Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
Məlumata görə, bu gün saat 11:00-a təyin olunan məhkəmə, əvvəlcə 14:30-a təxirə salınıb. Daha sonra 14:30-da isə keçən dəfə şahid qismində gələn bandotdel əməliyyatçısı Elman Bayramov bu günki məhkəmə prosesinə qatılmayıb. Hakim isə, vəkillərdən birinin gəlməməsini bəhanə edərək məhkəməni 15 may, saat 11:00-a təxirə salındığını elan edib.
Qeyd edək ki, 2015-ci il noyabr ayında Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı "Müsəlman Birliyi" adlı təşkilatın rəhbəri Taleh Bağırov, dəstənin 17 nəfərlik üzvü saxlanılıb.
Daha sonra "Nardaran işi-3" məhkəmə prosesində rejim tərəfindən vətənə xəyanət və digər maddələrlə ŞƏRLƏNDİRİLƏN Şiə Ruhanisi Quran Hafizi Höccətül İslam Hacı Zülfüqar Mikayılov, Höccətül İslam Hacı Elman Ağayev, Höccətül İslam Ramil Seyfullayev, Höccətül İslam Ruzi İsmayılov, Şiə aktivistləri Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Mübariz İbrahimov və Cabir Əliyev barələrində də həbs qətimkan tədbiri seçilib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır