Azəri
Saturday 20th of July 2024
0
نفر 0

ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (2)

Günlərin birində Əshabi-KəsaPeyğəmbər (s), Əli (ə), Zəhra (s), İmam Həsən (ə) İmam Hüseyn (ə) Bəqi qəbristanlığında olarkən qəbirlərdən birindən əzablı səsin gəldiyini eşitdilər. Peyğəmbər (s) üzünü həmin qəbrə tutub ölünü səslədi:

Ey Allahın bəndəsi! Allahın izni ilə qəbirdən qalx!”

Peyğəmbərin (s) `cüzəsi nəticəsində qəbir aralandı qəbirdən cavan bir oğlan çıxdı. Onun üzü qaralmış əl-ayağı zəncirlənmişdi. Həzrət (s) həmin cavana buyurdu: “Vay olsun sənə! Axı hansı əməlinə görə belə dəhşətli əzaba düçar olmusan?”

Ey Allahın Rəsulu! Anam məndən narazı olduğu üçün bu əzab içindəyəm.”–deyə həmin cavan cavab verdi.

Peyğəmbər (s) ondan soruşdu: “Məgər sən anana etmisən?”

Oğlan cavab verdi: “Bir gün evə qayıdanda arvadım anamdan giley-güzar etməyə başladı. Bunu eşidəndə çox əsəbiləşdim. Anam təndirdə çörək bişirirdi. Əsəbi halda anama yaxınlaşıb onu təndirə itələdim. Səs-küyə qonşular yığışıb gəldi. Anam yanmış döşünü göstərərək əlini göyə qaldırıb dedi: “İlahi sən özün intiqamımı oğlumdan al!

Ya Rəsuləllah! Anamın qarğışından üç gün sonra öldüm qəbir evində bu əzaba düçar olmuşam. olar mənə dua edin ki, bu əzabdan qurtula bilim.”

Peyğəmbər (s) yanında olanlara buyurdu: “Bu cavanın anasını buraya gətirin. Çünki anası halallıq verməyincə duamız qəbul olmaz.” Peyğəmbərin (s) səhabələri oğlanın anasını qəbristanlığa gətirdilər. Peyğəmbər (s) buyurdu:

Ey ana! Oğlunun günahlarını bağışla ki, qəbir əzabından qurtula bilsin.”

Qadın dedi: “Mən onu heç vaxt bağışlamaram!

Peyğəmbər (s), Əli (ə), həzrət Zəhra (s) imam Həsən (ə) qədər israr etdilərsə qadın razı olmadı. Sonra İmam Hüseynə (ə) çatanda üzünü həmin qadına tutub buyurdu:

Ey qadın! Babamın, atamın, anamın qardaşımın şəfaətini qəbul etmədin. Heç olmasa mənim şəfaətimi qəbul et.”

Qadın başını qaldırıb göyə baxdı. Sonra hər iki əliylə İmam Hüseynin (ə) əbasını tutub dedi:

Oğlumun təqsirindən keçdim haqqımı ona halal etdim.”

Peyğəmbər (s) buyurdu: “Mənimçün çox təəccüb-lüdür ki, mənim, kürəkənimin (Əli), qızımın Həsənin (ə) şəfaətini rədd etdiyin halda ancaq Hüseynin (ə) şəfaətini qəbul etdin.”

Ya Rəsuləllah! Hüseynin (ə) şəfaətini qəbul etmək istəmirdim. Birdən göy üzünün qapıları açıldı əllərində alovlu dəmirlər tutmuş mələklər mənə dedilər:

Hüseynin şəfaətini qəbul et. Yoxsa bu qızmış dəmirlərlə səni vuracağıq. Hüseynin (ə) şəfaətini qəbul etməyimin əsas səbəbi bu idi.[1]

 

ATA QATİLİ ÇOX YAŞAMAZ

Mütəvəkkil, (Abbasi xəlifəsi) Əli (ə) övladlarıyla qatı düşmən idi. O, İmam Hüseynin (ə) hərəmi ətrafında dəfn olunmuş səhabələrdən on yeddisinin qəbrini dağıtdırmışdı. Onun xilafət etdiyi dövrdə ələvilərə, xüsusilə Mədinə şəhərində yaşayan seyyidlərə çox əzab-əziyyət edirdilər. Bu ağır vəziyyət 247-ci (h.q) ilə qədər davam etdi. Amma Mütəvəkkilin ölümündən sonra oğlu Müntəsir hakimiyyətə gəldi vəziyyət tamamilə dəyişdi.

Atasından tam fərqli olaraq Müntəsir, Peyğəmbərin (s) Əhli-beytinə xüsusi hörmət göstərər İmam Hüseynin (ə) zəvvarlarının ziyarət etməsinə heç bir maneəçilik törətməzdi. Onun əmriləFədəki[2] İmam Həsənin (ə) övladlarına qaytardılar. O, bundan əlavə Mədinə əlvilərinə pul mal da göndərdi.

Mütəvəkkilin ölümünün səbəbi haqqında belə yazılır:

Həzrət Əlini (ə) öz düşməni hesab edən Mütəvəkkil həmişə o Həzrətə hörmətsizlik edərdi. Bir dəfə yenə öz çirkin adəti üzrə saray məclislərindən birində Həzrət Əlinin (ə) şəxsiyyətinə hörmətsizlik edəndə, oğlu Müntəsir onun bu ədəbsiz rəftarına öz e`tirazını bildirir. Mütəvəkkil isə bu cəsarətinə görə oğlunu tənbeh edir.

Bu əhvalatdan sonra atasından kinli qalan Müntəsir münasib bir vaxtda onu qətlə yetirməyi qərara alır. O, müəllimi Əbu Übeydə ilə bu haqda məsləhətləşəndə müəllimi ona deyir:

Həzrət Əlinin (ə) şəxsiyyətini təhqir edən adamı öldürmək vacibdir. Amma bunu da bilməlisən ki, atasını öldürən şəxsin ömrü qısa olur. Müntəsir qəti qərara gələndən sonra bu işi Mütəvəkkilin xüsusi qulamlarından bir neçəsinə həvalə edir. Mütəvəkkil bir gün yenə saray xidmətçiləri ilə eyş-işrət məclisində idi. Elə bu vaxtKiçik Buğaməclisə daxil oldu. Onun işarəsi ilə bütün xidmətçilər məclisi tərk etdilər. Yalnız Fəth ibn Xaqan Mütəvəkkilin yanında qaldı. Mütəvəkkili öldürmək üçün gələn qulamlar qılınclarını siyirib onun üstünə hücum çəkirlər.

Vəziyyəti belə görən Fəth ibn Xaqan özünü Mütəvəkkilin üstünə atıb qışqırmağa başladı: “Vay halınıza! Siz Mütəvəkkili öldürmək istəyirsiniz?”

Qulamlar onların hər ikisini öldürəndən sonra Müntəsirin yanına qayıdıb ona xilafət müjdəsi verirlər.

Mütəvəkkil qətlə yetən gecənin səhəri günü oğlu, 25 yaşlı Müntəsir xilafəti ələ aldı. Müntəsirin xilafəti dövründə bir dəfə sarayda onun ayaqları altına salınmış bir xalı diqqətimi özünə cəlb etdi. Xalının kənarlarında keçmiş xəlifələrdən bir neçəsinin təsviri toxunmuşdu. Fars əlifbası ilə hər birinin altından onların adı xilafət etdikləri müddət qeyd olunmuşdu. Fars dilini çox gözəl bildiyim üçün orada yazılanları oxuya bilirdim. Xalının sağ guşəsindəki rəsmin altında bu sözlər yazılmışdı:

Bu, atasını qətlə yetirmiş Şiruyənin rəsmidir. O, cəmi altı ay xilafət etmişdir.” Xalının sol tərəfindəki xəlifənin rəsminin altında belə bir cümlə qeyd olunmuşdur: “Bu öz əmisi oğlu Vəlid ibn Yəzid ibn Əbdülməliki öldürmüş Yəzid ibn Vəlid ibn Əbdülməlikin rəsmidir. Onun hakimiyyət dövrü altı ay olmuşdur.”

Müntəsirin ayaqları altına sərilmiş xalının sağ solundakı bu təsvirlərin yanaşı toxun-masına təəccüb etdim. Qəribə burasındaydı ki, Müntəsir öz atasının qatili idi. Öz-özümə fikirləşdim ki, məbada onun da xilafət dövrü belə qısa ola. Amma gümanımda yanılmamışdım. Müntəsir atasının qətlindən altı ay sonra vəfat etdi.[3]

 

ATASINA ƏL TUTMAYAN KASIB OLAR

Nəql olunur: “Peyğəmbərin (s) zamanında kasıb bir kişi yaşayırmış. Bu kişinin varlı bir oğlu var idi ki, əsla atasına əl tutmazdı.

Bir gün bu kasıb kişi Peyğəmbərin (s) hüzurunda öz övladından gileylənib dedi:

Ey Rəsuləllah! Mən çox kasıbam. Amma oğlumun var-dövləti başından aşsa da mənə heç bir xeyri yoxdur. Çünki o maddi cəhətdən azacıq da olsun mənə yardım etmir.

Peyğəmbər (s) kişinin oğlunu çağırıb dedi: Niyə atana əl tutmursan? Nəyə görə onun yemək geyimini `min etmirsən? Arvad-uşağının nəfəqəsi (gündəlik xərcləri) kimi, atanın da nəfəqəsi sənə vacibdir. Gərək imkanın olduğu qədər atanın gündəlik xərcini ödəyəsən.”

Sonra əlavə edib dedi: “Atanın bu aylıq tələbatını mən ödəyirəm. Amma gələn aydan e`tibarən sən özün verməlisən.”

Peyğəmbər (s) bir miqdar xurma, buğda digər ərzaq məhsullarından kişiyə verib yola saldı.

Beləliklə, ay sona yetdi. Peyğəmbərin (s) kasıb kişiyə verdiyi azuqə artıq bitmişdi. Kişinin oğlundan da bir xəbər çıxmadı. O, Peyğəmbərin (s) tapşırığını əhəmiyyətsiz sayaraq, atasına xərclik vermədi. Zavallı kişi Peyğəmbərin (s) yanına gedib şikayətləndi:

Ya Rəsuləllah! Oğlum hələ mənə xərclik vermir. Mənim yeməyə geyməyə bir şeyim yoxdur.” Peyğəmbər (s) həmin kişinin oğlunu çağırıb atasına xərclik vermədiyinin səbəbini soruşdu. Oğlan dedi:

Ya Rəsuləllah! Mənim heç nəyim yoxdur. Atam yalandan deyir ki, mən var-dövlət sahibiyəm. Hətta mən arvad-uşağımın da xərcini `min edə bilmirəm.

Peyğəmbər (s) buyurdu: “Atan yalan demir, bu sənsən ki, yalan deyirsən. Bunu da bil ki, axşam olmamış sən atandan da fəqir olub pis günə qalacaqsan.”

Axşamın düşməsinə hələ qalırdı. Oğlanın qonşuları qapını döyüb dedilər: Sənin xurma buğda anbarlarından qalxan üfunət iyi bizi narahat edir. Çünki xurmalar qurd basmış buğdalar da kiflənmişdir. Anbardakı iylənmiş məhsulunu apar şəhərdən kənarda basdır.”

Cavan oğlan anbarların qapısını açanda doğrudan da xurma buğdaların iyləndiyini gördü. Əlacsız qalıb anbardakı xarab olmuş məhsulu şəhərdən kənara daşıtdırmaq üçün bir neçə hambal tutdu. Hambalların zəhmət haqqını vermək üçün sandıqçanı açanda oradakı pulların dəmir parçasına döndüyünü gördü. Oğlan hamballara dedi: “Sandıqçanın içində pul yoxdur. Mən sizin zəhmət haqqınızı ödəyə bilməyəcəyəm.

Hamballar bunu eşidəndə onu o ki, var döydülər. Ona `nət deyə-deyə çıxıb getdilər.

Peyğəmbər (s) bu xəbəri eşidəndə dedi:

Bütün bunlar oğlanın atasına–“Atam yalan deyir, mənim heç nəyim yoxdur”–deməsinin nəticəsidir.

 

ANANI UNUTMAĞIN AQİBƏTİ

Nəql olunur ki, Bəni-İsrail tayfasından olan Curəyh adlı cavan oğlan biyabanda xüsusi bir yerdə ibadətlə məşğul olardı. Onun bu ibadət bəndəliyini görən bir çoxları, o cümlədən dövrün padşahı Curəyhə mürid olmuşdular.

Bir gün anası Curəyhi görmək üçün biyabana, onun ibadət yerinə gəlir. O, həmişəki adəti üzrə yenə ibadətlə məşğul idi. Anası onu çox səslədi. Amma Curəyh namazını kəsib ona cavab vermədi.[4] Anası onu qarğıyıb dedi:

Ey oğul! Səni görüm fasiqlərə tay olmamış bu dünyadan getməyəsən. Mən bu uzun-uzadı yolu səni görmək üçün gəlmişəm. Səni qədər səsləyirəmsə cavab vermirsən, qapını da üzümə açmırsan.”

Qadın bunu deyib getdi. O dövrün abidləri camaatın, o cümlədən padşahın Curəyhə olan xüsusi məhəbbətindən xəbərdar idilər. Ona görə Curəyhə paxıllıq edirdilər. Elə bu səbəbdən onu öldürmək qərarına gəldilər. Onlar əxlaqsız bir qadına pul verib dedilər:

Sənin uşağın dünyaya gələn kimi, onu Curəyhin ibadətgahına apar. De ki, qeyri-qanuni doğulan bu uşağın atası sənsən mən onu böyüdə bilmərəm.”

Əxlaqsız qadın abidlərin qoyduğu şərti pulu qəbul etdi. O, öncədən deyildiyi kimi, uşağı bir parçaya büküb Curəyhin ibadətgahına yollandı.

Üzünü Curəyhə tutub dedi: “Ey abid! Bu uşaq səndən törəyib. Onu böyüdüb başa çatdırmaq da sənin vəzifəndir.”

Curəyhin düşmənlərindən bir neçəsi həmin uşağı padşahın hüzuruna aparıb dedilər: “Gördüyünüz bu uşaq qeyri-qanuni yolla Curəyhdən törəyib. Elə bir şəxsdən ki, padşahın özü onun xüsusi müridlərindəndir.

Padşah bu barədə heç bir araşdırma aparmadan Curəyhin ibadətgahını dağıtdırdı. Curəyhin əl-ayağını zəncirləyib sürüyə-sürüyə padşahın yanına apardılar. Padşah əmr etdi: Camaata xəbər verin bir yerə toplaşsınlar. Qoy hamı onun dar ağacından asıldığını görüb, ibrət alsınlar.[5]

Bəli! Budur anaya diqqətsizliyin acı aqibəti; övlad sevgisi ilə coşub-daşan ana ürəyini incitməyin nəticəsi; Curəyh, ana qarğışı ilə elə bir səviyyəyə çatdı ki, dar ağacından asılan zaman fasiqlər onun ətrafına yığılıb, üzünə tüpürürdülər.

 

ATASINA LAQEYD OLANIN AQİBƏTİ

Yusif (ə) Misir padşahı olandan sonra qardaşları ərzaq məhsulları almaq üçün həmin vilayətə gedirlər. O, qardaşlarının vasitəsilə köynəyini atasına göndərir. Həmin köynəyi həzrət Yaqubun (ə) kor olmuş gözlərinə sürtən kimi gözləri açılır.

Həzrət Yaqubun (ə) tapşırığı ilə elə həmin gün ailə üzvləri Misirə yola düşürlər. Karvan böyük şadlıqla iti sür`ətlə Misirə tərəf hərəkət edirdi. Kən`andan yola düşən karvan doqquz günə mənzil başına çatdı. Çünki neçə il övlad həsrətində olan ata oğlunu görməyə gedirdi.

Atası qardaşlarının gəlişini eşidən Yusif (ə) təmtəraqla onları qarşılamaq üçün yola düşdü. Padşahın xüsusi qoşunundan əlavə, minlərlə şəhər camaatı Yusifi (ə) müşayiət edirdi.

Bu təmtəraqlı mərasimi görən Yaqub (ə) oğlu Yəhudadan soruşdu:

Bu gələn Misir padşahıdır?

Xeyr atacan. Bu oğlun Yusifdir”– deyə Yəhuda cavab verdi. Yaqub (ə) atdan enib Yusifə (ə) tərəf addımladı.

Yusif (ə) uzaqdan atasını görəndə tez atdan enmək istədi. Amma öz padşahlıq məqamına görə bir az ləngidi. Atası ilə salamlaşıb görüşəndən sonra (mərasim sona yetəndə) Cəbrayıl (ə) nazil olub dedi:

Ey Yusif! Allah-təala buyurur:

Bizim saleh bəndəmiz sənin zəhmətkeş atan olan Yaqubu (ə) görəndə nəyə görə ondan sonra (bir az gec) atdan endin? İndi isə əlini . Elə bu vaxt Yusifin barmaqları arasından parlaq bir nur xaric oldu.”

Yusif (ə) dedi: Ey Cəbrayıl! Barmaqlarımın arasından çıxan bu nur idi belə?

Bu peyğəmbərlik nuru idi. Sənin atandan sonra atdan enməyin, atana qarşı hörmətsizlik sayılır- . Ona görə Allah-təala peyğəmbərliyi sənin nəslindən kəsdi. Səndən sonra gələcək peyğəmbər daha sənin nəslindən olmayacaq.” – deyə Cəbrayıl (ə) cavab verdi.

 

ATA-ANAYA EHSANIN NƏTİCƏSİ

Valideynlərinə ehsan yaxşılıq edən insanlar haqqında söz açmazdan əvvəl burada mühüm bir məsələyə işarə edirik:

İslam dinində ata-anaya yaxşılıq hörmət etmək mühüm məsələlərdən biri sayılır. Ona görə Allah-təala Qur`anın dörd surəsində bu məsələni Allahı dərklə eyni səviyyədə tutmuşdur.

1-O cümlədən Bəqərə surəsinin 83- ayəsində buyurur:

Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin...

2-Həmçinin Ən`am surəsinin 151-ci ayəsində buyurur:

Ya Rəsuləllah! De: “Gəlin Rəbibnizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin...”

3-Allah-təala Nisa surəsinin 36- ayəsində camaata xitab edərək onları ibadətə `vət edib buyurur:

Allaha ibadət edin Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin...”

4-Həmçinin İsra surəsinin 23- ayəsində Peyğəmbərə (s) xitab olaraq buyurulmuşdur:

Rəbibn yalnız Ona ibadət etməyi valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur.”

 

Ata-anaya yaxşılıq etmək haqqında İslam Peyğəmbəri (s) buyurmuşdur:

Valideynlərə hörmət yaxşılıq etmək, namaz, oruc, həcc, ümrə Allah yolundakı cihaddan qat-qat üstündür.”[6]

 

Ata-anaya yaxşılıq etmək fəzilətli əməllərdən biri sayılır. Hətta valideynin üzünə baxmaq belə Həcc ziyarətinin savabı ilə bir sırada qeyd olunmuşdur.

Peyğəmbər (s) buyurur:

Elə bir gözəl əməl sahibi olan övlad yoxdur ki, hər dəfə valideynlərinə rəhmət qayğıkeş nəzərlərlə baxdığında, Allah-təala həmin övladın hər baxışının əvəzində onun əməl dəftərinə qəbul olmuş bir Həccin savabını yazmamış olsun.”

Ərz olundu: “Ey Allahın Rəsulu! Əgər gündə yüz kərə baxsa necə?

Buyurdu: “Bəli! Mehriban Allah o həddə böyük pakdır ki, hətta min kərə baxsa belə ona hər baxışın müqabilində həmin savabı yazar.”



[1] Töhfətul-vaizin”, c. 1, səh, 131. (Minhacüs-sadiqin dediklərinə əsasən)

[2] Peyğəmbərin (s) sağlığında Həzrət Zəhraya (s) bağışladığı torpaq sahəsi.

[3] Pəndi-tarix”, c. 1, səh. 73.

[4] Həzrət Məhəmməd (s) buyurdu: “Əgər Curəyh alim olsaydı, müstəhəbbi namazı kəsib anaya cavab verməyin savabının daha çox olduğunu bilərdi.

[5] Cameən-nurin”.

[6] Camiüs-sadat”, c. 2, səh. 264.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment