Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İraq Milli Ordusu və Könüllü Dəstələrdən ibarət Hərbi Briqadalar xarici və daxili terrorçu dəstələrin əlinə düşmüş Əl Ənbar əyalətini geri almaq üçün geniş əməliyyata başlayıb. Bu arada isə, Amerika Birləşmiş Ştatları İraq Şiə Hizbullahçıları tərəfindən qeyd olunan əməliyyata “Ləbbeyk Ya Hüsüeyn!” rəmzinin verilməsinə kəskin etirazını (!) bildirib.
Xalq Kütləsindən ibarət Könüllü Dəstələr (Əl Həşədul Şəbiyy) bu haqda açıqlama verərək bildirib: “Səlahuddin və Əl Ənbar məntəqələrinin şimal bölgələrini azad etmək üçün “Ləbbeyk Ya Hüseyn!” rəmzi ilə genişmiqyaslı hərbi əməliyyatlara başlamıışıq. Bu əməliyyatla Səlahuddin əyaləti tam sürətdə düşmən qüvvələrindən geri alınaraq təmizlənəcək.”
Könüllü Dəstələrdən ibarət heyətin sözçüsü Əhməd Əsədi bu haqda bildirib: “Ötən gün, Çaharşənbə Axşamı “Ləbbeyk Ya Hüseyn!” rəmzi ilə başlanan əməliyyatda İraq Təhlükəsizlik Qüvvələri ilə Könüllü Dəstələri Rimadi şəhərini üç bölgədən mühasirəyə ala bilib. Artıq başlanan əməliyyatlarda Rimadi şəhərinin Həsibə məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.”
O, daha sonra deyib: “Ləbbeyk Ya Hüseyn!” rəmzi ilə başlanan əməliyyatda Səlahuddin əyalətindən 4000 Könüllü iştirak edir. Və bunu da qeyd etməliyik ki, “Ləbbeyk Ya Hüseyn!” əməliyyatı “Ləbbeyk Ya Rəsulləllah!” əməliyyatının davamı olaraq, ötən əməliyyat (“Ləbbeyk Ya Rəsulləllah!”) zamanı düşmən əlindən təmizlənməyən Səlahuddin və Əl Ənbar əyalətlərinin bəzi şimal bölgələrini təmizləyəcək.”
Əldə etdiyimiz məlumata görə, hazırda Rimadi şəhəri uğrunda qızğın döyüşlər gedir. İraq Hizbullah qüvvələri artıq İŞİD adlı terror qruplaşmasının Rimadi şəhəri ilə olan əlaqə yollarını bir-bir kəsərək irəliləyirlər.”
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları isə, adı gedən döyüşlərdə İraq Şiələrinin aktivliyindən nigərançılıq keçirtdikərini biruzə veriblər.
Pentaqonun spikeri Stiv Varn bu haqda açıqlama verərək bildirib: “Çarşənbə Axşamı başlanan əməliyyata qoyulan rəmz düzgün deyildir (!) və bu müvəffəqiyyətsiz bir əməliyyat olacaqdır (!).”
İraq Könüllü Dəstələrin sözçüsü isə, bu nhaqda danışdığı mətbuat konfranslarının birində belə bildirib: “Əl Ənbar əməliyyatı çox da uzun çəkməyəcək. Biz sözü gedən əməliyyatda müasir tipli silahlardan istifadə edərək düşməni (admin: ABŞ və onun ardıcıllarını) təcübləndirəcəyik.”
Xatırladaq ki, İraq Hizbullahı İran İslam Respublikasının İslam
source : abna