Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Pak şeylərin halal, çirkin şeylərin haram olma qanunu

Pak şeylərin halal, çirkin şeylərin haram olma qanunu

 

  Peyğəmbərlərin işlərindən daha başqa biri bəşərin kainat ilə əlaqələrini müəyyənləşdirmək idi. Onlar deyirdilər:

هوالذي خلق لكم ما في الارض جميعا   2

 Bu kainatın hər bir şeyi sənin üçün yaradılsa da onların bir qismi sənin üçün məsləhətli deyil. Yəni, onlar sənin təbiətinlə uyğunlaşmadığından sən onlardan istifadə etməməlisən. Misal üçün deyirdilər ki, Donuz əti yemə, alkollu içkilər içmə, vəhşi və yırtıcı heyvanların ətindən istifadə etmə.

 يحل لهم الطيبات ويحرم عليهم الخبائث 3

  Allah onlara (Peyğəmbərin ümmətinə) yaxşı və münasib olanları halal, yaxşı və münasib olmayanları isə haram edir.

  Mən sizdən soruşuram, insanla kainatın əlaqələri baxımından 1400 il bundan öncə Quran halal və haram etdiyi şeylərin hansı biri bəşərin elmi və texniki inkişafı nəticəsində dəyişmişdir?

  Bəlkə məst edici içkilər öz mahiyyətlərini itirmişlər və bəlkə

انما يريد الشيطان ان يوقع بينكم العداوة والبغضائ فيالخمر والميسر  4

ayəsi dəyişmişdir və ümumiyyətlə dəyişilə bilərmi? Bəlkə Donuz əti öz mahiyyətini dəyişmişdir? Mümkündür siz deyəsiniz ki, Donuz ətinin haram olmasının sirrini tapıblar, bu barədə isə söhbət edərik.

  Geyimlə əlaqədar deyiblər kişi ipək paltar geyməməli və qızıl ilə bəzəklənməməlidir. Bu cür məsələlər bir zamanda doğru başqa bir zamanda səhf olan məsələlərdəndir yoxsa onların fəlsəfə və hikməti həmişə mövcuddur? Eşidiləsi şeylər ilə əlaqədar deyiblər "şəhvəti dəlicəsinə təhrik edən və ağılın xiffətinə səbəb olan və nəticədə bir növ dəlilik və məstlik yaradan avazlara qulaq asmaq qadağandır." Görüləsi şeylər ilə əlaqədar isə deyiblər:

قل للمومنين يغضوا من ابصارهم ...وقل للمومنات يغضضن من ابصارهن  5

"Təhrik edici və (şəhvəti) həyəcanlandırıcı mənzərələrə baxmayın." İndi Dünya misal üçün neftlə işləsin və yaxud dəmirlə, ya da ki, atomla bu kimi məsələlərdə nə fərq yarada bilər? Toxunulası şeylər də həmçinin, insana məhrəm sayılmayan bir kəsin bədəninə örtüksüz olan halda toxunmaq  haramdır. İnsanların biri birinə olan əlaqələrinə aid İslamın qoyduğu qanunlarda elə bir yer tapa bilərmisiniz ki, zamanın dəyişib haldan hala düşməsi ardınca onu da dəyişdirə bilsin?

Quldarlıq məsələsi

 

  Mümkündür kimsə bizim dediklərimizin əksinə olaraq "quldarlıq" məsələsini misal vursun və desin ki, İslam quldarlıq qanununu təsdiqləyib bir halda ki, müasir dünya bu qanunu dəyişib və nəsx edib və bu günkü dünyada artıq quldarlıqdan xəbər olmamalıdır. Demək İslam qanunlarından bir qismi nəsx olunubdur.

  Cavabında deyirik "nə qəribə səhv təsəvvür?!" Birincisi bunu deim ki, İslam dini "quladrlıq qanununu" keçmiş bəzi alimlərin dediklərinin əksinə olaraq  ictimaiyyət üçün lazım və zəruri qanun hesab etmir. İslamın bu məsələ ilə əlaqədar tökdüyü proqram "quldarlıq" proqramı yox  "azadlıq" proqramıdır. Xoşbəxtlikdən bu məsələni bəzi alimlər də diqqətdən qaçırmayıblar və necə də düzgün diqqət ediblər!

