Beynəlxalq şöbə: Artıq bir aya yaxındır Azərbaycan təhsilində hökm sürən hicab qadağası ilə bağlı dünyanın müxtəlif ölkələrindən bu qadağanı pisləyən münasibətlər açıqlanıb. Sözügedən münasibətlərə bu gün daha biri əlavə olunub. Belə ki, Fatimeyi-Zəhra məscidinin sökülməsi qərarını pisləyərək, Azərbaycan hakimiyyətini bu qərardan çəkinməyə çağıran Ayətullah Məkarim Şirazi, bu dəfə də hicabla bağlı öz münasibətini bildirib.
İQNA Quran agentliyinin faktxeber internet qəzetinə istinadən məlumat veri rki, Ayətullah Məkarim Şirazinin hicab problemi ilə bağlı açıqlamasında deyilir: \"Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti tam İslam məmləkətidir və onun əhalisinin əksəri müsəlman, Əhli-beyt (ə) məktəbinin davamçısıdır, vacibdir ki, bu ölkədə İslam hökmləri, o cümlədən hicaba riayət edilsin. Xalq dinc yollarla dövlətin hicabla bağlı bu antiislam göstərişinə qarşı müqavimət göstərməlidir. İcazə verməməlidirlər ki, bu müsəlman ölkəsində İslam əleyhinə qarşı addım atılsın. Əlbəttə ki, müsəlman qızlar öz təhsillərini davam etdirməlidirlər. Eyni zamanda qeyrətli Azərbaycan xalqı hicaba qarşı belə bir yanlış göstərişlə razılaşmamalıdır.
Azərbaycanın hörmətli dövlət rəsmilərinə məsləhət görürəm ki, xalqla həmfikir olsunlar və biganələrin hiylələrinə aldanmasınlar. Mən müctəhidlərin çiynində olan və sərhəd tanımayan vəzifəmə əsaslanaraq, vacib və zəruri olanları ərz etdim.\"
source : www.iqna.ir