Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Bu gün Xanım Zəhranın (s) Şəhadətidir

Xanım Fatimə (s): "Bizə olunan zülümlər Bədir kini və Uhud döyüşlərindəki ölülərin qisasın (biz Əhli-Beytdən) almaqdan ötəri idi."

Bu gün Xanım Zəhranın (s) Şəhadətidir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən miladi tarixinin aprel ayının 14-nə təsadüf edən hicri qəməri tarixinin "Cəmadiul Sani" ayının 4-ü dünya xanımlarının Xanımı, əziz İslam Peyğənbərin qızı Fatiməi Zəhranın (səlamullahi əleyha) şəhadət günüdür.

Bu gün başda birinc qəsibkar xəlifə Abu Bəkr olmaqla ikinci qəsibkar xəlifə Ömər ibn Xəttab, Muğeyrə, Qonfoz və Peyğənbər ümmətindən bir iddəsi həzrəti Mühəmmədin (səlləllahu əleyhi və alih) öz ümmətinə tapşırdığı əmanətə, İmamət Məqamına və onun sahibi İmam Əliyə (əleyhi səlam), İmamətdən canla başla müdafiəyə qalxan həzrəti Fatiməyə (səlamullahi əleyha) qarşı çıxaraq onu, öz evinin daxilində fiziki zərbələrə məruz qoymuş və qapı ilə divar arasında saxlyaraq bədəninə ölümcül xəsarətlər yetirmişdilər. Peyğənbər əmanətinə qarşı edilən nalayiq əməllər nəticəsində bu günkü gündə Xanım Zəhra (səlamullahi əleyha) aldığı zərbələrdən şəhadətə yetmişdir.

Biz ABNA olaraq bü müsübəti başda İmam Zaman (Allah onun zühurun tezləşdirsin) həzrətlərinə, onun haqq naibi İmam Xameneiyə və həmçinin bütün bəşəriyyətə dərin hüzünlə baş sağlığı veririk. Və Xanım Zəhranın şəhadəti ilə bağlı bir neçə hədisi siz ziyarətçilərimizə təqdim edirik:


1 - İbni Əbbas Peyğənbərdən (səlləllahu əleyhi və alih) belə rəvayət edir: "Qızım Fatimənin məndən sonra zülmə məruz qaldığını və Atacan! Deyərək fəryd çəkdiyini sanki görürəm. Ümmətimdən bir kəs yoxdur ki, qızımın fəryadına çatsın."


Xanım Zəhra (səlamullahi əleyha) bu sözləri eşitcək ağlamağa başladı Peyğənbər (səlləllahu əleyhi və alih) qızının ağlamağın görcək belə buyurdu: "Ağlama qızım..."


Xanım Zəhra (səlamullahi əleyha) atasına belə cavab verdi: "Mən sizdən sonra məruz qalacağım zülümlərə görə ağlamıram. Ey Allahın Rəsulu! Mənim ağlamağım sizin ayrılığınıza görədir."


(Əllamə Məclisi, Biharul-Ənvar, 43. c. 156. s. 2. riv.)


2 - "Mənaqib" kitabında deyilir: Ümmü Sələmə Fatimənin (səlamullahi əleyha) yanına gəldi və soruşdu: "Necə sabahladınız, ey Rəsulullahın qızı?"


Fatimə (səlamullahi əleyha) belə buyurdu: "Peyğəmbəri itirməkdən və onun vəsisinə edilən zülmə görə şiddətli hüzn və qəm içindəyəm. Allaha and olsun! Vəsilik (İmamət) pərdəsi yırtıldı! Allahın Quranında əmr etdiyi və Rəsulullahın (sallallahu əleyhi və alih) Quran təvilində bəyan etdiyi İmamət məsələsinin tam əksinə hərəkət edildi. Lakin bütün bu özbaşnalıq və zülümlər, Bədir kini və Uhud döyüşlərindəki ölülərin qisasın (biz Əhli-Beytdən) almaqdan ötəri idi."


Əllamə Məclisi, Biharul-Ənvar, 43. c. 156. s. 5. riv.

 

 


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Hüseyndir Xaliqi əzəm fədası..
Hz. Muhəmmədin (s) peyğənbərliyin təsdiq edən qədim İncil tapıldı
Həzrət Əli ələyhis-salam, beytül-mala xəyanət edənlə necə rəftar edirdi?
ABNA, İslam Peyğəmbəri (s) və 6-cı İmamın (ə) mövludu münasibəti ilə təbrik ...
Kərbəlada Hz. Abbasın (ə) hərəminin "Qızıl Eyvanı"na yazılan Quran ...
Bu gün Xanım Zəhranın (s) Şəhadətidir
ABNA olaraq həzrəti Fatimeyi Zəhranın (s) mövlud bayramı münasibətilə təbrik ...
Həzrət Əli (ə)- Haqq aynası
ABŞ-ın Denver şəhərində Xanım Fatiməi Zəhranın (s) əzadarlıq mərasimi qeyd ...
Həzrət Zeynəb (ə.s)

 
user comment