Dünən İrəvanda Ermənistan prezidentinin iqamətgahı yanında bir qrupp yezidi kürd aksiya keçirib. Onlar Ermənistanda müsəlman kürdlərin dialektində dərc olunmuş kitabları yezdi kürdlərin təhsilinə mane olub və milli haqlarının pozulmasın demişlər.
|
Əhli Beyt -ABNA- xəbər agentliyi xəbər verir: Armenia Today-a istinadən məlumat verir. Yezidilər prezident Serj Sarkisyana şikayət məktubu gətiriblər. Onlar Ermənistanda müsəlman kürdlərin olmadığı halda təhsil nazirliyinin kürd dilində dərslik çap etməsinə etirazını bildiriblər. Yezidilərin sözlərinə görə, müsəlman kürdlərin dialektində dərc olunmuş kitablar onların təhsilinə mane olur və milli haqlarını pozur.
Yezidlər Ermənistan parlamentində öz nümayəndələrinin olmasını da tələb ediblər. Onlar bildiriblər ki, rəsmi məlumatlara görə Ermənistanda yezidi kürdlərin sayı təxminən 60 mindir, lakin real rəqəm rəsmi rəqəmdən daha yüksəkdir: «Bizə deyirlər ki, maraqlarımız müdafiə olunur, lakin bu belə deyil. Bizim öz deputatımız olsaydı, o problemlərimizi qaldırardı».
Aksiya iştirakçıları bildiriblər ki, Serj Sarkisyanın onların məktubuna cavabını gözləyəcəklər. Əgər tələblərinə baxılmasa yezidi kürdlər irimiqyaslı etiraz aksiyalarına başlamağa söz veriblər.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.
source : www.abna.ir