Beynəlxalq şöbə: həzrət İmam Hüseyn (ə) hərəmində müxtəlif Ərəb ölkələrindən olan uşaqlar üçün təşkil olunmuş “Kəsa” hədisinin əzbər oxuma yarışması sona çatıb. Bu yarışma noyabr ayının 10-dan 13-nə kimi keçirilib.
İQNA Quran agentliyi “Nun” saytına istinadən məlumat verir ki, İmam Hüseyn (ə) hərəminin idarətetmə işləri üzrə direktoru Səduddin Əl-Bəna bildirib ki, bu yarışmalarda 1000 nəfər uşaq İraq, Səudiyyə Ərəbistan, Oman və Bəhreyndən iştirak edib.
O bildirib ki, yarışlar İmam Hüseyn (ə) “Xatəmul-Ənbiya” salonunda keçirilib, iştirakçı uşaqlar üç gün müddətində şifahi və kətbi formada yarışıblar.
O əlavə edib ki, hazırda dünyanın müxtəlif ölkələrində Qurani Kərim yarışması təşkil olunur, lakin təssüflər olsun ki, Əhli-Beyt (ə) hədisləri, Fatimə Zəhra (s) xütbələrinin əzbər oxuması və İmam Hüseyn (ə) xütbələrinin əzbər oxuma yarışları təşkil olunmur.
Qeyd edək ki, “Kəsa” hədisi çox məşhur hədisdir, bu hədis beş Al-e Əba hədisi kimi də tanınır.Hədisin məzmunu belədir ki, bir gün həzrət Peyğəmbər (s) , həzrət Əli (ə), həzrət Fatimə (s) , İmam Hüseyn və İmam Həsən (ə) həzrət Fatimə (s) evində olarkən Peyğəmbər özünün və digər 4 nəfərin başına əba atdı və belə dua etdi: Ya Rəbb bunlar mənim əhli-beytimdir onlardan hər bir pisliyi uzaqlaşdır və onlara pak və mütəhhər et”, daha sonra həzrət Cəbrail yerə endi və Əhzab surəsinin 33 –cü ayəsini «انما يريد الله ليذهب عنكم الرجس اهل البيت و يطهركم تطهيرا» nazil etdi.
source : www.iqna.ir