Beynəlxalq şöbə: Qurani-Kərimin səhifələrini cırıb.Sonra da Quranın cırılmasından bir saatlıq video yazı hazırlayıb web tv saytında yerləşdirən İstrazburq sakini olan fransalı, ictimaiyyəti zorakılıq və irqçiliyə dəvət etdiyi üçün məhkəməyə çağrılıb.
İQNA Quran xəbər agentliyinin AFP Fransa rəsmi agentliyinə istinadən məlumat verir ki, İstrazburq şəhər məhkməsi bəyanat yayaraq bu 30 yaşlı fransalının yaxın günlərdə izahat verməsi məqsədi ilə məhkəməyə çağırılacağını bildirib.
Bəyanatda bildirilir ki, Fransalı şəxs bəşəriyyətə zid hərəkət etmək, digər dinləri təhqir etmək , ictimai rəyə təsir göstərmək və insanları irqçiliyə təhrik etdiyinə görə məhkməyə çağırılıb izahat verəcək.
Qərb ölkələrində söz və fikir azadlığı adıyla Qurani-Kərimə hörmətsizlik davam edir. İstrazburqda yaşayan bu fransalı Qurani-Kərimin səhifələrini cırıb onu videoya çəkərək web tv saytında yerləşdirib.
İstrazburq məscidinin nümayəndəsi Əbdüləziz Şəkəri Qurana hörmətsizlik edən şəxsdən məhəməyə şikayət edib. “Əgər bu cür hərəkətlərin qarşısında sükut etsək bu kimi şəxslərə müxtəlif dinləri təhqir etməyə şərait yaradarıq”, -deyə Şəkəri deyib.
source : www.iqna.ir