Beynəlxalq şöbə: Cari ilin Həcc ziyarətində olan radio jurnalistləri və aparıcılarının üçüncü beynəlxalq konfransı noyabrın 14-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilib.
İQNA Quran agentliyi Səudiyyə Ərəbistanın “Vas” agentliyinə istinadən məlumat verir ki, konfransda Səudiyyə Ərəbistanın mədəniyyət və rabitə naziri “Əbdül-Əziz bin Muhyid-din Xocə” və cari ilin həcc ziyarətini işıqlandırmaq üçün həccə gəlmiş radio journalist və aparıcıları iştirak ediblər.
Ərəbistanın mədəniyyət və rabitə nazirliyinin radio məsələləri üzrə nazir müavini İbrahim bin Əhməd Əl-Səqub çıxış edərək radio aparıcılarının həcc ziyarəti ilə bağlı xəbərləri yayımlamağa göstərdikləri səylərə görə təşəkkür edib.
Sonra Muhyid-Din Xocə çıxış edib və deyib ki, həcc mövsumundə xəbər çatdırma işinin üstünlükləri və özünə məxsus özəllikləri var. Ona görə ki, islami şəriətin əsaslarından biri haqda xəbər yayımlayırlar və KİV mənsubları islamda vacib olan bu əməlin bəşəriyyət mədəniyyətinin inkişafında rolunu açıqlamalıdırlar.
O əlavə edib ki, bu konfransın keçirilməsi bu fürsəti yaradır ki, radio aparıcıları Həcc əməlləri haqda xəbər yayımlama sahəsində öz təcrübələrini bölüşsünlər.
source : www.iqna.ir