Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Sonra belə yazır: Əgər soruşsalar ki, Allahın salavatından sonra daha bizim salavatımıza nə ehtiyac vardır? Onda cavab verərik ki, Peyğəmbərə (s) salavat göndərmək, Peyğəmbərin (s) salavata ehtiyaclı olduğu üçün deyildir, necə ki, Allahın salavatından son

Sonra belə yazır: Əgər soruşsalar ki, Allahın salavatından sonra daha bizim salavatımıza nə ehtiyac vardır? Onda cavab verərik ki, Peyğəmbərə (s) salavat göndərmək, Peyğəmbərin (s) salavata ehtiyaclı olduğu üçün deyildir, necə ki, Allahın salavatından sonra mələklərin də belə salavatına ehtiyac yoxdur. Amma salavat bizim Peyğəmbərə (s) qarşı olan dərin ehtiram və məhəbbətimizi bildirmək üçündür. Həmçinin bu əməl bizlərə savab qazanmaq üçün böyük imkan yaradır. Necə ki, Peyğəmbər (s) buyurmuşdur:

«Hər kəs mənə bir dəfə salavat göndərsə, Allah ona on dörd dəfə salavat göndərər.»

Süyuti əd-Dürrül-mənsur kitabında belə yazır: Əbdür-Rəzzaq ibn Əbi Şeybə, Əhməd və ibn Mərdəveyh, Kəb ibn Ücrədən belə nəql etmişlər ki, bir nəfər Peyğəmbərə (s) dedi: «Ey Allahın Peyğəmbəri! Sizə necə salam göndərməyi bilirik, amma salavatı necə göndərək?» O həzrət cavabında buyurdu: Belə deyin:

«Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat (rəhmət) göndər...»

Süyuti bu rəvayətdən başqa Əhli-beytin (ə) bu salavatlarda Peyğəmbərlə (s) şərik olmasına dəlalət edən on səkkiz rəvayət də nəql etmişdir. Yəni Peyğəmbərlə (s) yanaşı onun Əhli-beytinə (ə) də salavat göndərmək vacibdir. Bu hədisçiləri Abdullah ibn Abbas, Təlhə, İbn Məsud əl-Ənsari, Büreydə, Kəb ibn Ücrə və Əlidən (ə) nəql etmişlər.

Həmçinin Süyuti belə yazır: Əhməd və Termezi, Həsən ibn Əlidən (ə) nəql ediblər ki, Peyğəmbər (s) belə buyurmuşdur:

«Mənim adım zikr olunan zaman mənə salavat göndərməyən adamlar paxıldırlar.»[60]

Bundan əlavə böyük İslam alimləri və fəqihləri də namazın təşəhhüdündə Məhəmməd və ali Məhəmmədə (Əhli-beytinə) salavat göndərməyi və onların adının Peyğəmbərin (s) adı ilə birgə çəkilməsini vacib bilmişlər.[61]

Bu ayənin məna və təfsiri üzərində düşünən adam açıqca başa düşüb dərk edər ki, bu hökmün vacib edilməsi Peyğəmbərin (s) Əhli-beytinə (ə) ehtiram, səmimiyyət və məhəbbəti bildirmək üçündür. Hansı ki, Allah onları bütün günah və çirkinliklərdən uzaqlaşdıraraq pak-pakizə etmişdir. Bunun sayəsində müsəlmanlar onlara bel bağlamalı və onların yolunda hərəkət edərək mübahisəli məsələlərdə və ixtilaflı işlərdə onlara müraciət etməlidirlər.

Bizim əqidəmizə əsasən, onlar elə şəxsiyyətlərdirlər ki, əgər namazda onlara salavat göndərilməsə, namaz batil olar. Onlar ümmətin imamlarıdırlar.

Əhli-beyt məzhəbinin böyük fəqihlərindən olan və eyni zamanda hicrətin yeddinci əsrinin ən böyük şəxsiyyətlərindən sayılan, tədqiqatçı və məşhur alim Əllamə Hilli özünün «Şərayiül-İslam» kitabında təşəhhüdü namazın vaciblərindən biri kimi sayıb deyir: «Təşəhhüd oxumaq bütün namazların 2-ci və sonuncu rəkətlərində vacibdir, əgər bilə-bilə tərk olunsa, namaz batil olar. Təşəhhüd isə Allahın birliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək, Peyğəmbər və onun Əhli-beytinə salavat göndərməkdir».[62]

Əgər onların yolu doğru olmasaydı, onlara etiqad bəsləmək səhv bir iş olsaydı və onların sözləri və əməlləri doğru-düzgün olmasaydı, heç vaxt Allah-taala onlara könül bağlamağı və onlara salavat göndərməyi əmr etməzdi. Bəli, hər gün beş vaxtda qılınan vacib namazlarda Əhli-beytə (ə) salavat göndərilməsinin vacib olması Qiyamət gününə qədər müsəlmanların diqqətini Əhli-beytə (ə) cəlb etmək və onlara inanmağın, onların yolunda hərəkət etməyin vacib olduğunu başa salmaq üçündür.

