Beynəlxaql şöbə: İslam Konfransı Təşkilatının baş katibi BMT Təhlükəsizlik Şurasına daimi üzv ölkələrin xarici işlər nazirlərinə məktub yazaraq Məscidul-Əqsanın vəziyyəti ilə bağlı öz narahatçılığını və xəbərdarlıq bildirib.
İQNA Quran agentliyi “OIC”-ın rəsmi saytına istinadən məlumat verir ki, İKT baş takibi İkmaləddin İhsanoğlunun BMT TŞ daimi üzv ölkələrin XİN rəhbərlərinə ünvanladığı məktubda bu ölkələrin Məscidul-Əqsa məscidinin üzləşdiyi təhlükəyə diqqət etməyə çağrıb və deyib ki, İKT işğalçı sionist rejimini burada baş verən bütün hadisələrdə rolu olduğunu düşünür.
İKT baş katibi sionist rejiminin işğalçılıq siyasətinin dayandırılmasını və islami xeyriyyə qurumlarının məscidin qorunması üçün layihələr həyata keçirməsi üçün şəraitin yaradılmasını istəyib.
İhsanoğlu həmçinin YUNESKO-nun baş katibinə məktub yazıb və məktub Məscidul-Əqsanın təhlükəsizlik vəziyyətinin dəyərləndirilməsi üçün İKT üzv ölkələrin və dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin iştirakı il beynəlxalq komitənin yaradılmasının zəruriliyindən danışıb.
source : www.iqna.ir