Beynəlxalq şöbə: Məhərrəm ayı münasibəti ilə noyabr ayının 22-dən -30-dək İstanbulda “Aşura” mövzusunda fotosərgi təşkil olunacaq.
İQNA Quran agentliyi “İstanbul Zeynəbiyyə məscidi” saytına istinadən məlumat verir ki, sərgi Türkiyə Cəfəriləri (CAFERİDER) dərnəyinin təşəbbüsü və İstanbul bələdiyyəsinin dəstəyi ilə İstanbulun Asiya hissəsində yerləşən Bülent Ecevit mədəniyyət mərkəzində təşkil olunacaq. Sərgi həmçinin dekabrın əvvəlindən 15-dək İstanbulun Avropa hissəsində yerləşən “Cem Karaca” mədəniyyət mərkəzində təşkil olunacaq.
Qeyd edək ki, İstanbul Türkiyənin ən böyük şəhərlərindəndir. Bu şəhər Bosfor boğazında yerləşir. Bosfor Boğazı Asiya və Avropa qitələrini bir-birindən ayırır. İstanbul yeganə şəhərdir ki, iki qitədə yerləşir.
source : www.iqna.ir