Gəncədə Quran müəllimi və onun qardaşı həbs edilib.
|
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:
Bildiyiniz kimi Azərbaycan respublikasında uzun illərdən bəri davam edən İSLAMOFOBİYA TUFANI son zamanlar dahada güclənməkdədir. Belə ki, dünəndən etibarək Gəncə şəhərinin polisləri daha bir özbaşnalıq edərək bir dindarı məlum olmayana səbəbə görə saxlayıblar.
Bu barədə Gəncə sakinləri məlumat verib.
Onların bildirdiyinə görə, Quran müəllimi və qardaşı Məşhədi Mübariz dünən axşam saatlarından etibarən polis tərəfindən evindən idarəyə aparılıb.
Hələ ki, onun həbsinin səbəbləri polis tərəfindən açıqlanmayıb.
source : www.abna.ir