Xəbər Agentliyi- Böyük İslam Alimi Şeyx Kuleyni, Üsuli-Kafi kitabında qeyd etdiyi kimi həzrəti Fatimə Zəhra (səlamullahi əleyha) Məkkədə Böyük İslam Peyğəmbəri həzrəti Məhəmməd ibn Əbdullahın nurani evində besətdən (admin: Yəni İslam Peyğəmbərinin peyğəbərliyə təyin edildiyi gündəndən) beş il sonra Cəmadiul Sani ayının 20-si (miladi tarixi ilə 614-cü ildə) Peyğəmbərin 45 yaşında dünyaya gəlib. Şiə və Sünni mənbələrində dünya və axirət evinin xanımlarının xanımı həzrəti Fatiməi Zəhranın (səlamullahi əleyha) nütfəsinin necə yarandığına dair hədislər görə həzrəti Məhəmməd Peyğəmbər (səlləllahu əleyhi və alih) Allahın əmri ilə, qırx gecə zamanəsinin xanımlarına örnək olan, qiyamətətək Mömünlərin Anası həzrəti Xanım Xədicədən (səlamullahi əleyha) uzaq durmuş, ibadət və orucla keçən 40 günün ardından və Meraca çıxıb orada cənnət yeməyi, yaxud meyvəsindən yedikdən sonra xanım Xədicənin (səlamullahi əleyha) yanına gəlmiş və o şəkildə həzrəti Fatimənin (səlamullahi əleyha) nuru Xədicədə (səlamullahi əleyha) qərar qılınmışdır.
Xanım Fatiməi Zəhra (səlamullahi əleyha) Qurani Kərimdə
Xanım Fatimә (səlamullahi əleyha) İslam Peyğәmbәrinin (s) әziz qızı olmağıyla yanaşı, Allah tәrәfindәn dә tәrif edilәn kәsdir. Belə ki, Kövsәr surәsi Onun şənində nazil olmuşdur: “Hәqiqәtәn, Biz sәnә Kövsәr bәxş etdik!” ayәsi bir başa Xanım Fatimeyi Zәhra (səlamullahi əleyha) haqqındadır.
Quranda Әhzab surәsinin 33-cü ayәsinә әsasәn Fatimeyi Zәhra (səlamullahi əleyha) Peyğәmbәr Әhli beytinin nümayәndәsi kimi günahlardan pakdır. “Həqiqətən də Allah (cəllə cəlaluh) siz Әhli beyti bütün çirkinlikdən (günahı) uzaq və tәrtәmiz (pak) edib!”.
Allah-taala müqəddəs Quranda Ali-=İmran sürəsinin 61-ci ayəsində buyurur:
«(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lənəti yalancılara olsun.»
Traixdə qeyd olunduğu kimi, Nəcran xristianlarlndan ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lənət diləsinlər.
Peyğəmbərin (s) Əhli-beytinin həzrəti Əli, Fatimə, Həsən və Hüseynin Allah yanında olan hörmət və əzəmətini və o cümlədən Peyğəmbər Əhli-beyti deyildikdə yalnız qeyd olunan bu beş nəfərə aid olduğu və Peyğəmbərin xanımlarının hətta İslamın dirçəlişi uğrunda öz malı və canından keçən yeganə xanımı həzrəti Xədicəyi Kübranın (səlamullahi əleyha) da bu ayəyə şamil olmadığını aşkar edir.
Xanım Fatiməi Zəhra hədislərdə
Əbu Bəkrin qızı Aişәdәn belә bir hәdis nәql olunur: “Hal, hәrәkәt, davranış, oturub qalxma baxımından Fatimә qәdәr Rәsullallaha daha çox oxşayan bir kәs görmәdim”.
Həzrəti Mәhәmmәd Peyğәmbәr (s): “Fatimә Cәnnәt xanımlarının xanımıdır”.
Digər bir hədisdə isə, İslam Peyğәmbәri (s) qızının Fatimә adlandırılmasının sәbәbini belә açıqlayır: “Qızım ona görә Fatimә adlanıb ki, Allah taala onu vә onu sevәnlәri oddan (Cәhәnnәmdәn) uzaq edib”.
Sonda ABNA saytının redaksiya üzvləri tərəfindən bütün dünya xanımlarını Analara Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və saytımızı izləyən hər bir kəsə xoş günlər uzun və bərəkətli ömür arzu edirik!
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : abna24