Azəri
Friday 11th of October 2024
0
نفر 0

Ən az geyimlə kifayətlənmə

Ən az geyimlə kifayətlənmə

Əbu İshaq Səbii deyir: Mən uşaq idim. Atam məni öz boynunda Cümə namazına aparırdı. Mən Əmirəlmöminin Əli (ə)-ı xütbə oxuyan halda gördüm.

O Həzrət öz köynəyini yellədirdi. Atamdan soruşdum Həzrət istiyə xatir özünə külək verir. Dedi: yox. həzrət isti – soyuq hiss etmir. əksinə həmin bir köynəyi olduğundan onu yuyublar və istiyirlər qurutsunlar.[1]

İmam Hüseyn (ə) söylədiklərindən:

الحمد لله الّذى خلق الدّنيا فجعلها دار فناء و زوال متصرّفة باهلها حالا بعد حال فالمغرور من عزّته و الشّقى من فَتَنَتْهُ فلا تغرّنكم الحياة الدّنيا و لا يغرّنكم باللّه الغرور.

Bütyün həmd və təriflər Allaha layıqdir. O elə Allahdır ki dünyanı yaratdı və onu yoxluq və məhv evi qərar verdi. O elə bir evdir ki öz əhlini həmişə haldan hala salır. Deməli həqiqi aldadılmış o adamdır ki dünya onu aldada və bədbəxt o şəxsdir ki dünya onu özünə məftun edə. Nəticə çıxarın ki bu dünya həyatı sizləri aldatmasın və aldadıcı şeytan sizi özünə məğrur etməsin.

غير ان خلق الدّنيا للبلاء و خلق اهلها للفناء فجديدها بال و نعيمها مضمحلّ و سرورها مكفهر و المنزل بلغة و الدّار قلعة فتزوّدوا فان خير الزّاد التّقوى و اتّقوا الله لعلّكم تفلحون.

Tanrı dünyanı bəla və narahatçılıq üçün yaradıb. Onun əhlini yoxluq üçün xəlq edib. Deməli onun təzəsi belə köhnədir. Onun şadlığı narahatçılıqdır. Bu mənzil sona çatacaq və evə bənzər ki insanı ondan ayıracaqlar. Deməli səfərə hazırlıq görün. Ən yaxşı hazırlıq təqvadır. Allahın təqvasına əməl edin ki nicat taparsız.

الهى نعّمتنى فلم تجدنى شاكراً و ابليتنى فلم تجدنى صابراً فلا انت سلبت النّعمة بترك الشّكر و لا ادمت الشدّة بترك الصّبر الهى ما يكون من الكريم الاّ الكرم

Ey Allahım mənə nemət verdin amma məni şükr edən tapmadın. Məni yoxladın amma məni səbirli görmədin. Mənim səndən şükrü əsirgəməyimə baxmayaraq sən məndən nemətini almadın. Mənim səbr etməməyimlə çətinlik və ağırlığı davam etdirmədin. Ey Tanrım kərimdən və böyükdən kərtamərdən və böyüklükdən başqa bir şey gözlənilməz.

 



[1] - Əl-ğarat, səh 56

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ÖZ MEHVƏRI ƏTRAFINDA QULDURLUQ EDƏNƏ ƏLI (ƏLEYHISSALAM)-IN KƏSKIN SIFARIŞI
Həzrət Əli Əkbərin (ə) səadətli təvəllüdü
İMAM HÜSEYN (Ə)
BU GÜN HƏZRƏT ƏLI ƏKBƏRIN (Ə) TƏVƏLLÜD GÜNÜDÜR
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (2)
Məhərrəm ayının 20 -ci günü
“Əyyami Fatimiyyə”nin başlanması ilə əlaqədar İmam Hüseyni hərəmi ...
Yalnız günahları paklanandan sonra!
İmam Əli əleyhis-salamın, Abdullah ibn Abbas onun tərəfindən Bəsrənin hakimi ...
Həyatı

 
user comment