Beynəlxalq şöbə: “Təkallahlılığın tarixi kökləri” mövzusunda dəyirmi masa noyabrın 14-də Parisdə keçiriləcək.
İQNA Quran agentliyi “fraternite-dabraham” saytına istinadən məlumat verir ki, bu dəyirmi masanı “İbrahimi qardaşlar” birliyi təşkil edir. Dəyirmi masa noyabrın 14-də saat 14-18:45-dək Paris şəhərində təşkil olunacaq.
Dəyirmi masada Fransa məsihilərinin nümayəndəsi Tumas Rumer, Parisin Sorben Universitetinin müəllimi Miril Həds Lebl və Paris böyük məscidinin rəisi Dəlil Bubəkr iştirak edəcəklər. Dəyirmi masada təkallahlığın tarixi və əhali arasında tək allahlılıq mövzusunda müzakirələr aparılacaq.
“İbrahimi qardaşlar” birliyi məlumat yayaraq dəyirmi masada iştirak etmək üçün hamını dəvət edib.
source : www.iqna.ir