Azəri
Friday 19th of July 2024
0
نفر 0

SAF NIYYӘT ӘMӘLIN QӘBUL OLMA ŞӘRTIDIR

SAF NIYYӘT ӘMӘLIN QӘBUL OLMA ŞӘRTIDIR

Imanın dəyəri barəsində irəli sürdüyümüz digər bir sual budur ki, görəsən əməlin Allah dərgahında qəbul olunub-olunmamasında imanın rolu var, yoxsa yox?

Kafirlərin xeyir əməllərinin Allah dərgahında qəbul olunacağını deyənlərin dəlillərini nəql edəndə qeyd etdik ki, onlar deyirlər: Әməllərin yaxşı və pis olması zati olduğu üçün yaxşı əməl mö`min və kafir tərəfindən yerinə yetirilməsindən asılı olmayaraq yaxşıdır və o, Allah dərgahında mütləq qəbul olunmalıdır, çünki yaxşı iş yerinə yetirənin kimliyindən asılı olmayaraq yaxşı, pis isə pisdir və digər tərəfdən Allahın bütün bəndələri ilə münasibəti birdir.

Biz indi deyirik ki, həmin dəlildə gətirilən mətləblər düzdür, amma burada yaddan çıxan bir məsələ var və biz onu bəyan etmək üçün üsul elminə aid olan terminlərdən birini izah etmək məcburiyyətindəyik və o, yaxşı və pisliyin iki növ – fe`li və faili – olmasıdır.

Hər bir əməlin iki cəhəti var və onun cəhətlərinin hər biri yaxşı və pis olmaq baxımından özünəməxsus xüsusiyyətə malikdir. Hər hansı bir əməl, həmin cəhətlərin biri baxımından yaxşı, digəri baxımından isə pis ola bilər. Bunun əksi də mümkündür. Həmçinin hər hansı bir əməlin hər iki cəhətdən də yaxşı və ya pis olması mümkündür.

Bu iki cəhət əməlin xarici aləm və insan cəmiyyətindəki xeyirli və ya ziyanlı tə`sir dairəsi və əməlin, failin özünə bağlılığı və amili, hədəfə çatmaq üçün həmin əməli yerinə yetirməyə sövq edən nəfsi və ruhi maraqlarından ibarətdir.

Birinci cəhətdə əməlin xeyirli və ya ziyanlı tə`sirinin əhatə dairəsinə, ikincidə isə əməlin fikir və ruhi baxımdan da hərəkət edərək hansı məqsədə doğru getməsinə baxmaq lazımdır.

Insanların əməlləri, xeyirli və ya ziyanlı tə`sirlərinin əhatə dairəsi baxımından tarixin dəftərində qeyd edilir və tarix, onun barəsində hökm verir, onu ya pisləyir, ya da tə`rifləyir. Amma bəşəriyyətin ruhuna mənsub olması baxımından, yalnız uca mələkuti dəftərdə qeyd edilir. Tarix dəftəri sitayiş olunmaq üçün böyük və tə`sirli əməllər istəyir. Amma uca və ilahi mələkuti dəftər, bundan əlavə canlı əməli soraqlayır.

Qur`an buyurur:

الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا وَهُوَ الْعَزِيزُ الْغَفُورُ

«Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur...» (Mulk-2).

Gördüyünüz kimi Qur`an «ən çox» deyil, «ən yaxşı» əməl deyib, çünki əsas məsələ bizim ruhi amillərin tə`siri altında bir sıra hərəkət və davranışdan ibarət olan və bir sıra ictimai tə`sir və dəyərlərə malik bir iş görəndə, mə`nəvi cəhətdən də hansı istiqamətdə getməyimizi və hərəkətdə olmağımızı bilməyimizdir.

Bəli, mövzu «əsas məsələ əməl, iş və sərf edilən əzələ enerjisidir, düşüncə və niyyətlər əməl üçün müqəddimə olmaq dəyərinə malikdir, onların hamısı zehni və müqəddimə xarakteri daşıyan şeylərdir və əsas məsələ əməldir, müqəddimə hər nə cür olsa olar!?» demək o qədər sadə deyil. Fikir və niyyətin əhəmiyyəti əməlin özündən az deyil. Әməli əsas sayan, niyyət və əqidəni əsil məsələ hesab etməyən və ona yalnız müqəddimə olmaq dəyəri verən bu düşüncə və fikir, maddi bir təfəkkürdür. Bu məktəbin puç olması aydın bir məsələdir və qəti məsələlərdən biri budur ki, Qur`an maarifini bu cür təfəkkür tərzi ilə izah etmək olmaz.

Qur`an baxımından gerçək şəxsiyyət və həqiqi «mən» bizim ruhumuzdur. Bizim ruhumuz hər bir ixtiyari əməl ilə qüvvədən fe`liyyətə doğru addımlayır və öz iradə, hədəf və məqsədinə uyğun tə`sir və xüsusiyyət əldə edir. Bu tə`sir və xüsusiyyətlər şəxsiyyətimizin bir hissəsinə çevrilir və bizi, varlığın münasib aləminə aparır.

Deməli, fe`li yaxşı və pislik və ya işlərin yaxşı və pisliyi, birinci cəhət baxımından həmin əməlin xarici tə`sirinə bağlıdır. Faili baxımdan yaxşılıq və pislik və ya ikinci cəhətdən olan yaxşılıq və pislik isə həmin əməli yerinə yetirənin onu yerinə yetirməsi keyfiyyətindən asılıdır. Biz birinci cəhətdə əməlin xarici və ictimai nəticələrinə, ikincidə isə onun, həmin əməli yerinə yetirənin öz ruh və batininə etdiyi tə`sirə nəzər salırıq.

Məsələn, biri xəstəxana tikirsə və ya hansısa bir ölkənin mədəniyyət, səhiyyə və iqtisadiyyat sahələrinin birində xeyirxah bir iş görürsə, onun həmin işinin ictimai və tarixi baxımdan xeyir olmasında heç bir şəkk-şübhə yoxdur. Belə ki, həmin iş Allah bəndələrinin xeyrinədir. Bu cəhətdən həmin şəxsin xəstəxana tikməkdən və ya xeyriyyə müəssisəsi yaratmaqdan məqsədinin nə olması fərq etmir. Burada onun həmin işdən məqsədinin istər riyakarlıq, öz nəfsani istəklərini qane etmək, özünü göstərmək, istərsə də ali, insani və qeyri-maddi olması fərq etmir. Hər halda ictimai baxımdan bir xeyriyyə müəssisəsi yaranıb. Tarix həmişə insanların əməlləri barəsində bu cəhətdən hökm çıxarır. Tarix heç vaxt insanların niyyətlərini nəzərə almır. Məsələn, Isfahan şəhərində olan me`marlıq abidələrindən söhbət gedəndə Şeyx Lütfullah və Şah Abbas məscidlərini tikən şəxsin niyyətinin nə olması ilə heç kəsin işi olmur. Tarix gözlərini yumaraq işin adını xeyirli əməl qoyur.

Amma faili cəhətdə, işin ictimai və xarici tə`sirləri nəzərə alınır. Burada əməlin, onu görənlə əlaqəsinə diqqət edilir və həmin işin xeyirli əməl sayılması üçün onun xeyir olması kifayət etmir. Bu cəhətdən həmin işi görən şəxsin bu işi hansı niyyət və məqsədlə və hansı hədəfə çatmaq üçün yerinə yetirməsi nəzərə alınır. Әgər fail yaxşı niyyət və hədəfə malik olubsa və həmin xeyir işi xeyir niyyətlə yerinə yetiribsə, iş xeyirli sayılır, yə`ni onun işi faili yaxşılığa və hər iki cəhətə malikdir və o, iki cəhətin ikisində də müsbətdir. Belə ki, o həm tarixi və ictimai insan həyatı istiqamətində və həm də mə`nəvi və mələkuti istiqamətdə hərəkət edib. Amma birdən həmin şəxs bu işi riya və ya maddi mənfəət əldə etmək üçün görübsə, onun işi bir cəhətlidir və o, tarix və zaman istiqamətində irəliləyib, amma mə`nəvi və mələkuti cəhətdə hərəkət etməyib. Başqa ifadə ilə desək, onun əməli yüksələn xətt üzrə olmayıb və ya həmin şəxs cəmiyyətə xidmət edərək onu ucaldıb, amma özünə heç nə etməyib və bəlkə də özünə xəyanət edib. Onun ruhu bu əməl ilə ucalmaq əvəzinə, tənəzzülə uğrayaraq öz mövqeyini itirib.

Әlbəttə, bu sözlərdən məqsədimiz fe`li yaxşılıqla faili yaxşılığın bir-birindən tamamilə ayrı olması və insanın ruhi və mə`nəvi təkamülü üçün, xeyirli ictimai işlərlə məşğul olmaması deyil. Məqsədim budur ki, xeyirli ictimai iş, ruhi və mə`nəvi təkamül baxımından o vaxt xeyirlidir ki, ruh həmin əməl yerinə yetiriləndə mə`nəvi səfər etsin, xudxahlıq və eqoistlik mənzilindən çıxaraq saflıq mənzilinə qədəm bassın.