  Deyirlər bizim İslam fiqhimizdə "quldarlıq kitabı" yox "azad etmə kitabı" mövcuddur. İslam deməyibdir hökmən lazımdır ki, qul olsun, elə olsun belə olsun. Əksinə o, bütün proqramlarını qulu necə azad etmə barəsində tənzimləyibdir. Onların ümdə səhfləri burdadır ki, təsəvvür edirlər İslam öz ictimai təşkilatında quldarlığı lazım və zəruri bilir. Quranın özündə bir kəlmə belə yoxdur ki, ondan insanları qul tutmağa əmr etmək və ya həvəsləndirmək məfhumu istifadə edilsin.

  Demək sitəmirəm ki, İslamda Quldarlığın heç bir forması yoxdur. Xeyir, mən deyəcəyəm ki, hansı forması var.

  Dünyada quldarlığın müxtəlif səbəbləri olmuşdur. Uzun söhbətdir. Onun  7-8 yolu olubdur, bu qədər qul tutma yollarının arasında islam yalnız onlardan birinə icazə vermişdir və o budur ki, döyüş halında olan düşməndən ( döyüş deyəndə bütün şərtlərə, o cümlədən qabaqcadan təbliğ olunma şərtinə malik olan döyüş nəzərdə tutulur) döyüş meydanından əsir düşmüş döyüşçünü qul tutmaq olar. Quranda heç bu məsələ də ünvanlanmamışdır. Quran belə buyurur:

فاذا لقيتم الذين كفروا

Döyüş meydanında kafirlərlə üz üzə durduğunuz vaxt (üzləşmək lüğətdə döyüşmək mənasına işarədir) və biri birinizə qılınc çəkdiyiniz vaxt

فضرب الرقاب

Kişi kimi döyüşün, arxaya çəkilməyin

حتي اذا اثخنتموهم

Döyüşün sıxıntı və ağırlığını onların üzərinə endirin, dizlərini bükün. Burada artıq işiniz dəyişilir

فشدوا الوثاق

Möhkəm tutun və bağlayın, əsir tutun. Əsir tutduqdan sonra  bilirsiniz nə edin?

فاما منا بعد و اما فدائ  1

Əsir tutduqdan sonra seçim sizindir, istəyirsinizsə havayı və heçnəsiz  buraxın gedib yaşasınlar və yaxud istəyirsinizsə müqabilində bir şey "fida" ünvanında alıb onları azad edin. Misal üçün əsiri əsirlə dəyişin və yaxudda ki, pul alıb azad edin.

  Quranda bundan artıq bir şey deyilməmişdir. Amma Sünnətdə ( hədislərdə) iki daha başqa yol da göstərilir. Biri budur ki,  əgər tutulmuş əsirin diri qalması İslam və müsəlmanlıar üçün  qorxuludursa onu öldürün və ikinci yol isə budur ki, onu qul tutun. Demək bu məqamda dörd yol var: minnət qoyub azad etmək, fida ünvanında, əsir mübadiləsi edib və ya pul alıb azad etmək, öldürmək və ən nəhayəti də qul tutmaq. Onu da deyim ki, Burada müsəlmanların rəhbəri bu dörd yoldan hər hansı biri daha məsləhətlidirsə onu icra etməyə tam ixtiyarlıdır. Demək bildiniz ki, Quranın özündə qul tutmaq söhbəti yoxdur və mövcud olan, hədislərdədir. Özü də ki, gördüyünüz kimi birinci dərəcəli deyil ikinci dərəcəli seçimdir. Bundan əlavə dedik ki, ən məsləhətli yolu seçmə ixtiyarı müsəlmanların rəhbərinin əlindədir, əgər məsləhətdirsə onu elə belə azad etsin və əgər məsləhətdirsə "fida" alsın və ya onu öldürsün və yaxud da qul tutsun. Əgər rəhbər misal üçün zamanın tələblərini nəzərdə tutub məsləhət bilsə ki, qul tutmamalıdır və tutmasa İslamın hökmünü nə inki, sındırmamışdır əksinə, hətta onu icra etmişdir.

  Bunların hamısından əlavə burada daha başqa bir sual var, o da budur ki, düzdür İslam hədislərin hökmünə əsasən qul tutmağa icazə verir amma görəsən bu icazə yalnız düşmənlərin də müsəlmanların əsirlərini qul tutduqlarına görədirmi? Çünki, o vaxtlar əsirləri qul tutma halları yayılmışdı. Görəsən İslam onlar müsəlmanların əsirlərini qul tutduqlarına görə icazə verir ki, qarşılıqlı olaraq siz də onların əsirlərini qul tuta bilərsiniz, görəsən belədir yoxsa onlar hətta əsirlərinizi qul tutmasalar belə siz onların əsirlərini qul tuta bilərsiniz deyir?!