İNSAN SURƏSİ

Allah-taala müqəddəs Quranda buyurur:

«Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri [Cənnətdə] kafur qatılmış [soyuq və xoş ətrli] şərab içəcəklər.(5)

O [kafur] elə bir çeşmədir ki, Allahın bəndələri ondan içəcək və onu [istədikləri yerə] asanlıqla axıdacaqlar. (6)

Onlar [Cənnətə nail olacaq müttəqilər] elə kimsələrdirlər ki, verdikləri sözü [etdikləri nəziri] yerinə yetirər və dəhşətli [aləmi] bürüyəcək [şəri hər tərəfə yayılacaq] gündən [Qiyamət günündən] qorxarlar. (7)

Onlar öz iştahaları çəkdiyi, özləri yemək istədikləri halda [Allah rizasını qazanmaq yğrunda] yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (8)

[Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər]: Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən [bu ehsan qarşısında] bir mükafat və bir təşəkkür istəmirik. (9) Həqiqətən biz Rəbbimizdən, çox sərt, müdhiş və çətin gündən [üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı Qiyamət günündən] qorxuruq. (10) Allah da onları o günün şərrindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir [Üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir]. (11) Və onları etdikləri səbr müqabilində Cənnətlə və [geyəcəkləri] ipəklə mükafatlandıracaqdır. (12) Onlar o Cənnətlərdə taxtlara söykənəcək, orada nə günəş [qızmar isti], nə də sərt soyuq görəcəklər. (13) Cənnət ağaclarının kökləri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. [İstədikləri yerdə, istədikləri zaman onları dərib yeyə biləcəklər]. (14) [Cənnətdəki xidmətçilər] onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. (15) Gümüşdən olan [çox şəffaf olduğu üçün bayırından içərisi görünən] elə büllur qədəhlərlə ki, [xidmətçilər] onları [sahiblərinə] münasib ölçüdə etmişlər. (16) Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (17) [Zəncəfil] Cənnətdə bir çeşmədir ki, [suyu boğazdan çox rahat keçdiyi üçün] Səlsəbil adlanır. (18) Onların dövrəsində həmişəcavan [xidmətçi] oğlanlar olacaqdır. Onları gördükdə sanki [ətrafa] səpilmiş inci olduqlarını zənn edərsən. (19) [Orada] hara baxsan, nemət və böyük mülk görərsən. (20) [Cənnət əhlinin] əyinlərində tafdadan və atlazdan [nazik və qalın ipəkdən] yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (21) [Onlara belə deyiləcəkdir]: Bu sizin [dünyada etdiyiniz yaxşı əməllərə görə] mükafatınızdır. Zəhmətiniz Allah yanında məqbil, təqdirəlayiqdir! (22)».

Qurani-kərim bu ayələrdə Əhli-beyt (ə) barədə söhbət açaraq onları fədakarlıq və təqvanın ən üstün mərtəbəsinə malik olmalarını göstərir. O, nümunəvi insanları misal çəkir ki, bütün nəsillər onların əməllərini təkrarlayıb, onların yolunda hərəkət etsinlər. Bu mübarək ayələrin nazil olduğu tarixi şəraitə baxdıqda məlum olur ki, Əhli-beyt (ə) nə qədər yüksək məqama malik olub və ilahi rabitələrlə Allaha bağlanmışlar. Behiştlə mükafatlanan onlardır. Hər kim də onlara bağlanıb, onların yolunda hərəkət etsə, onlarla birlikdə cənnətdə olacaqdır.

