Әhli-beytin (ə) barəsində daha bir neçə hədisi nəzərininzə çatdırırıq.
Peyğəmbər (s) belə buyurmuşdur:
«Biz Әhli-beytlə heç kəs müqayisə oluna bilməz.»
Göründüyü kimi bu şərəfli hədisdə Peyğəmbər (s) Әhli-beytinin (ə) ülvü məqamını və nəhayətsiz dərəcələrini göstərərək, ümməti onlara tərəf istiqamətləndirir. Həmçinin, ümmətlə onların arasında olan müqayisəolunmaz fərqləri açıqlayaraq, onları insaniyyət, şərafət, ülviyyət və mədəniyyət xəzinələrinə doğru hərəkət etməyə təşviq edir.
Peyğəmbər (s) başqa bir hədisdə Әhli-beytin (ə) barəsində bu şəkildə söhbət açır:
«Biz elə bir ailəyik ki, Allah bizim üçün axirəti dünyadan (dünyada yaşamaqdan) yüksək bilmişdir. Mənim Әhli-beytim (ə) məndən sonra müxtəlif ədalətsizlik və çətinliklərlə rastlaşacaq. Bu vəziyyət bu tərəfdən (şərq tərəfinə işarə edərək) qara bayraqlı insanlar gələnə qədər davam edəcək. Onlar həqiqəttələb olduqları halda, haqqı onlara verməzlər. Onlar həqiqət yolunda müharibə edib zəfər qazanarlar. Sonra onlara istədiklərini verərlər, lakin onlar o (zəfər) bayrağı mənim Әhli-beytimin (ə) bir nümayəndəsinə və yer üzünü bürüyən zülmü ədalətlə əvəz edən şəxsə çatdırmayanadək qəbul etməzlər. Hər kim o zaman həyatda olsa və (ayaq üstə durmağa imkanı olmasa) üzü üstündə yol getməyə məcbur olsa da, çalışsın özünü o insanlara yetirsin.»
Deyləmi Әbu Səiddən belə nəql edir:
Peyğəmbər (s) buyurdu:
«Hər kim mənim Әhli-beytimlə (pis) rəftar etməklə məni narahat etsə, Allahın qəzəbi o adam üçün şiddətli olar.»
Həzrət Әli (ə) Peyğəmbərdən (s) belə rəvayət etmişdir:
«(Ey müsəlmanlar!) üç keyfiyyəti övladlarınıza öyrədib tərbiyələndirin; Peyğəmbərimizi sevmək, Әhli-beytini sevmək və Quran oxumaq. Şübhəsiz, Quran daşıyanlar (onu öyrənib əməl edənlər) qiyamət günündə heç bir gölgə olmayan zaman, Allahın sayəsində gölgələnərlər. (Onlar) Allahın Peyğəmbərləri və digər seçilmiş bəndələri ilə birlikdə məhşur olar.»
Təbərani ibni Abbasdan, o da Peyğəmbərdən (s) belə rəvayət edir:
«(Qiyamət günü) bütün bəndələrə bu dörd sualları verməmiş qoymazlar bir addım irəliləsin; ömrünü hansı şeylərə fənaya verdiyindən, bədənini nələrdə qocaltdığından, mal-dövləti hardan qazanıb, harada məsrəf etdiyindən və biz Әhli-beytin (ə) məhəbbət və dostluğundan.»
Başqa bir hədisdə Peyğəmbər (s) ümmətini Әhli-beytə (ə) tərəf sövq etdirərək, onların elmi və bilik dərəcələrini müsəlmanlara göstərir və yollarını itirdikləri, fitnələrə qapıldıqları zaman onlara müraciət etməyə rəğbətləndirir. Bəli, Quranın kamil alimləri və onun dərin mənalarına mükəmməl bələdçilər onlardır.
Təbərani «Mütəllib ibni Abdullah Həntəbədən» o da babasından belə nəql edir: «Bir gün Peyğəmbər (s) «Cöhfə» məntəqəsində xütbə oxuyaraq buyurdu:
(Ey müsəlmanlar!) Mən sizə özünüzdən yaxın deyiləmmi? (Sizin ixtiyar sahibiniz deyiləm?).»
Dedilər: «Bəli, ey Allahın Peyğəmbəri! Sən bizə özümüzdən yaxınsan.» O həzrət (s) buyurdu:
«Bilməlisiniz ki, (qiyamət günü) mən iki şeyin haqqında sizdən mütləq soruşacağam. O iki şeyin biri Quran, digəri isə Әhli-beytimdir.»
Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.
source : sibtayn