Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub göy onların cərgəsində idi.

NƏhCül-BƏlağƏ

heKayƏtlƏri

 

(15 HEKAYƏT)

 

BİRİNCİ HEKAYƏT

İblisin diKbaşlIğI[1]

 

İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub göy onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə İblisə Adəmin qarşısında səcdə etmələrini[2] əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi:

Mən oddan yaranmışam, sən isə palçıq gildən.” Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqladırıldı.

Möminlər ağası Həzrət Əli (əleyhissalam) bu barədə buyurur: İblisin dastanından nəsihət ibrət alın. Belə ki, onun sonsuz ibadət səyi (təkəbbürün nəticəsində) aradan getdi. O, altı min il Allaha ibadət etmişdi. Hələ o illərin dünya ya axirət illərindən olması məlum deyil lakin bir saatlıq təkəbbür qüruru onun bu illərdə etdiyi bütün ibadət səylərini məhv edib boşa çıxartdı.

Baxmayaraq ki, Şeytan da göy ərş əhli idi, lakin Allah fərmanı yer göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər Ey Allahın bəndələri, bu Allah düşmənindən (yəni Şeytandan) özünüzü qoruyun.

 

 

İKİNCİ HEKAYƏT

 

AdƏmin GünahI tÖvbƏsi![3]

 

Allah yeri yaradaraq onu insanların sükunəti üçün hazır etdikdən sonra ilk növbədə Öz məxluqatı arasında Adəmi (yəni hazırkı nəslin ilk nümayəndəsini) xəlq edib seçdi. Ona behiştdə yer ayırdı, müxtəlif halal ən ləzzətli xörəkləri onun ixtiyarında qoydu.[4] Bütün bunlarla yanaşı Allah, Adəmə özünü İblisin hiylə düşmənçiliyindən qorumağı tapşırdı. Ulu Yaradan Adəmi imtahan etmək qəsdi ilə onun arvadınınfilanağacın yaxınlığına getməsməsini eləcə ondan bir şey yeməklərini tapşırdı. Lakin İblis (Şeytanların atası) onu aldatdı çünki İblis onlara paxıllıq edirdi. Axı Həzrət Adəm behiştdə həmişəlik qalaraq daim yaxşıların yanında olacaqdı. Beləliklə, Adəm (əleyhissalam) öz yəqinini Şeytanın şübhə vəsvəsələri nəticəsində əldən verərək möhkəm qərarını onun əsassız sözləri ilə mübadilə etdi![5] Behiştdəki xoşbəxt həyat şadlıq o gündən belə Adəm (əleyhissalam) üçün qorxu vəhşətə çevrildi. Amma mehriban Allah günahdan tövbə peşmanlıq zəminəsini ilk dəfə olaraq Adəmdə vücuda gətirdi Məhz bundan sonra Adəm Allahın bu nemətindən istifadə edərək mürtəkib olduğu günahdan tövbə qıldı.[6] Tövbəsindən sonra Allah Adəmi yerə göndərdi ki, öz gələcək nəsli ilə yer üzünü abad etsin. Beləliklə Xaliqi-Sübhan Adəmi öz höccəti kimi təyin etdi. Belə ki, bütün insanlar onun göstərdiyi doğru yolun səmtində hidayət yolunu tapsınlar Allah Adəmin ölümündən sonra da yer üzünü Höccətsiz qoymaz.

 

ÜÇÜNCÜ HEKAYƏT

 

İKi hƏdƏf xatirinƏ

Peyğəmbər (səlləllahu əleyhi alihi səlləm)-in vəfatından sonra möminlər ağası Həzrət Əli (əleyhissalam)-ın Peyğəmbərin haqlı xəlifə vəsisi olmasına baxmayaraq Əbu Bəkr xilafətə yetişdi. İki il 4 ay sonra dünyasını dəyişən Əbu Bəkrin yerinə Ömər ibni Xəttab əyləşdi. O da on bir il neçə aysa xilafət etdi;

Ömərdən sonra Osman xilafəti qəsb edərək təqribən on iki il hökmranlıq etdi Osmanın qətli 35-ci hicri qəməri ilinin axırlarında baş verdi. Bu zaman Hicaz camaatı Əli (əleyhissalam)-ın evinə sarı axışaraq o Həzrətlə beyət etdilər.