Zəməxşəri bu ayələrin təfsirində belə yazır: Abdullah ibn Abbas nəql etmişdir: Bir gün Həsən və Hüseyn (ə) xəstələnmişdirlər. Peyğəmbər (s) bir dəstə müsəlman ilə onlara baş çəkməyə gəldi. Peyğəmbər (s) Əliyə (ə) müraciət edərək buyurdu: «Ey Əbəl-Həsən! Kaş uşaqlarının şəfa tapması üçün nəzr edəsən.» Əli (ə) bu təklifi məmuniyyətlə qəbul etdi və üstəlik həzrət Fatimə (ə) və onların xidmətçisi Fizzə də uşaqların sağalacağı təqdirdə üç gün oruc tutmağı nəzr etdilər. Uşaqlar şəfa tapıb sağaldılar, lakin o günlərdə Əlinin (ə) evində iftar etmək üçün ərzaq yox idi. Odur ki, gedib Xeybər Yəhudilərindən olan Şəmun adlı bir nəfərdən üç sa (ölçü vahidi) miqdarında arpa borc aldı. Fatimə (ə) onun üçdən bir hissəsini üyüdüb un etdi və ailə üzvlərinin sayı qədər çörək bişirdi. İftar vaxtı çörəkləri süfrəyə qoyub yeməyə hazırlaşdıqları vaxt bir fəqir qapını döyüb evdəkilərə belə dedi: «Sizə salam olsun! Ey Məhəmmədin (s) Əhli-beytin (ə)! Mən bir müsəlmanam, fəqirəm, mənə yemək verin. Allah sizi Cənnət süfrələrindən yedizdirsin.»

Bu sözləri eşidən Əhli-beyt (ə), fədakarlıq edib süfrədə olan çörəklərin hamısını ona verdilər. Özləri isə bir içim su ilə iftar edib gecəni belə keçirdilər.

Sabahsı gün ac olduqları halda yenə oruc tutdular. Axşam iftar etmək üçün süfrə başına yığışmışdılar ki, bir yetim qapıya gəlib yemək istədi. Yenə də süfrədə olan yeməkləri o yetimə verdilər və özləri ac qaldılar. Üçüncü gün də qapıya bir əsir gəlib yemək istədi və bir daha bu müqəddəs şəxsiyyətlər iftar etmək üçün hazırladıqları yeməklərini o əsirə verdilər. Ertəsi gün həzrət Əli (ə) oğlanları Həsən və Hüseyn (ə) ilə birlikdə həzrət Peyğəmbərin (s) hüzuruna gəldilər. Peyğəmbər (s) onların aclıqdan titrədiklərini görüb buyurdu: «Sizi bu halda görmək mənim üçün çox ağırdır.»

Sonra onlarla birlikdə xanım Fatimənin (ə) evinə getdilər. Peyğəmbər (s) gördü ki, qızı Fatimə (ə) acından zəifləmiş və gözləri çuxura düşdüyü halda mehrabda ibadət edir. Bu mənzərəni müşahidə edən Peyğəmbər (s) olduqca narahat oldu. Elə bu vaxt Cəbrail nazil olub, dedi: «Ey Məhəmməd! Allah səni belə bir Əhli-beytin (ə) olduğu üçün təbrik edir.» Sonra yuxarıda qeyd olunan İnsan surəsini Peyğəmbərə (s) nazil etdi.

Təfsirçilər təkid edirlər ki, bu ayələr Əhli-beyt (ə) (Əli, Fatimə, Həsən və Hüseyn) barəsində nazil olmuşdur. Təkcə bu haqda nəql olunan rəvayətlərdə azacıq fərqlər görünür. Bu rəvayətlər Əbu Həmzə Somali, Həsən ibn Həsən, Əta ibn Abbas və bir az fərqlə başqaları tərəfindən də Əhli-beyt (ə) haqqında nəql olunmuşdur. Beləliklə, bu ayələr Əhli-beytin (ə) Allahın məxsus və seçilmiş bəndələri olmasına dəlalət edir və Allah tərəfindən onların behiştə daxil olduqlarına müjdə verilir.

İlahi! Bircə anda bizi müqəddəs Quran və Əhli-beytdən ayrı salma!

Amin ya Rəbbəl-aləmin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Müqəddəs məkanlarımız təhlükədədir
Hüseyndir Xaliqi əzəm fədası..
Hz. Muhəmmədin (s) peyğənbərliyin təsdiq edən qədim İncil tapıldı
Həzrət Əli ələyhis-salam, beytül-mala xəyanət edənlə necə rəftar edirdi?
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
Kərbəlada Hz. Abbasın (ə) hərəminin "Qızıl Eyvanı"na yazılan Quran ...
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
ABNA olaraq həzrəti Fatimeyi Zəhranın (s) mövlud bayramı münasibətilə təbrik ...
Həzrət Əli (ə)- Haqq aynası
ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd ...

 
user comment