Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Azərbaycanın bir çox nüfuzlu ruhaniləri ölkədə hicaba qoyulan qadağanı müzakirə ediblər.

Beynəlxalq şöbə:Bu gün ölkənin bir çox nüfuzlu ruhanilərinin iştirakı ilə Media Mərkəzində dəyirmi masa keçirilib. İslam Maarifi Elmi Tədqiqat Mərkəzi tərəfindən təşkil edilən tədbirdə ölkədə orta məktəblərdə hicaba qoyulan qadağa müzakirə edilib.

İQNA Quran agentliyinin İslam-Azeri.Az İnternet qəzetinə istinadən verdiyi xəbərə görə,Tədbirdə ilk olaraq Hacı İlham cıxış edib. Ölkədəki hicab qadağasının artıq inanclıları təngə gətirdiyini deyən ilahiyyatçı alim Hacı İlham deyib: “Bura bizi toplaşmağa sövq edən çox təəssüf ki, kədərləndirici bir problemdir. Bu çox acınacaqlı bir vəziyyətdir. Ölkəmizdə hicaba qarşı atılan pillə-pillə addımlar artıq təhsildə özünü göstərir. İslamdan anlayışı olmayanlar hicabın vacib olub-olmamasını müzakirə edirlər. Bunu birdəfəlik bilməlidirlər ki, bizim belə şərhlərə ehtiyacımız yoxdur. Bizim öz alimlərimiz kifayət qədər bu barədə açıqlama veriblər.”

 

Daha sonra Hacı Əliyə söz verilib. O, öz çiıxışında hicab barədə Quranda buyurulmuş ayələri oxuyaraq Quranın bu mübarək ayələrini təfsir edib. Daha sonra Hacı Əli sözlərini belə davam edib: “Bura minbər məclisi deyil və biz müəyyən qədər konkret nüanslara toxunmalıyıq. Ona görə də mən əsasən medianin bu məsələ ilə bağlı sərgilədiyi mövqedən danışmaq istəyirəm. Mediada keçmiş komsomolçuların muasirlərini xatırladan ozünü ziyalı adlandıranlar hətta Quran ayələrini təhrif etməkdən belə çəkinmirlər. Bununla yanaşı onlar özərini müsəlman adlandırırlar. Allah taala bizə açıq aydın bəyan etdiyi ayələri onlar bəyənməyib, düzəlişlər etməyə cəhd edirlər. Biz Allahın əmrlərini yaxşı qavramaqla yanaşı bu insanların təhriflərinin əslində nəyə xidmət etdiyini yaxşı bilirik və biz öz haqq mübarizəmizdə sonuna qədər qalacağıq”.

 

Masallının nüfuzlu ruhanisi Hacı Sərdar da hicab qadağasını sərt tənqid edərək deyib: “Bizim burada toplaşaraq öz fikirlərimizi bildirməyimizə imkan verən konstitutsiya eyni zamanda haqqında danışdığımız hicabın da azadlığına təminat verir. Bu müstəqil dövlətimizin konstitusiyasıdır. Düzdür ki, ötən əsrin əvvəllərində milli-mənəvi dəyərlərimizə qarşı represiyalar olmuşdur. Amma müstəqillik əldə etdikdən sonra biz dinimizi rahat yaşamaq üçün imkan əldə etmişik. Təəssüflər olsun ki, son illərdə həmin repressiyalar yenidən duyulmaqdadır. Məscid, azan, hicab kimi dini atributlara eybəcər təcavüzlər vüsət almağa başlayıb. Bu işlərin arxasındakı qüvvələr xalqın diqqətini həll edə bilmədikdə Qarabağ, təhsilin aşağı səviyyəsi, rüşvətxorluq kimi problemlərdən yayındırmaq üçün belə işlərə əl atırlar. Biz ölkə rəhbərlinin ağıllı olmasını və hiylələrə uymayaraq xalq ilə öz arasında yaranacaq uçurumun yaxşı nəticələr verməyəcəyini başa düşməsini arzu edirik”.

 

Gəncənin nufuzlu ruhanisi Hacı Fəxri də hicab qadağasının artıq insanların heysiyyatı ilə oynamaq adlandıraraq deyib: “Bizim axirətimizin qarşısında duranların, dünyalarının qarşısında duracağıq”.

 

Qeyd edək ki, bu tədbirdə bütün ruhanilər hicab qadağasının tezliklə aradan qaldırılmasını, əks təqdirdə sona qədər dirənəcəklərini bir mənalı olaraq açqılayıblar.

 

Daha sonra bəyanat media təmsilçilərinə təqdim edilib.

 

Dəyirmi masa iştirakçılarının

 

BƏYANATı

 

Əziz həm vətənlərimiz, Azərbaycan xalqının inanclı insanları, bacı və qardaşlar.

Bu gün müsəlmanlar və müqəddəs Qurani-Kərim, dinimiz islamı, düşmənlərinin bəşəriyyəti sürətlə məhvə doğru aparmaq istəyən sionist ideoloqların hədəfinə çevrilmişdir. Dinimizə qarşı mübarizədə ayrı-ayrı ölkələrə, xalqlara müxtəlif istiqamətlərdən zərbələr endirilir, təcavüz və işğallar həyata keçirilir, soyqırımlar aparılır, insanların mənəviyyatını pozucu vasitələrlə aşındırmağa çalışırlar.

 

Ölkəmizdə dini atributlara qadağalar - azana, məscidlərə, dini kitablara, alimlərimizə qarşı atılan addımlar, dini etiqad azadlığı haqqındaki qanuna dəyişikliklər göstərir ki, plkəmiz İslam düşməni sayılan dünya sionizminin növbəti hədəfinə çevrilmişdir. Allahsız sovet rejimindən də irəli gedərək müsəlman ölkələrdə fitnə-fəsad yayanlar elə həmin ateist \"qoçülarından\" istifadə edərək indi də Allahın əmri ilə və Qurani-Kərimin \"Nur\" surəsinin 31-ci ayəsində deyildiyi kimi müsəlman xanım üçün vacib buyrulmuş, baş örtüyü hicaba qadağalar qoyulur. Bu gen hicablı balalarımızın, siniflərə buraxılmamasını, təhsildən süni şəkildə uzaqlaşdırılmasını xalqımızın faciəsi kimi qiymətləndiririk. Hamıya yaxşı bəllidir ki, bu gün təhsildə, məktəblərdə xoşa gəlmiyən hallar baş verir. Mənəviyyatsızlıq televiziyalar və digər elektron informasiya vasitələri ilə ailələrə, ordan da məktəblərə yol tapır. Təhsildə adi hal alan rüşvətxorluq, ələ-baxımlılıq, şagird və müəllimlər arasında ətrafdakılarda şəhvani hisslər yaradan hallar da buna əlavə stimul verir. Məhz hicablı xanımlar bu kimi fitnə-fəsadların şagirdlər arasında yayılmasına böyük məneədir. Çünki nəzərimizcə hər bir valideyn övladını mənəviyyatsız, bədbəxt deyi, savadlı görmək istiyir. Hicab geyinməklik isə həm də bu fitnələrdən xilas olmaq üçün ən mühüm amil kimi valideynlərin övladlarına məsləhəti və təminatıdır.

 

Xalqımızın gələcək övladlarına daha məsuliyyətli, özünü pisliklərdən, fitnə-fəsadlardan qoruyan, iffətli analar arzusunda olmayanlar, hicaba yasaq barədə addımlarını geri atmalıdırlar. Əks halda xalqımızı onun pak gələcəyinə xain mövqedə dayananlar yalnız müsəlman Azərbaycan xalqının qənimi kimi qiymətləndirilməli və xalqımızın düşmənlərinə qarşı düşmən mövqe sərgilənməlidir.

 

Bu gün ölkəmizin müsəlman balalarının-xanımların kütləvi şəkildə hicab geyinməmələrinin bir səbəbi dini marifləndirmənin qarşısının alınması, müxtəlif qanunlar qəbul etməklə islam alimlərinin azad fəaliyyətinə maneə yaradılmasıdırsa, digər səbəb İslam düşmənlərinin ölkəmizdə xəbis niyyətlərə ölçülmüş hiyləgər addımların mahiyyətindən xəbərsizlikdir. Biz xalqımızın həyatına nüfuz edən bu xəbis əllərin kəsilməsini tələb edir, dinimizi azad görmək istəyirik.


source : www.iqna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı

 
user comment