Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

BƏƏ-də nadir Qurani Kərimin toplusu olan kitabxana fəaliyyətə başlayıb

Beynəlxalq şöbə: Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə “Şeyx Zaid” məscidində 500 il tarixi olan nadir Qurani Kərim toplusu olan kitabxana fəaliyyətə başlayıb.

İQNA Quran agentliyi “Əl-İmarat əl-Yövm” saytına istinadən məlumat verir ki, Şeyx Zaid məscidinin idari şurasının sədri Əli bin Təmim bildirib ki, bu kitabxanada saxlanılan Quranların tarixi 500 ildən çoxdur. Buradakı Quranlar 1537 –dən 1857-ci ilə kimi Avropada çap olunublar.

Təmin əlavə edib ki, bu islami kitabxanada nadir əlyazmalar, tapılmayan kitablar və dəyərli sənədlər saxlanılır. Kitabxanada dünyanın 12 dilinə elmi və mədəni mövzularda 3000 –dən çox kitab mövcuddur, -deyə Təmim deyib.

Təmimin sözlərinə görə, bu kitabxana Şeyx Zaid məscidinin şimal tərəfində yerləşən minarəsinin üçüncü mərtəbəsində yerləşir. Onun sözlərinə görə, ilk dəfədir ki, məscid minarəsində kitabxana istifadəyə verilir.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək
İngiltərəlilər Londonun Səudiyyə rejiminə dəstəyini məhkum etdilər

 
user comment