Azəri
Friday 19th of July 2024
0
نفر 0

Fransanı Epinay-sur-Seine şəhər müsəlmanları şəhər məscidinin açılmasını tələb edib

Beynəlxalq şöbə: Fransanın Epinay-sur-Seine şəhər müsəlmanları ötən gün mitinq edərək bu şəhərin məscidnin açılmasını tələb ediblər.

İQNA Quran agentliyi AFP xəbər agentliyinə istinadən məlumat verir ki, Epinay-sur-Seine şəhərinin yüzlərlə müsəlman vətəndaşları ötən gün etiraz mitinqi təşkil ediblər. Mitinq iştirakçıları bir ay öncə bağlanmış şəhər məscidinin açılmasını və onun idarə olunmasının İslami Birliyin (UAM ) ixtiyarına verilməsini tələb ediblər.

Epinay şəhər İslami Birliyinin baş katibi Həmzə Bu Əziz APF agentliyinə müsahibəsində deyib ki, Epinay-sur-Seine şəhərinin müsəlmanları şəhər məscidini özləri idarə etmək istəyirlər və bu məscidin rəhbərliyini Parisin Böyük məscidinə verilməsi qəbul olunmazdır.

O əlavə edib ki, biz şəhər başçılığı ilə bu məsələni müzakirə etməliydik, lakin şəhər başçılığı bizdən xəbərsiz məscidin rəhbərliyinin Paris Böyük məscidinə verib. “Biz istəyirik hökumət 1905-ci il qanuna (dövlət və kilsənin bir-birindən ayrı olmasına dair qanuna ) əməl etsin. Bu şəhər müsəlmanları qanunlarla tanışdır və Fransa dövlət məktəblərində təhsil alıblar.

Epinay-sur-Seine şəhər məscidi bir ay öncə şəhər icra hakimiyyəti və İslami Birlik arasında yaranmış ixtilafa görə bağlanıb.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment