti və günəşin mərkəz olması fikrinə görə işgəncə verəndə, yandırılmaq qorxusundan öz elmi nəzəriyyəsindən tövbə edib və həmin halda yerə nə isə yazıb. Baxıb görüblər ki, o, yerə bu cümləni yazıb: «Qalileyin tövbəsi ilə yer kürəsi öz hərəkətini dayandırmayacaq.»

Güc insanı dildə öz sözündən dönməyə vadar edə bilər, amma insanın fikri, məntiq və dəlil gücü ilə qarşılaşmayınca təslim olmur.

اللَّهِ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

«...De ki: (Ey müşriklər!) Әgər (Allah barəsindəki iddialarınızda) haqlısınızsa, dəlilininzi gətirin!» (Nəml-64).

Təslimin üçüncü mərhələsi qəlbin təslim olmasıdır. Imanın həqiqəti də məhz, qəlbin təslim olmasıdır. Әgər dil və fikrin təslimi qəlbin təslimi ilə birgə olmasa, ona iman deyilməz. Qəlbin təslim olması insanın bütün vücudunun təslim olması və hər bir inadkarlıq və inkarın rədd edilməsidir.

Ola bilər ki, bir nəfər müəyyən fikir müqabilində hətta əqli və məntiqi baxımdan təslim olsun, amma onun ruhu təslim olmasın. Insan təəssübkeşlik ucbatından inadkarlıq edəndə və ya şəxsi mənafeyinə görə həqiqətə təslim olmayanda onun əql, fikir və düşüncəsi təslim olur, amma ruhu inadkar olaraq qalır və təslim olmur. Buna görə də onun imanı olmur, çünki imanın həqiqəti qəlb və ruhun təslim olmasıdır.

Allah-taala Bəqərə surəsinin 208-ci ayəsində belə buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ ادْخُلُواْ فِي السِّلْمِ كَآفَّةً وَلاَ تَتَّبِعُواْ خُطُوَاتِ الشَّيْطَانِ

«Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin....»

`ni ruhunuz əqlinizlə müharibə etməsin, duyğularınız dərkinizlə vuruşmasın!

Şeytanın, Qur`anda nəql edilmiş əhvalatı qəlbin küfrü, əqlin isə təslim olmasına bir nümunədir. Şeytan Allahı tanıyır, qiyamətə e`tiqad bəsləyir, peyğəmbərlər və onların vəsilərini tamamilə qəbul edir və onların məqamlarını e`tiraf edirdi, amma bütün bunlara baxmayaraq, Allah-taala onu kafir adlandıraraq belə buyurub:

 فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

«...(Yalnız) o (Şeytan) lovğalanaraq imtina etdi və kafirlərdən oldu.» (Bəqərə-34).

Qur`an baxımından şeytanın Allahı tanımasının dəlili, bu ilahi kitabda aşkarcasına onun, Allahın Xaliq olmasını e`tiraf etməsidir:

قَالَ مَا مَنَعَكَ أَلاَّ تَسْجُدَ إِذْ أَمَرْتُكَ قَالَ أَنَاْ خَيْرٌ مِّنْهُ خَلَقْتَنِي مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ

«....Sən məni oddan, onu isə palçıqdan yaratdın!..» (Ә`raf-12).

Qiyamətə e`tiqad bəsləməsinin dəlili isə budur:

قَالَ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ

«...Mənə qiyamətə kimi möhlət ver!» (Ә`raf 14).

Şeytanın peyğəmbərlər və mə`sumları tanımasının dəlili isə onun belə deməsidir:

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

«(Iblis) dedi: Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!» (Sad 82-83).

Təkcə əməlləri deyil, hətta bütün vücudları Allahdan başqasından pak və azad olan sadiq bəndələrdən məqsəd, Allah övliyaları və günahlardan pak olanlardırlar. Şeytan, onları tanıyır və onların günahlardan pak olmalarına e`tiqad bəsləyirdi.

Qur`an, şeytanı bütün bunları tanıyan bir varlıq kimi təqdim etdikdən sonra onu kafir adlandırır. Deməli, buradan belə mə`lum olur ki, təkcə tanımaq və agah olmaq kifayət etmir, yə`ni hər hansı bir varlığın mö`min kimi tanınması üçün onun fikir və idrakının təslim olması yetərli deyil. Bunun üçün başqa bir şey lazımdır.

Qur`an məntiqi baxımından şeytanın bütün bu agahlıqlarına baxmayaraq, kafir hesab edilməsinin səbəbi nədir?

Cavab mə`lumdur. Çünki şeytanın dərk etmə qüvvəsinin həqiqəti qəbul etməsinə baxmayaraq, onun hiss və duyğuları döyüşə qalxdı, qəlbi əqlinin dərki müqabilində üsyan etdi və həqiqəti qəbul etməkdən imtina edərək təkəbbürlük göstərdi. Bəli, onun qəlbi təslim olmadı.

HӘQIQI REGIONAL ISLAM

Biz adətən «filankəs müsəlmandır və ya müsəlman deyil» deyəndə, məsələnin həqiqətinə nəzər salmırıq. Coğrafi baxımdan müəyyən bir bölgədə yaşayan və valideynlərindən təqlid və ya irsi cəhətdən müsəlman olanları müsəlman, digər şəraitdə yaşayanlar və ata-analarından təqlid nəticəsində başqa dinlərdə olanları və ya heç bir dində olmayanları isə qeyri-müsəlman adlandırırıq.

Amma bilmək lazımdır ki, bu cəhət istər müsəlman olmaqda, istərsə də müsəlman olmamaq və ya kafir olmaqda elə də dəyərə malik deyil. Bizim çoxumuz təqlid və region müsəlmanıyıq. Belə ki, bizim çoxumuzun müsəlman olmağımızın səbəbi, ata-anamızın müsəlman olması və əhalisi müsəlman olan bölgədə dünyaya gələrək böyüməyimizdir. Həqiqi dəyərə malik olan şey isə, real Islamdır və o, insanın həqiqət müqabilində qəlbən təslim olması, haqqı qəbul edərək ona əməl etməsi üçün ürək qapısını həqiqətin üzünə açması, qəbul etdiyi Islamın bir tərəfdən araşdırma və tədqiq, digər tərəfdən isə təslim və təəssübkeşsizliyə əsaslanmasıdır.

Әgər kimsə təslim sifətinə malik olsa, amma Islamın həqiqəti müəyyən səbəblərdən ona gizli qalmış olsa və o, haqq olan dini öyrənə bilməməkdə günahsız olsa, Allah-taala ona heç vaxt əzab verməz və həmin şəxs cəhənnəmdən nicat tapanlardandır. Allah-taala Qur`anda belə buyurur:

وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولاً

«...Biz peyğəmbər göndərməmiş (heç bir ümmətə) əzab vermərik.» (Isra 15).

`ni, həkim və kərim olan Allahın höccəti tamamlanmamış kimsəyə əzab verməsi qeyri-mümkündür. Üsul alimləri bu ayənin əqlin hökmünü təsdiqləyən məzmununu «bəyan edilməyən şeyə görə cəzalandırmanın qəbahət olması» qaydasına əsasən deyirlər ki, Allahın, bir həqiqəti açıqlamayınca bəndələrə əzab verməsi xoşagəlməz bir işdir.

Adlarının müsəlman olmamasına baxmayaraq, təslim ruhuna malik olan insanların olmalarının mümkünlüyünə fransız filosofu Dekart — əlbəttə onun öz sözlərinə əsasən — yaxşı nümunədir.

Onun tərcümeyi-halında yazıblar ki, o öz fəlsəfəsini şəkdən başlayıb və özünün bütün mə`lumatlarında şəkk edərək hər şeyi sıfırdan başlayıb. Öz fikir və düşüncəsini başlanğıc nöqtəsi seçərək belə deyib: «Mən fikirləşirəm, deməli varam.»

O öz vücudunu sübut etdikdən sonra, ruhu isbat edib və həmçinin cism və Allahın mövcudluğuna qəti inam əldə edib. Yavaş-yavaş din seçməyə başlayıb və yaşadığı ölkədə rəsmi din olan xristianlığı qəbul edib.

Amma o, çox maraqlı bir nöqtəyə toxunaraq deyir: «Mən xristianlığın dünyada ən yaxşı din olmasını iddia etmirəm. Mənim üçün araşdırılması mümkün olan dinlər arasında bu dinin münasib olmasını deyə bilərəm. Mən həqiqətlə vuruşmuram, dünyanın başqa yerlərində xristianlıqdan da üstün bir din ola bilər.»

O elə xəbərsiz olduğu və əhalisinin din və məzhəbinin nə olmasını bilmədiyi ölkəyə misal olaraq Iranın adını çəkib. Dekart bu barədə belə deyib: «Mən nə bilirəm? Bəlkə də, məsələn Iranda xristianlıqdan üstün olan bir din var?!»

Belə adamları kafir adlandırmaq olmaz, çünki onlar inadkarlıq göstərmir və aşkarcasına küfr etmirlər. Onlar həqiqəti ört-basdır etmək istəmirlər. Küfrün mahiyyəti isə inadkarlıq və həqiqəti ört-basdır etmək meylindən başqa bir şey deyil. Bunlar fitrət və təbiətləri baxımından müsəlmandırlar. Bəli, bunları müəyyən mə`nada müsəlman adlandırmaq mümkün olmasa da, kafir də adlandırmaq olmaz. Çünki müsəlmanla kafirin bir-birinin qarşısında dayanması məntiq və fəlsəfədə müsbətlə mənfinin bir-birinin qarşısında dayanması kimi deyil. Bunların bir-birlərinin müqabilində dayanmaları təzadların qarşılaşması kimidir, yə`ni biri varlıq, digəri isə yoxluq olan iki şeyin bir-birinin müqabilində dayanması kimi deyil, hər ikisi varlıq olan şeylərin bir-birləri ilə qarşılaşması kimidir.

Әlbəttə, Dekartı misal çəkməyimiz, əvvəldə qeyd etdiyimiz qaydadan uzaqlaşmağımız demək deyil. Biz əvvəldə ayrı-ayrı şəxslər barəsində fikir söyləməməyi qərara almışdıq. Amma burada Dekartı misal çəkməkdən məqsədimiz bu idi ki, biz onun sözlərinin düz olmasını, həqiqət müqabilində doğrudan da dediyi qədər təslim olmasını və digər tərəfdən həqiqətən araşdırma aparmaq imkanına malik olmamasını fərz etsək, o, fitri bir müsəlman sayıla bilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
İbadətdə tövhid və şirk
Vahabilərin digər dəlili
NAMAZ
Xəlifəlik və xəlifələr
Zəkat
CAVANLARA XÜSUSI ƏHƏMIYYƏT VERMƏK
ƏLI (ƏLEYHISSALAM)-IN MÜAVIYƏ ILƏ OLAN MACƏRASI
Əxlaqı dəyişdirmək mümkündürmü?

 
user comment