Beynəlxalq şöbə: "Azərbaycan xalqını Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm və həmvətənlərimə firavanlıq, mənəvi saflaşma, sülh və tərəqqi arzu edirəm", - Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycan xalqınına təbrik məktubunda deyilir.
İQNA Quran agentliyi Trend agentliyinə istinadən məlumat verir ki, QMİ-nin cümə günü yaydığı məktubda deyilir: "Bu bayram islamın müqəddəs Həcc ziyarətini yekunlaşdırır. O, bizə bir daha islamın ədalət, mərhəmət, yaxınların qayğısını çəkmək kimi mənəvi dəyərlərinin keçici olmadığını xatırladır. Bütün dövrlərdə bu dəyərlər sülhə və çiçəklənməyə xidmət ediblər".
Şeyxülislam qeyd edib ki, Qurban bayramı islam dinin mərhəmət, rəhm, Vətənə məhəbbət kimi əxlaqi keyfiyyətlərini təcəssüm etdirir.
"Məhz bu bayram bizə doğmaların dərdinə şərik olmağa, mənəvi saflığı qoruyub saxlamağa və imanımızı kamilləşdirməyə kömək edir", - məktubda bildirilir.
Dini lider müsəlmanlara firavanlıq, mənəvi saflaşma, sülh və tərəqqi arzu edib.
source : www.iqna.ir