Fe`li və faili yaxşılığın bir-birinə nisbəti bədənin ruha olan nisbəti kimidir. Canlı varlıq ruh və bədəndən ibarətdir. Әməlin fe`li yaxşılığının «peykərdə canlanma»sı və həyat əldə etməsi üçün fe`li yaxşılığın olması gərəkdir.

Buna görə də dırnaqarası ziyalıların «Allahın bütün məxluqlarla münasibəti yeksandır; əməllərin yaxşı və pisliyi zatidir; əməlin xeyirli olmasında onu edənin kimliyi fərq etmir və bu yeksanlıq mö`minlə qeyri-mö`minin mükafatının fərq etməməsini tələb edir» kimi sözləri, səhv və qəbul edilməzdir. Onlar bu nəzəriyyədə əməlləri və Allahın məxluqları ilə bərabər münasibətini nəzərdə tutublar, amma əməllərin yeksan olmamalarına səbəb olan və onlar arasında ölü ilə dirinin fərqi qədər fasilə yaradan amil və onun şəxsiyyəti, hədəf və məqsədi və onun ruhi və mə`nəvi seyrini unudublar. Deyirlər Allah üçün xeyir iş görənin Onu tanıyıb-tanımaması, Allah üçün həmin şəxsin onunla tanış olub-olmaması, işi Onun razılığı üçün və ya başqa məqsədlə etməsi nə fərq edir? Niyyətin Allaha yaxınlaşmaq və ya başqa şey olması nə deməkdir?

Bütün bunların cavabı budur ki, bəli, həmin şeylər Allah üçün fərq etmir, amma həmin şəxsin özü üçün fərq edir. O, Allahı tanımasa və Onunla tanış olmasa bir cür ruhi hərəkət edir, Allahı tanıyanda isə başqa cür! O, Allahı tanımayanda bir cəhətli iş görür və əməli ancaq fe`li və tarixi dəyər əldə edir. Amma Allahı tanıyanda iki cəhətli iş görür və əməli faili yaxşılıq da qazanır. O, Allahı tanıyanda həm özü və həm də əməli Allaha tərəf gedir, tanımayanda isə yüksəlmir. Әməl, fərzlərin birində canlı və yüksələn, digərində isə ölü və tənəzzülə uğrayan olur.

Onlar deyirlər ki, «Әdalətli və həkim Allah heç vaxt bəndəsi onunla dost olmadığı üçün, onun yaxşı əməllərinin üstündən qara xətt çəkməz!»

Allahın qara xətt çəkməməsinə biz də e`tiqad bəsləyirik, amma gərək bu məsələyə nəzər salaq ki, həmin şəxs Allahı tanımayanlardan olanda, o həm yaxşı tə`sirə və həm də yaxşı əlaqəyə malik olan, həm ictimai və həm də ruhi baxımdan yaxşı iş görə bilər, ya bilməz? Bütün səhvlər bizim hər hansı bir əməlin yaxşı və xeyirli olması üçün onun ictimai cəhətdən faydalı olmasını qənaətbəxş hesab etməyimizdən yaranıb. Aydındır ki, bir nəfər Allahı tanımasa və öz xeyir əməli ilə Allaha tərəf getsə, Allah onu geri qaytarmaz. (Әlbəttə bu qeyri-mümkün olan bir fərzdir.) Amma həqiqət budur ki, Allahı tanımayan şəxs pərdəni aradan götürə bilmir, nəfsin növlərini keçmir, ilahi mələkuta doğru getmir və buna görə də onun əməli o biri aləmlik olmur, mələkuti cəhət tapmır və onun həmin dünyada ləzzət, şadlıq, sevinc və xoşbəxtlik qazanması üçün lazım olan şəklə düşmür.

Ilahi qanunlarla bəşəri qanunlar arasında olan əsaslı fərqlərdən biri budur ki, ilahi qanunlar ikicəhətli, bəşəriyyətin düzəltdiyi qanunlar isə bircəhətlidir. Insanların düzəltdikləri qanunlar şəxsin ruhi vəziyyəti və mə`nəvi təkamülünü nəzərə almır. Hər hansı bir dövlət ölkənin mə`nafeyini nəzərə alaraq vergi qanunu düzəldəndə, məqsədi yalnız pul əldə edərək dövlət büdcəsini tə`min etmək olur. Dövlət vergi verənin niyyətinin nə olmasını, onun vergini ölkəyə canı yandığı və ya qorxudan verməsini nəzərə almır. Dövlətin məqsədi ancaq pul toplamaq olur. Hətta əgər vergini verən şəxs ürəyində dövləti söysə belə, dövlətin hədəfi tə`min edilmiş olur.

Həmçinin ölkəni qorumaq üçün əsgərləri bir bayraq altında toplayanda həmin əsgərlərin niyyətlərinin nə olmasını nəzərə almır. Dövlət əsgərin döyüş meydanında düşmənlə vuruşmasını istəyir və onun üçün əsgərlərin ürəkdən, arxasında olan avtomat qorxusundan, özünü göstərmək və ya qəhrəmanlıq üçün, təəssübkeşlik üzündən və ya öz haqqını və həqiqəti qorumaq üçün vuruşmaları fərq etmir.

Amma Allah qanunlarında məsələ belə deyil. Bu qanunlarda vergi və əsgərlik mütləq deyil, saf və Allaha yaxınlaşmaq niyyəti ilə istənilib. Islam ruhsuz deyil, ruhu olan əməl istəyir. Buna görə də əgər müsəlman zəkat versə, amma onun niyyətində riyakarlıq olsa, həmin zəkat Allah dərgahında qəbul edilmir. Həmçinin cihada getsə, amma onun məqsədi özünü göstərmək olsa, yenə də qəbul deyil. Ilahi qanun məcburi əsgərin heç nəyə yaramamasını bildirir. Islam deyir ki, mən ruhi cəhətdən əsgər olan və

إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ

«Allah şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən mö`minlərin canlarını və mallarını Tövratda, Incildə və Qur`anda haqq olaraq və`d edilmiş Cənnət müqabilində satın almışdır...» (Tövbə-111).

Şiə və sünnü mənbələrində mütəvatir olan rəvayətlərin birində Peyğəmbərdən(s) belə nəql edilib:

«Işlər niyyətlərə bağlıdır».

«Hər bir şəxs niyyətindəkini alacaqdır».

«Niyyətsiz heç bir əməl qəbul deyil».

Digər bir hədisdə isə belə nəql edilib:

«Həqiqətən əməllər niyyətlərə bağlıdır. Insan qəsd edərək hədəf seçdiyi şeyi əldə edəcəkdir. Kim Allah və Onun Peyğəmbərinə görə hicrət edibsə, hicrəti Allah və Peyğəmbərə tərəfdir. Kim evlənmək istədiyi arvad və ya əldə etmək istədiyi sərvətə görə hicrət edibsə, onun hicrəti həmin şeyə tərəfdir».

Imam Sadiq (ə) belə buyurub: «Işlərinizi camaata görə deyil, Allaha görə edin, çünki Allah üçün olan Allaha, camaat üçün olan isə camaata tərəf gedir».

Insanın canının şərəfi onun ruhu ilə olduğu kimi, niyyəti də əməlinin ruhudur və əməlin şərəfi də onun ruhundan asılıdır. Әməlin ruhu nədir? Әməlin ruhu onun saf və xalis niyyətlə yerinə yetirilməsidir.

Qur`ani-kərim belə buyurur:

وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاء وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ

«Halbuki onlara əmr edilmişdi ki, Allaha — dini yalnız ona məxsus edərək digər bütün batil dinlərdən İslama dönərək — ibadət etsinlər...» (Bəyyinə-5).

KEYFIYYӘT, YOXSA KӘMIYYӘT?

Keçən bəhsimizdən maraqlı bir nəticə əldə edilir və o da budur ki, Allahın nəzərində əməllərə dəyər verən onların kəmiyyəti deyil, keyfiyyətidir. Bu nöqtəyə diqqət etməmək camaatın bir qrupunun Allah övliyalarının həddindən artıq çox dəyərə malik olan əməllərinin ictimai tutumunu az gördükləri üçün onların barəsində əfsanələr düzəltməyə başlayıblar. Məsələn, Әmirəl-mö`minin (ə) rüku halında yoxsula verdiyi və haqqında ayə nazil olan üzük barəsində deyirlər ki, onun dəyəri Suriya və Şamın xəracı qədər olub. Onlar camaatın bu sözlərə inanması üçün onu rəvayət halına da salıblar. Onların fikrincə, sadə bir üzüyün yoxsula verilməsi ilə Qur`anın əzəmətli bir ayəsinin nazil olması çox təəccüblüdür. Bəli, onlar bu məsələyə inana bilmədikləri üçün əfsanə qoşaraq üzüyün maddi dəyərini həddindən artıq çoxaldıblar. Amma fikirləşməyiblər ki, maddi dəyəri Suriya və Şam xəracı qədər olan üzük, yoxsul və biçarə Әlinin barmağında ola bilməzdi. Әgər Әlinin əlində elə bir üzük olsaydı, o həmin üzüyü bir dilənçiyə verməzdi, onunla Mədinəni abadlaşdırar və şəhərin bütün səfillərini ağır vəziyyətdən xilas edərdi.

Әfsanə quraşdıranlar bu məsələni dərk etməyiblər ki, Allah yanında böyük əməl maddi hesablarla müəyyənləşdirilmir. Onlar belə güman ediblər ki, üzüyün çox qiymətli olması Allahı heyrətləndirib və O da ayə nazil etməklə ona öz minnətdarlığını bildirmək istəyib.

Mən bu dar fikirlilərin Әli və onun ailəsinin infaq etdikləri və barəsində «Həl əta» surəsi nazil olan arpa çörəkləri barəsindəki nəzərlərinin nə olmasını bilmirəm. Yəqin onlar həmin hadisə barəsində də belə deyirlər ki, həmin çörəyin unu arpadan deyil, məsələn qızıldan olub.

Xeyir, məsələ belə deyil. Әli (ə) və onun ailəsinin əməllərinin əhəmiyyəti bizim diqqətimizi cəlb edən maddi cəhətdən deyil. Onların əməllərinin əhəmiyyəti əməlin bizim təsəvvür edə bilməyəcəyimiz dərəcədə saf, pak və Allaha görə olmasıdır. O elə bir saflıqdır ki, mələkut aləmində əks olunaraq tə`rif və yüksək qiymətləndirmə əks-əməli yaradıb. Şeyx Әttar Nişapurinin sözü ilə desək:

Məzmunu: Onun vəsf və sənası bu dünyanı keçib və üç dənə çörəyinin vəsfi o dünyaya çatıb.

Onların əməllərinin əhəmiyyəti Qur`anın nəql etdiyi bu nöqtədə olub:

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنكُمْ جَزَاء وَلَا شُكُورًا

«...Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik». (Dəhr-9).

Bu, onların ürəklərində olan niyyətdir ki, Allah-taala onu faş edib, yə`ni onlar həmin fədakarlıq və güzəştlə Allahdan, Onun Özündən başqa bir şey istəmirdilər.

Qur`ani-kərimin kafirlərin əməllərini ilğım kimi puç bir şey adlandırmasının səbəbi, onların əməllərinin aldadıcı zahirə malik olmasıdır ki, həmin əməllər Allaha görə deyil, alçaq maddi hədəflər üçün yerinə yetirildiyindən mələkuti simaya malik deyil.

Harun Әr-Rəşidin arvadı Zübeydə Məkkədə bir arx çəkdirib ki, o vaxtdan indiyə kimi Allah evinin zəvvarları ondan istifadə edirlər. Bu iş zahirdə çox yaxşı bir işdir. Zübeydənin himməti bu arxı Taif ilə Məkkə arasındakı daşlıqlardan, susuz Məkkə torpaqlarına axıdıb və təqribən on iki əsrdir ki, hacılar ondan istifadə edirlər.

Bu iş maddi baxımdan çox böyük bir işdir. Amma mələkuti baxımdan necə? Görəsən mələklər də bizim kimi fikirləşirlər? Onlar da gözlərini bu xeyriyyə işinin zahiri həcminə dikirlər?

Xeyr! Onlar başqa cür hesablayırlar. Onlar ilahi me`yarlarla işin başqa cəhətlərini ölçürlər. Onlar Zübeydənin bu pulu haradan gətirməsini hesablayırlar. Zübeydə Harun Әr-rəşid adlı zalım və müsəlmanların Beytul-malı ixtiyarında olan və onu istədiyi kimi xərcləyən bir kişinin arvadı idi. Zübeydənin özünün malı yox idi və o, bu xeyir işə öz malını sərf etməyib. O, xalqın öz malını xalqın özünə sərf edib. Zübeydənin onun məqamında olan arvadlarla fərqi bu idi ki, başqaları xalqın malını öz şəhvətləri yolunda xərcləyirdilər, o isə həmin malın bir hissəsini ümumi işlərə sərf edib. Zübeydənin bu işdən məqsədi nə olub? O, adının tarixdə qalmasını istəyirmiş, yoxsa doğrudan da Allahın razılığını nəzərdə tutubmuş? Bunu ancaq Allah bilir.

Buna görə də deyirlər ki, Zübeydəni yuxuda görüb ondan «Allah səninlə çəkdirdiyin arxa görə necə rəftar etdi?» deyə soruşublar və o, cavab verib ki, Allah onun savablarının hamısını pulların əsl sahiblərinə verdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment