Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

DİN ALİMİNİN TƏHQİRİNƏ İSLAM PARTİYASINDAN CAVAB GƏLDİ

Mən deməzdim ki, onlar mərceyi-təqlidlərin inanclı müsəlmanlar üçün nə qədər önəmli və hörmətli insanlar olduğunu bilmirlər. Onların dinimizə, onun müqəddəslərinə qarşı atdıqları çirkinliklər ardıcıl xarakter daşımaqla, əslində mənfur ağalarının sifarişlərini yerinə yetirilər.

 

 

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İslam partiyasının mətbuat xidmətinin rəhbəri Akif Heydərli bildirdi: “Bildiyimiz kimi təhsil naziri Misir Mərdanovun orta məktəblərdə təhsil alan hicablı qızların məktəblərə buraxılmaması barədə qərarı olmuşdur. Bu məsələ nəinki ölkə ictimaiyyətini, hətta bütün İslam aləmini, o cümlədən Türkiyə və İranda da ciddi narahatçılıqlara və etirazlara səbəb olmuşdur. Nəticədə İslam dinində xüsusi mövqeyi olan və təkliflərinin icrası sərhəd tanımayan bütün müsəlmanlar üçün vacib sayılan mərceyi təqlidlər Azərbaycandakı hicab qadağasına münasibət bildirərək təkliflər verdilər. Ayətullahul Məkarim Şirazi cənabları bu sahədə hər iki tərəfin üzərinə düşən vəzifəni aydın şəkildə bildirdi.

 

 

Təəssüflər olsun ki, İslam düşmənləri bu dəfə də ölkəmizdə nəşr olunan bəzi mətbu orqanlarda, xüsusən “Xalq Cəbhəsi” adlı üzdən iraq qəzetdə Azərbaycan müsəlmanlarının heysiyyatına toxunmaq vəzifəsini mərəciyyəti təhqir etməklə yerinə yetirdilər. İslam düşmənlərinin nökərləri, onların yerli rəhbərləri yenə də inanclı xalqımızın malik olduqları bəşəri keyfiyyətləri ayaqlar altına atmaqdan çəkinmədilər. Özlərini bu dünyada tapmayan və tanınmayan bu tip insanlar cəmiyyəti çirkaba batırmaqdan başqa bir niyyət daşımırlar. Rəsmi dövlət  orqanları tərəfindən heç bir cəzaya cəlb olunmayan belə əxlaqsızlar son dərəcə həyasızlaşaraq göründüyü kimi, bütün müsəlman aləminin inancını təhqir etməkdən belə çəkinmirlər.

 

 

Mən deməzdim ki, onlar mərceyi-təqlidlərin inanclı müsəlmanlar üçün nə qədər önəmli və hörmətli insanlar olduğunu bilmirlər. Onların dinimizə, onun müqəddəslərinə qarşı atdıqları çirkinliklər ardıcıl xarakter daşımaqla, əslində mənfur ağalarının sifarişlərini yerinə yetirilər.

 

 

Qurani-Kərimdə  deyildiyi kimi “Onlar Allahın nurunu ağızları ilə üfürməklə söndürmək istəyirlər. Kafirlər istəməsə də Allah öz nurunu tamamlaycaq”.


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fransada islami iqtisadiyyatının öyrədilməsi kursları təşkil olunacaq
Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı

 
user comment