İnsanda təbii cəhətdən kamillikləri özünə aid etmək istəyir var. Çox vaxt isə insan tamam puç şeyləri kamillik kimi başa düşür. Özündə bir kamal görəndə heyvani təkəbbür meydan sulayır: Mənim malım, mənim vəzifəm, mənim evim, mənim maşınım, mənim elmim, mənim telefonum, mənim.....Çünki bu insan özünü bütün işlərin başında görür. Bu sayaq mənəm-mənəmlik ruhiyyəsi bütün insanların daxilində gizli şəkildə var.
Qur’an bu ruhiyyəni təhlil edir: Musa (ə)-ın dövründə öz böyük var-dövlətindən sevinən tanınmış varlı Qarun deyirdi ki, mən bu var-dövləti öz elmimlə qazanmışam. («Qəsəs» 78). Bel bir ruhiyyə Allaha iman gətirməmiş insanlara aiddir. Onlar Allahı kamilliklərin mən’şəsi bilmirlər. Danışarkən daim «mən» və «biz» deyirlər. Allahı bütün ne’mətlərin sahibi bilən insan başqalarının yanında özünü sadə və təvazökar aparır. «Mən» sözünü dilinə gətirmir, öz üstünlüklərini gözə çəkmir, özünü başqalarından üstün tutmur.
Peyğəmbər (s) təvazö və sadəlik nümunəsidir. Çünki o ilahi kamilliklərin ifadəsidir və bütün insani dəfərlər onun şəxsiyyətində təcəssüm olunmuşdur. «Öz təvazö qanadını daim yaxınlarının ayağı altına at» («Şüəra» 215). O, özünü başqalarından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi. Bütün təbəqədən olan Allah bəndələri ilə təvazö ilə keçinərdi. Allah qarşısında da sadəliyi Allahın razılığı üçün idi. «Allahın razılığı üçün qullar kimi təmtəraqsız oturar və yemək yeyərdi». «Alçaqda əyləşər və oradada yatardı» («Bəhar» 16-cı cild). «Onun üçün hazırlaşmış oturacaq və yatağa eyb tutmazdı. Nə döşəsəydilər, onun üzərində yatardı. Əgər bir şey döşənməsəydi də torpaq üstünda yatardı» («Bəhar» 16-cı cild). «Təkyələnmiş halda yemək yeməzdi». «Libasını və ayaqqabısını özü tə’mir edər, ev işlərinə köməklik göstərərdi». «Yəhərsiz ulağa minər, tərkinə də adam mindirərdi» («Bəhar» 16-cı cild). Yoldan keçənlərə, hətta uşaqlara salam vermək adəti idi. Salam verməkdə kimsə onu qabaqlaya bilməzdi. «Quru yerdə qullarla yemək yemək, əli ilə qoyun sağmaq, bərk pambıq parçadan libas geymək, uşaqlara salam vermək onun qaydası idi». («Bəhar» 16-cı cild).
Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. Məgər bizim əksərimizdə belə eyblər yoxdurmu?! Müəyyən ictimai mövqeyə malik olan bir çoxları uyğun işləri özləri üçün eyb bilmirmi?! Çoxumuz özümüzdən maddi baxımdan aşağıda dayananlarla ünsiyyətdən sıxılmırmı?! Bütün bunlar heyvani hisslərə əyilmək deyilmi?! Peyğəmbər (s) kimi yer üzünün kamil bir insanı müxtəlif səviyyəli insanlarla sadədir. Zahirdən xoş tə’sir bağışlamayan bu ünsiyyətlər səbəbindən xalq kütlələri onun ətrafına yığışır. Bu hər zaman, hamıya nümunə olası səciyyələrdir və hamını da özünə cəlb edir.
RəSULULLAH (S) Və XALQLA YAXINLIQ
Peyğəmbərlər arasında həzrətin yolu daha da aydındır. O, xalq arasından çıxmış xalqla birgə dayanan dini ictimai, siyasi bir rəhbərdir. Onunla ümmət arasında o qədər dərin bağlılıq vardır ki, onun ardıcılları bir parça eşq və əlaqədirlər. O, ən üstün insan olsa da, özünü xalqdan artıq bilmirdi. O, mö’minlərlə o qədər səmimi idi ki, onların sözünü qəbul edirdi. Allah-taala da onun bu xasiyyətini tə’rif edir ki, xalqı bu sayaq dinləmək və xalqa bu sayaq e’timad göstərməyin mühakiməsi yoxdur. «Peyğəmbər sizi yaxşı dinləyir» («Tövbə» 61). Fərzanələr fərzanəsi olan peyğəmbərin başqalarının məsləhətinə və təcrübəsinə heç bir ehtiyacı olmasa da onların rə’yini qiymətləndirirlər, onlarla məşvərət aparardı. «Xalqın işlərində onlarla məşvərət et, amma qərar çıxaranda qəlbini Mənə tapşır» («Ali-imran» 159). Ardıcılları arasında ən dərin əlaqə yaradan ən səmimi rəhbər Rəsulullah (s) olmuşdur.
RəHBəRLİK EVİ
Xalqla o qədər yaxın idi ki, onu özlərindən bilirdilər. Sirlərini onunla bölüşürdülər. Onu qonaq çağırırdılar. Cəmiyyətin ən aşağı adamı onu qonaq çağıranda bu də’vəti açıq ürəklə qəbul edərdi. Onun evi rəhbərlik mərkəzi və xalqın gəlib-getdiyi ev idi. Bu evdə uzun uzadı xalq yığıncaqları olardı. Onun süfrəsi başına toplaşar söhbətləşərdilər. Hətta bu işdə o qədər ifrata vardılar ki, həzrətin rahatlığını pozdular. Amma o kimsədən üz döndərmirdi. Bə’ziləri o qədər həddi aşdılar ki, Allahdan ayə nazil oldu: «Ey mö’minlər, Peyğəmbərin də’vəti və icazəsi olmadan onun otağına daxil olmayın, də’vət ediləndə vaxtından əvvəl gedib, yemək gözləməyin. Elə ki yemək yediniz peyğəmbərin evində bir-birinizlə söhbətə başlamayınız. Sizin orada çox qalmağınız ona əziyyət verir. O, isə üzə vurmağa utanır» («əhzab» 53). Həzrət o qədər xoş rəftarlı idi ki, xalq onun evində toplanardı. Hansı rəhbər onun kimi xəlqidir?! Hansı rəhbərin evi xalq üçün yığıncaq yeri olub?! Bu sayaq xüsusiyyətlərə yalnız ilahi səfirlərdə rast gəlmək olardı.
RəSULİLLAH (S) Və MəS’ULİYYəTLəRİN QəBULU
Peyğəmbərin həyatında nəzərə çarpan digər bir xüsusiyyət onun məs’uliyyəti qəbul etməsidir. Axı insanda rahatlığa bir meyl var. O, məs’uliyyəti qəbul etməklə başqalarına xidmətə çalışır. Əlbəttə ki, çoxları ictimai və siyasi məs’uliyyəti öz istəklərini həyata keçirmək üçün qəbul edirdilər. Hansı ki, ilahi və insani dəyəri olan məs’uliyyətin qəbulu ilahi razılıqdan ötrü başqalarına əl tutmaq üçündür və nəfs bu işdən qaçır. Cəmiyyətə rəhbərlik peyğəmbərlərin öhdəyə götürdüyü çox böyük məs’uliyyətdir. Bu məs’uliyyət çətinliklərə dözməklə, böhtanlarla üzləşməklə, müxtəlif xalifətlərlə rastlaşmaqla həyata keçir. Bütün dözmək üçün insana çox böyük dözüm lazımdır. İlahi peyğəmbərlər böyük dözüm sahibi olduqlarından cəmiyyətə rəhbərlik məs’uliyyətini daşıya bilmişlər. İnsanları fəzilətlə tanış etmək yolunda zorluqlarla üz-üzə gəlmişlər. Çətinliklərə dözərək ən yaxşı müvəffəqiyyəti əldə etmişlər. Onlar cəmiyyətə yol göstərmək üçün öz dövrlərinin zalımları ilə vuruşmuşlar. Cəmiyyətdən zülmün əlini kəsmək və onu nizama salmaq kiçik iş deyil. Bu işin icrası üçün böyük dözüm və məs’uliyyətin qəbuluna ehtiyac var. Həzrətin yolu bu baxımdan çox aydındır. Qur’an onun bu xüsusiyyətini çox gözəl təsvir edir. O, xalqın hidayəti üçün gecə-gündüz tanımadı. Xalqın e’tiqadı və əxlaqi bəlalardan, zalımların zülmündən qurtarmaq üçün məs’uliyyət hiss etdi. «O, sizin hidayətiniz üçün çalışır, mö’minlərə rəuf və mehribandır» («Tövbə» 128). «İnadkar günahkarların hidayətinə nə qədər çalışsan və sə’y göstərsən də qəbul etməyəcəklər» («Nəhl» 37). O, hətta azğın inadkarlar və düşmənlər üçün də çalışırdı. Onları cəhənnəm odundan qurtarmaq istəyirdi. Həzrət o qədər çox çalışır ki, Allah onu özünü zəhmətə salmamağa çağırır. «Qur’anı sənə nazil etmədik ki, özünü bu qədər zəhmətə salasan» («Taha» 1).
Həzrətin bu yolu onun ardıcılları üçün çox böyük bir də’vətdir. Özünü müsəlman adlandırıb vəzifəyə gəldikdə səhlənkarlıq edənlər bu yoldan dərs almalıdırlar. Peyğəmbərin yolu beləcə nümunə olmalı, cəmiyyəti hərəkətə gətirməlidir. Bu yolun qiyməti o zaman bilinər ki, insanlar peyğəmbərin ilahi razılıqdan başqa əvəz gözləmədiyini bilsinlər. Ona də heç bir nəfs istəyir müşahidə edilmir. Ona görə də cəmiyyətdə bu yolun çox böyük bir tə’siri var.
RəSULULLAH (S) Və DÖZÜMLÜLÜK
Böyük ilahi məqsədlərə çatmaq üçün çətinliklərə dözmək lazım gəlir. Haqq qüvvələri ilə qarşı-qarşıya daim şeytan qüvvələri səf çəkib dayanır və ilahi məqsədlərə mane olur. «Elə bir peyğəmbər göndərmədik ki, Şeytan onun istəkləri qarşısında mane yaratmasın» («Həcc» 52). Peyğəmbərin arzusu xalqın hidayətidir. Şeytan bu arzu qarşısında müxaliflik edir və insanlar çaşqınlıq yaratmağa çalışır. Bu daim insan və cin şeytanların hədəfi olub. Bu fitnələrə qarşı çıxmaq üçün mübariz və möhkəm bir ruhiyyə lazımdır. Düşmənin mədəni, təbliği və nizami hücumları qarşısında möhkəm dayanmaq, çətinliklərdən qorxmamaq gərəkdir. Düşmən ifşa edilməli, onun fitnələri öz əleyhinə tamamlanmalıdır. Dinin yüksəliş haqq qüvvələrin fədakarlığı ilə mümkündür.
Peyğəmbər (s) Mədinəyə hicrət edəndə müsəlmanlar qüdrətə çatdılar. Onun göstərişi ilə əbu Süfyanın ticarət karvanını tutmaq üçün Mədinədən çıxdılar. Burada məqsəd ələ qənimət keçirilməsi idi. Lakin Allah-taala elə müqəddər etdi ki, müsəlmanlar Məkkədən karvanı qarşılamaq üçün gəlmiş silahlı dəstə ilə qarşılaşdılar və vuruş başladı. Bu vuruşda müsəlmanlar əzəmətə çatdılar və əbu Cəhəl, Utbə, Şəybə kimi Qüreyş başçıları xar oldular. Təqribən yetmiş nəfərin ölümü və bir o qədərin də əsir olması ilə kafirlər acı bir məğlubiyyətə uğradılar.
Peyğəmbər (s) və müsəlmanların bu fədakarlığı islamın əzəmətinə və haqqın qələbəsinə səbəb oldu. Allah-taala cəbhədə mətanət ətası ilə dinə yardım edir. «Yada sal o zamanı ki, Allah iki karvandan birini sizə və’də verdi. Siz silahsız bir karvanla qarşılaşmaq istədiniz. Lakin Allah haqqı möhkəmlətmək və kafirlərin kökünü qorparmaq istədi» («ənfal» 7). Ona görə də sizi silahlı karvanla qarşılaşdırdı. Allah-taala mö’cüzə ilə də kafirləri məhv edə bilərdi. Lakin insanların imtahanı üçün bu iş onların əli ilə həyata keçməli və onların dözümlülüyü aşkara çıxmalıdır. Din haqq qoşununun dözümü ilə əbədidir. «əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, sövmələr, kilsələr, mə’bədlər, Allah adı zikr edilən məscidlər uçulub dağılmışdı» («Həcc» 2).
Din müdafiə və cihadla möhkəmlənər. Qur’an düşmənlə qarşılaşmaq üçün möhkəm dözümlü olmağı tapşırır. Dözümlülük olmasa, ilahi hədəflər həqiqətə çevrilməz. «Polad iradəli peyğəmbərlər kimi səbr et» («əhqaf» 35). «Mə’mur olduğun kimi müqavimət etməlisən» («Hud» 11-ci cild).
Rəsulullah (s) Allahın göstərişi ilə ilahi məqsədlər uğrunda o qədər mübarizə apardı ki, ondan tez qocalmasının səbəbi soruşulanda buyurdu: «Hud» surəsinin müqavimət göstərişi verən ayəsi və «Vaqeə» surəsi məni qocaltdı. («Nurus-səqəleyn» 2-ci cild). Həzrətin (s) həyatı və mübarizəsi hamı üçün haqq yolda mübarizə dərsidir. Rəsulullah (s) düşmənin fitnələrinə, yeni quruluşun çətinliklərinə, cəbhə və cihadın çatışmazlıqlarına, yaxınlarının ölümünə, vətənin fərağına o qədər dözdü ki, dözümün fövqünə yetdi. Bu Qur’anın göstəriş verdiyi həmin gözəl səbrdir. «Kafirlərin əziyyətlərinə mətanətlə səbr et» («Məaric» 5).
RəSULULLAH Və FəDAKARLIQ (TəHLÜKəLəRİN QəBULU)
Böyük məqsədlər yolunda böyük də təhlükələr olur. Bir qism insanlar bu təhlükələrdən qorxurlar. Təhlükələr qoynunda böyümüş cəsur insanlar isə böyük və təhlükəli məs’uliyyətləri qəbul edirlər. Hədəflər böyüdükcə təhlükələr də böyüyür. Peyğəmbərlər cəmiyyətdə ən böyük e’tiqadi və ictimai-siyasi dəyişikliklər yaratmışlar. Sözsüz ki, ən böyük müxalifliklər və vuruşmalar da onların qarşısına çıxmalı idi. Çiynində bəşəri risalət yükü olan peyğəmər e’tiqadi və siyasi yönümdən dərin dəyişikliklər həyata keçirdi. Bu yolda böyük təhlükələrlə qarşılaşdı. Məkkədəki on üç ildə düşmənin istehza və acı sözlərindən əlavə «Ləylətül-mobit» kimi bir fitnən peyğəmbəri izləmişdi. Həzrət (s) bütün bunlardan qorxmadı.
Mədinədə olduğu on ildə şəxsən başçılıq etdiyi 27 və 50 döyüş baş verdi. Özünün başçılıq etdiyi bə’zi döyüşlər xüsusi ilə təhlükəli idi. Bədr, Ühüd, əhzab, Xeybər, Hüneyn kimi döyüşlərdən həzrətin (s) mətanəti və ətrafdakıların vəfadarlığı olmasaydı, yeni yaranmış islam cəmiyyəti süqut edə bilərdi.
Həzrət (s) Allahın buyurduğu ilə ən qorxulu təhlükələri də qəbul etməli idi: «Allah yolunda vuruş, səndən başqası bu işə vəzifəli deyil» («Nisa» 84). «Həzrət (s) özündən əvvəl və özündən sonra kimsənin məs’ul olmadığı bir vəzifəyə məs’ul oldu» («Nurus-səqəleyn» 1). Çünki kimsə bəşəri bir risalətə məs’ul olmamışdır. Elə ona görə də ən böyük təhlükə ilə qarşılaşmalı idi. O, adi bir qoşun başçısı deyildi ki, kənarda dayanıb əsgərlərə «irəli» əmrini versin. O, döyüşün ən qanlı ocaqlarında düşmənə qarşı şəxsən döyüşürdü.
O, cəbhənin ön xəttində idi. Öz şücaətləri ilə düşməni qorxudan mübarizlər çətin məqamlarda həzrətə sığınırdılar. Əli (ə) buyurur: «Elə ki, düşmənlə üz-üzə gəldik və döyüş çətinləşdi, həzrətə sığınırdıq». Bədr, Hüneyn, Xeybər fatehi əli (ə) e’tiraf edən zaman digər döyüşçülərin halı aydın olur. Bir həqiqət aydın olur ki, heç bir insan ilahi məqsədlərin həyata keçməsində peyğəmbər tək özünü təhlükəyə salsın.
«ən çətin günlərdən olan Bədr günündə biz peyğəmbərə sığınardıq və o, düşmənə hamıdan yaxın olardı». «Düşmənlə üz-üzə dayananda və döyüş qızışanda peyğəmbərə sığınardıq, düşmənə ən yaxın peyğəmbər olardı».
Ühüd döyüşəndə peyğəmbərin əmrindən çıxandan sonra əksər müsəlmanlar qaçdılar. Peyğəmbərin ətrafında çox az adam qaldı. «Müsəlmanların məğlub olduqları bu döyüşdə peyğəmbər və onun ətrafında əli, Təlhə, Zübeyr qalmışdı». («Tarixe Yə’qubi» 1). Cəmiyyətdə böyük ilahi məqsədləri həqiqətə çevirən peyğəmbərin fədakarlığı idi. Bu fədakarlıq o qədər tə’sirlidir ki, misli görünməmişdir. Bu həmin cahil bütpərəst və alçalmış müvəhhid xalqdan tərbiyələnmiş üsul idi. Peyğəmbərin özünü təhlükəyə atması haqq yolda dözüm göstərən ardıcıllar üçün nümunə idi. «Məhəmməd Allahın elçisi və onun tərəfdarları kafirlərə qarşı barışmazdır».
əlbəttə ki, özünü təhlükəyə salmaqla yanaşı həzrət qorunma tədbirləri də görürdü. Çünki peyğəmbər kimi bir şəxsiyyətin vücudu düşmənin süqutu və haqqın qələbəsi üçün olduqca dəyərli idi. Bu qorunma həm də başqalarına lazım idi. Təhlükəni qəbul etmək dedikdə nəzərdə bu tutulur ki, şücaətli ruhiyyə ilə qəti mövqeyə malik idi və öz mövqeyinin təhlükələrini qəbul edirdi. Bununla yanaşı düşmənin ona qarşı fitnələrindən həmişə xəbərdar idi.
RəSULULLAH (S) Sə’YLəR Və QURUCULUQ
Peyğəmbər (s) həm ən zahid, həm də ən çalışqan insan idi. O, çalışaraq cəmiyyətin ictimai rəhbərliyinə yüksəlmişdi. Qur’an onun çalışqanlığını belə yad edir: «Gün uzunu çox get-gəlin var» («Muzzəmmil» 7). Gün uzunu çalışmaq onun rahatlığını əlindən almışdı. Hətta istirahət üçün macal da tapmırdı. («Bəhar» 16). Dini göstərişdə deyilir ki, əgər qiyamət qopacaqsa, bacarırsınızsa sizlərdən birinizin əlində olan ağac nihalını əkməlisiniz və bilin ki, mükafatınız olacaq. Bu göstəriş quruculuq haqqındandır. İmamların bağçılıq və əkinçiliyi, əlinin (ə) Kufə kənarında quyular qazması dilbədil gəzir.
Zöhd də’vət edən din deyir: «Hər kəs öz əl zəhməti ilə dolanışığını tə’min etsə, Allah yolunda vuruşan adam kimidir» («Vəsail» 12). Həmin din deyir: «Hər kəsin torpağı və suyu ola-ola başqasına möhtac olsa, Allahın rəhmətindən uzaqdır» («Vəsail» 1-ci cild). Müsəlman öz zəhməti və birliyi ilə ruzi qazanmalı, başqalarına möhtac olmamalıdır. Bu quruculuq işlərinə göstərişdir. İslam ümməti hər cəhətdən özünü tə’min etməyə sövq edilir. Bu yolda din rəhbərləri nümunə seçilməlidir.
Rəsulullahın (s) həyatının müxtəlif məqamları araşdırılanda aydın olur ki, həzrət (s) ibadət və şəxsi işlərdən qalan vaxtını ya idarə işlərinə, ya cəbhəyə, ya hakimliyə, ya risalətin e’lanına sərf etmişdir. Onun bəhrəli həyatının bir anı da səmərəsiz keçməmişdir.
RəSULULLAH (S) AĞIL NURU Və GÜZəŞTə GETMə
Qeyd olundu ki, böyük məs’uliyyətlərə dözmək üçün insanda böyük dözüm, tutum lazımdır. Rəsulullah (s) məs’uliyyəti isə ən çətin ictimai, siyasi və icrai məs’uliyyət idi. Çünki bəşər həyatının müxtəlif sahələrinə rəhbərlik onun öhdəsində idi. Həzrət (s) uyğun məs’uliyyətə dözə biləcək bir tutuma malik olmalı idi. Onun ağıl nuru bütün dəyərlər üçün güzgü olmalı idi. Cəmiyyətə rəhbərlik çox böyük hadisədir və onun gerçəkləşməsi üçün ağıl nuru əsas şərtdir. Ona görə də cəmiyyətə rəhbərlik məs’uliyyətini peyğəmbərin çiyininə qoymuş Allah-taala onun tutumu və ağıl nuru haqqında belə buyurur: «Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!» («Şərh» 1). Həmin bu ağıl nuru və tutum Qur’an kimi bir vəhy maarifini qəbul etdi. Həmin bu ağıl nuru növbənöv döyüşlərlə cəmiyyətə rəhbərliyi öhdəsinə götürdü. Həqiqətə uyğun düzgün mövqe seçməklə hamı üçün nümunə olası dəyərləri rəhbər tutdu.
Peyğəmbər ağıl nuru və kamil tutuma malik olduğu üçün cəmiyyətə rəhbərlikdə düzgün mövqe tuta bilmişdi. Din hüquqları qarşılıqlı şəkildə gözlənilməsini göstəriş versə də, bəşər həyatında büdrəmələr olur. Əgər bir adam səhv edirsə və onun bu səhvi bir başqasının hüququnu tapdayırsa, büdrəyən adamla hansı formada rəftar olunmalıdır? İntiqam almaqlamı, yoxsa bağışlamaqla? İmkan olan yerdə bağışlamaq qəlblərin yumşalmasına, insanların ilahi dəyərlərə yaxınlaşmasına bais olur və bu ən yaxşı yoldur. Allah-taala da bağışlamağı üstün qiymətləndirir. Amma bu bağışlamağın səbəbi insanın zəifləməyi olmamalıdır və eləcə də bu bağışlama günaha rəğbətləndirməlidir. «Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur. O, istədiyinə əzab verir, istədiyini bağışlayır. Allah hər şeyə qadirdir» («Maidə» 40).
Peyğəmbərin (s) həyatı həm fərdi, həm ictimai, həm də siyasi cəhətdən bir dərsdir. Peyğəmbər (s) ilahi göstəriş əsasında bağışlamağı əsas götürmüşdü: «əfv və bağışlamağı əsas götürür və yaxşı işlərə rəğbətləndirir» («ə’raf» 199). «Onların səhvlərini bağışla, xoş üzlü və dözümlü ol ki, Allah bağışlayan və xeyirxah insanları dost tutur» («Maidə» 13). Peyğəmbər onun haqqını tapdalayanların fərdi hüquqlarında cəza və tənbehə yol verməzdi. «O, kimsədən öz şəxsi haqqına görə intiqam almazdı. Bütün xəta edənləri bağışlayardı» («Bəhar» 66). Bu hadisələr zamanı peyğəmbər cəmiyyətə rəhbər idi və ona qarşı çoxlu səhvlər buraxılırdı. O, müxtəlif fikirli insanların – müşriklərin, kitab əhlinin mövqelərinə dözər, hətta müəyyən zamanadək onlara öz fikirlərinin təbliği üçün imkan verərdi. Ən qatı düşmənlərini belə lazım gələndə bağışlayardı.
əbu Süfyan bir ömür peyğəmbərlə düşmənlik etmiş, onun əleyhinə Ühüd, əzhab kimi döyüşlərə rəhbərlik etmişdi. Hətta Mədinədə də müsəlmanlara qarşı fitnələr qurmuşdu. Düz iyirmi il islamla düşmənçilik etmişdi. Hicri səkkizinci ildə Məkkə fəth edildi və bütpərəstlər süquta uğradı. Küfr başçıları peyğəmbərin hakimiyyəti altına düşdülər. Onların hər biri peyğəmbərin onlara qarşı necə rəftar edəcəyini gözləyirdilər. Bir dəstə insan «Bu gün döyüş və intiqam günüdür» şüarını verəndə peyğəmbər tərəfindən «Bu gün rəhmət günüdür» buyuruğu ilə ümumi əfv e’lan olundu. Düşmənlərə «gedin hamınız azadsız» deyildi. Bu ümumi əfv e’lan olunanda artıq əbu Süfyandan bir qorxu yox idi. Bu bağışlama çoxlarının qəlblərini yumşaltdı və ilahi dəyərlərə rəğbətləndirdi. Bu bağışlama məqamını seçmək rəhbərdən böyük düşüncə tələb edir. «əfv daim insanın izzətinə səbəb olur» («Üsuli-kafi» 1-ci cild). Əlbəttə ki, bu bağışlama yersiz deyildi.
Peyğəmbər (s) əmisi Həmzənin qatili Vəhşini Məkkənin fəthindən bir müddət sonra bağışladı. Ona buyurdu: «Mənim gözümə görünmə». Aydındır ki, Vəhşi çox böyük cinayət etmişdi və onu bağışlamaq həzrət üçün çox çətin idi. Həzrət (s) Taif döyüşü əsirlərindən altı min nəfərini bir dəfəyə bağışladı. Bütün bu güzəştlər insanların qəlbinə tə’sir edirdi və daim onun əzəmətini ucaldırdı. Siyasi və ictimai rəhbərlikdə ondan nümunə götürülməlidir.