Həzrət Əli (əleyhissalam) 4-il 9 ay xilafət etdi. Həzrət qısa müddətin çox vaxtını Nakisinlər, Qasitinlər (Müaviyə onun tərəfdarları Mariqilərlə (Xəvariclə) müharibiyə sərf etdi.[7]

Məzlumlar ağası Həzrət Əli (əleyhissalam) bir söhbətində xilafət macərasını xatırlayarkən belə buyurur:

Osmandan sonra saysız-hesabsız adam mənim ardımca gəldilər. Onlar kaftarın yalları kimi (çox sıx) idilər.

Beləliklə hər tərəfdən məni əhatəyə aldılar, camaatın izdihamı o qədər sıx idi ki, hətta az qalmışdı gözümün işıqları Həsən Hüseyn (əleyhissalam)- onların ayaqları altında əzilsinlər. Camaatın təzyiqi sıxımı bədənimə zərər yetirdi.

Hər iki tərəfdən paltarım cırıldı. Onlar canavardan qorxmuş qoyunlar çobanın ətrafına yığışdığı kimi mənim ətrafıma toplaşdılar. Mən onları qəbul etdim. Lakin, çox çəkmədi ki, onlardan bir qrupu öz beyətlərini sındırdılar. (Təlhə, Zübeyr onların ardıcılları) bir hissəsi mənim fərmanıma itaət etməkdən boyun qaçırdılar. (Xəvaric) başqa bir hissəsi Müaviyənin ardınca düşdülər. Dünya sadəlikləri gözlərini qamaşdıraraq onları aldatdı![8]

Agah olun, and olsun Allaha, əgər hüccətin tamam etməsinə səbəb olan camaatın beyəti olmasaydı, (həmçinin),

Bu zaman İraq əhlindən bir nəfər yerindən qalxıb Əli (əleyhissalam)-a bir məktub uzatdı (bəziləri deyir guya o məktubda bəzi suallar yazılmışdı ki, Əli (əleyhissalam) onlara cavab versin). Əli (əleyhissalam) məktubu oxumağa başladı. O məktub oxuduğu vaxt Əli (əleyhissalam)-ın məclisini qaynar sükut bürümüşdü. Camaat Əli (əleyhissalam)-ın söhbətinin ardını gözləyirdilər. Bu zaman Abdullah ibni Abbas böyük İslam alimlərindən biri Əli (əleyhissalam)-ın öz sözünü kəsməsini hiss edib dedi. “ qədər gözəl olardı ki, öz söhbətinizi davam etdirəsiniz?!.”

İmam Əli (əleyhissalam) cavabında buyurdu:

Heyhat, ey ibni Abbas.

Bu böyük ürək yanğısı idi ki, alovlandı da söndü.”

İbni Abbas deyir: And olsun Allaha heç bir zaman bu danışıq kimi bir sözə heyfslənib qəmgin olmamışdım ki, pozanların İmam istədiyini bəyan etməsin qoymadı.[9]

Beləliklə Əli (əleyhissalam)-ın xilafət rəhbərlik məsuliyyətini qəbul etməkdə məqsədinin iki mövzu olmasını dərk etdik.

1-Zalımların zülmünün qarşısını almaq.

2-Məzlum müstəzəfləri (zəif) himayə etmək.

 

DÖRDÜNCÜ HEKAYƏT

 

Siyasi mÖvqe

İslam Peyğəmbərinin vəfatı, eləcə Bəni-Səqifə macərası ortaya çıxdıqdan sonra bəni Haşimlərdən bir qurpu hətta Peyğəmbərin əmisi Abbas onlarla olub. Əbu Süfyanla birlikdə Əli (əleyhissalam)-ın hüzuruna gələrək Həzrətdən Peyğəmbərin xəlifəsi adıyla ona beyət etmələrin xahiş edirlər.

Hətta Əbu Süfyan: “Əgər icazə versən piyada atlılardan təşkil olunmuş çoxlu qoşunla səndən himayət edərik!” deyə əlavə etdi.[10]

Əbu Süfyanın pis keçmişini olduqca yaxşı tanıyan Həzrət Əli (əleyhissalam)-ın onların cavabında buyurduğu sözNəhcül-bəlağənin beşinci xütbəsində qeyd olunubdur.

Əvvvəlcə buyurdu: “Ey camaat! Dağ cüssəli fitnə dalğalarını nicat gəmiləri ilə dağıdın. İxtilaf pərakəndəliyə son qoyun. Axırda belə buyurdu:

Yetişməmiş meyvəni dərmək şor, şumlanmış yerə toxum səpmək isə faydasız olar.”

İmam Əli (əleyhissalam) bu bəyanı ilə böyük inqilablarda şərait hazırlıqlara lazımınca olan diqqəti bildirdi. İşin müxtəlif anlarına varmaqla İsam üçün mühüm olan işlərin əncamına başlamaq lazımdır. Bu işdə şübhəli adamlara etiqad etmək olmaz.

 



[1] 1 192-ci xütbələr.

[2]Quranda səcdə fərmanı beş yerdə gəlibdir: “Bəqərə”, 34, “Əraf”, 11 “Kəhf”, 50, “Taha”, 116, “Əsra” 61. Bu səcdə, ibadət səcdəsi deyildi, çünki Allahın  Pak zatından  başqa digərinə görə ibadət səcdəsi etmək caiz deyildir. Əksinə bu, Allaha şükr səcdəsi olub böyük xilqət nemət olan Adəmin xatirinə idi.

[3]Nəhcül-Bəlağədən iqtibas, xütbə 1 91

[4]Baxmayaraq ki, bəziləri dastanda qeyd olunan behiştin yaxşı insanlara məxsus axirət behişti olmasına inanırlar, lakin behişt meyvə bitkilərlə zəngin dünyanın ən xoş ab-havalı yeri imiş. Belə ki, bu mətləb İmam Sadiq (əleyhissalam)-ın hədislərindən birində gəlibdir (“Nurus-səqəleyntəfsiri, 1-ci cild, səh.62). Deyilməmiş qalmasın: Yuxarıda qeyd olunan dastan QuranınBəqərəsurəsinin 35-dən 38-ə kimiƏrafsurəsinin 19-dan 22- kimi eləcə Tahasurəsinin 118-dən 123-ə kimi, nəcv ayələrində gəlmişdir.

[5]Həzrət Adəm (əleyhissalam)-ın günahı həminTərki-övla”- idi, başqa ibarətlə desək mütləq günah sayılmırdı, əksinə nisbi günah idi. Belə ki, Həzrət elə əziz böyük məqam sahibi olduğuna görə gərək məkruh tutmayaydı, çünki hətta məkruh belə onun üçün günah sayılırdı ki, bu da ismət məqamı ilə düz gəlmir. Adəmin behiştdəki sınağı onun yer üzünə gəlib xalqa rəhbərlik etmək ləyaqətini özündə hazırlaşdırmaqdan ötrü idi. Onun tövbəsi ilə bir növ təzkiyə ruhun paklanması idi ki, bu da Allah höccətlərindən bir nümunədir.

[6]Həzrət Adəm (əleyhissalam) zatı pak özü mömin idi. Aldandıqdan sonra özündə müstəsna bir xarakter daşıyırdı. Tez öz səhvini anlayıb tövbə etdi. Nəticədə Allah da onun tövbəsini qəbul etdi. Bununla bərabər yenə gözləmək lazımdır ki, şeytan insanı aldatmasın əgər aldatsa dərhal insan öz günahını tövbə ilə yumalıdır.

[7]Tətimmətül-müntəha”, 4-9-cu səhifələrdən iqtibas olunub.

[8]Bu mətləbNəhcül bəlağənin 67- 92-ci xütbələrində qeyd olunub.

[9]Nəhcül bəlağə”, xütbə 3

[10]Nəhcül-bəlağəninşərhi, (İbni Əbil-Hədid), 1-ci cild, səh. 218 221.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən ...
Miyanmar Şiələri həzrəti Əlinin (ə) Şəhadətinin ildönümün qeyd etdilər
Sionist-Təkfiri Terror Təşkilatı İşid-ə Beyət Etmiş qəbilə rəislərindən ...
Somalinin paytaxtında törədilən partlayış nəticəsində 9 nəfər ölüb
Əsgər analarına dəstək" İctimai Birliyi “Ərbəin - İkinci Aşura” adlı ...
İraqın Hit adası İŞİD'dən təmizləndi
ATA VƏ ANAMIZ ADƏM VƏ HƏVVA
Özlərini “İslam Əskəri” kimi qələmə verәn sələfilərin növbəti cinayəti
İraq Hizbullahının Əl Ənbar əmıliyyatı, ABŞ “Ləbbeyk Ya Hüseyn” ...
Yeni Naliyyət: Ordumuz “Odundağ” yüksəkliyini erməni işğalçılarından geri ...

 
user comment