Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İraqın Nəcəf şəhərində həzrət İmam Əli (ə) əlyazması olan Quran sərgisilənəcək

Beynəlxalq şöbə: Həzrtə İmam Əli (ə) əlyazması olan Quran nüsxələri Nəcəf şəhərində ilkdəfə təşkil olunacaq əlyazma Qurani Kərim sərgisində nümayiş etdiriləcək. Sərgi noyabrın 27-dən dekabrın 4-dək təşkil olunacaq.

İQNA Quran agentliyi “Əl-Nəcəf-Əl – Yovm” qəzetinə istinadən məlumat verir ki, sərgi həzrət İmam Əli (ə) müqəddəs hərəminin təşəbbüsü ilə hərəmin şimalında yerləşən “İmran bin Şahin” məscidində təşkil olunacaq. Sərgidə həzrət İmam Əli (ə) əlyazması güman edilən əlyazma Quran və Abbasilər dövrünün Quran xəttatı “Yaqut Əl-Mustəsəmi”-nin əlyazması olan Quran sərgilənəcək.

Həzrət İmam Əli (ə) hərəminin mədəniyyət işləri üzrə rəhbəri Əli Cihad Əl-Hisani deyib ki, bu ilk dəfərdir ki, İraqda əlyazma Quran sərgisi Nəcəf şəhərində təşkil olunur.

O əlavə edib ki, sərgidə göstəriləcək əlyazma Qurani Kərim nüsxələri misilsiz və nadir tapıntı əlyazmalardır. Quranlar Kufi əlyazma xətti və digər Ərəb xətt növləri ilə yazılıblar.

Əl-Hisani deyib ki, İmam Əli (ə) hərəmi cari ilin əvvəlindən əlyazma kitabların və digər kitabların saxlanılması və bərpa olunması məqsədi ilə mərkəz təsis edib. Bu növ mərkəzin də fəaliyyət göstərməsi İraqda ilkdəfə İmam Əli (ə) hərəmində təsis olunub.

Onun sözlərinə görə, sərgidə həmçinin İmam Həsən (ə), İmam Zeynəl-Abidin (ə)-ın yazdığı əlyazma Qurani Kərimlərdə sərgilənəcək. O əlavə edib ki, İmam Əli (ə) hərəmində saxlanılan əsərlər, kitablar və əlyazma Quranlar hicri qəməri tarixi ilə I – XIV əsrlərə aiddir.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü

 
user comment