  Bir çox alimlərin rəyi budur ki, bəli yalnız müsəlmanların əsirlərini qul tutduqları haldaır ki, müsəlmanlar da tuta bilərlər. Bəs əgər düşmən əsirlərimizi qul tutmadı bizim onların əsirini qul etməyə haqqımız varmı? Əgər bu gün müsəlmanlarla kafirlər arasında (misal üçün İzraillə) döyüş baş verdi, müsəlmanlar İzrailin onlar bizim əsirləri qul etmədikləri halda şəri baxımdan özlərinə qul edə bilərlərmi? Bu fərziyyəyə əsasən, xeyir. (Dünyanın buna icazə verib verməməsi ilə işimiz yoxdur) Demək istəyirəm ki, bu halda müsəlmanların rəhbərinin qul tutma yolunu seçməyə haqqı yoxdur, çünki, bizim onlardan yalnız onların da bisdən qul tutduqları halda qul tutmağa icazəmiz var. İndi ki, onlar qul tutmurlar İslam hökm verir ki, siz də qul tutmayın.

  Demək İslam "quldarlıq" üçün böyük meydan açmır və demir ki, mən quldarlığın hökmən olmasını istəyirəm. Eləcə də İslam hal hazırda dünyada quladrlığın büsatı yığışdığına görə nə təəssüflənmir və nə də başına döymür. Islamın diqqət verdiyi mövzu isə qul azad etmədir. İslam deyir ki, Azadlıq olmalıdır. Əgər siz yenə desəniz ki, bu gün dünyada quladrlıq olmadğına görə "qul azad etmə" hökmünün də olmasının mənası yoxdur, demək fakt olaraq İslam hökmlərindən bir qismi nəsx olur və lazımsız sayılır onda biz deyərik ki, xeyir, hökm lazımsız sayılmır, amma o hökmün mövzusu artıq olmadığına görə hökm də yox kimi sayılır. Misal üçün İslam həm az su (qəlil su) və həm də çox suyun (kəsir su) hökmünü vermişdir, bel ki, İslami baxımdan müsəlman əlini pak etmək məqsədi ilə az suyla iki dəfə, çox suyla isə bir dəfə yumalıdır. Bu gün əgər evlərə su krantları çəkilirsə və "çox suyun" çox olması nəticəsində artıq "az su" ünvanı öz mənasını itirirsə bu məsələdə kim deyə bilər ki, İslamın hökmü nəsx olunmuş və lazımsız olmuşdur?! Xeyir, İslamın hökmü dəyişməmişdir. Islam deməyib ki, hökmən az su olmalıdır və siz onunla yuyunmalısınız. Əksinə İslam deyir əgər suyunuz az su olsa onun hökmü bülədir, nə yaxşı ki, hər yerdə su çox su olsun. Bunlar, nəsx olmaq və dəyişilmək hesab olunmur.

  Heç bir məsələ yoxdur ki, İslam onun üzərinə barmaq qoysun bir halda ki,  zaman dəyişməsi onu dəyişə bilsin, yəni zamanın həqiqi dəyişkənliyi ilə uyğunlaşmasın. Həmişə deyirlər zaman dəyişir, bəziləri isə təsəvvür edirlər ki, İslam öz qanunlarını cüzi məsələlər üzərində qurmuşdur və elə fikirləşirlər ki, İslam qanunları bələdiyyə qanunları kimidir. Misal üçün bələdiyyə almanın bir kiloqramının qiymətini iki min tümən müəyyənləşdirir, iki həftədən sonra öz sözünü dəyişib almanın bir kiloqramı 15 riyaldır deyir. Axı İslamın qanunları belə deyil ki, əşyaların qiymətlərini müəyyənləşdirsin və ya qiymətləri sabit vəziyyətdə saxlasın, insanlar üçün geyim modu, minik növü gətirsin. Bir sözlə İslam öz göstərişlərini həyatın dəyişkən məsələləri üçün verməmişdir. İslam elə bir ümumi və əsaslı göstərişlər vermişdir ki, həyatın bütün  dəyişkən məsələləri ilə uyğunlaşa bilir və heç də dəyişilmir.

 



2- Bəqərə surəsi, ayə 29.

3- Əraf surəsi, ayə 127.

4- Maidə surəsi, ayə 91.

5 Nur surəsi, ayə  30-31.

1- Mühəmməd surəsi, ayə 4.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment