Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR

İraq sakini Nacih Şakir əl-Bəldavi öz həyatını qurban verərək onlarla sakinin həyatını xilas edib. Məlumata əsasən, gənc oğlan terrorçunun üzərində "canlı-bomba" kəmərini gördükdən sonra, sözün əsl mənasında terrorçunu qucaqlayıb. Hadisə İraqın Bələd şəhərində yerləşən məscidin yaxınlığında b
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR

İraq sakini Nacih Şakir əl-Bəldavi öz həyatını qurban verərək onlarla sakinin həyatını xilas edib.

Məlumata əsasən, gənc oğlan terrorçunun üzərində "canlı-bomba" kəmərini gördükdən sonra, sözün əsl mənasında terrorçunu qucaqlayıb. Hadisə İraqın Bələd şəhərində yerləşən məscidin yaxınlığında baş verib.

Bildirilir ki, məhz fədakar sakinin bu addımı nəticəsində kamikadze hərəmə daxil ola bilməyib, əks təqdirdə dünyasını dəyişən dinc sakinlərin sayı daha da çox ola bilərdi.

Xatırladaq ki, Bağdaddan 45 mil şimalda yerləşən məsciddə baş vermiş terror aktı nəticəsində azı 40 nəfər həyatını itirib, 74 nəfər isə yaralanıb.

Terror aktı eyni anda 5 kamikadze tərəfindən törədilib. Hadisənin məsuliyətini İŞİD terror təşkilatı öz üzərinə götürüb.


source : abna24
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək
İngiltərəlilər Londonun Səudiyyə rejiminə dəstəyini məhkum etdilər

 
user comment