Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

İsmət

Kəlam elminin bəhslərindən biri olan “ismət” bəhsi barəsində islam əqidəşunasları tarix boyu bəhs etmişlər. Müxtəlif firqələr tərəfindən ismət bəhsi barəsində olan yanlış düşüncələr bizi vadar edir ki, ismətin həqiqətini tə`yin edək.
“İsmət” kəlməsinin mə`na e`tibarı ilə bir mənası vardır və o mə`na “saxlamaqdır”. Başqa bir sözlə desək necə ki, təqva halı insanı günah etməkdən saxlayır ismət qüvvəsidə öz növbəsində təqvanın ən üstün dərəcəsi olaraq insanı günah etməkdən hətta günah etməyi düşünməkdən belə saxlayır. Beləliklə ismət məqamına malik olan şəxs (mə`sum) günaha mürtəkib olmaqdan amandadır.
İsmət iki cürdür: Mütləq və nisbi. Mütləq ismət yalnız peyğəmbər və övliyalara məxsusdur. Nisbi ismət isə adi insanlarda da vardır. Məsələn: Oxucuların şə`nindən uzaq olsun, heçbir şəxs məqsədyönlü bir şəkildə zibil yeməyi ağlından belə keçirməz. Çünki o, şəxs bu əməlin çox pis bir iş olduğunu bilir. Beləliklə nisbi ismətin olduğunu qəbul ediriksə, mütləq ismətin də olduğunu qəbul etmək də mümkündür.
Peyğəmbər və övliyalarda olan ismət halı günahın pis nəticəsinə olan fövqəladə elmin nəticəsidir və bu üzdən bir sual meydana gəlir: İsmət İlahi bir lütfdür, yoxsa hər kəs onu ələ gətirə bilər?
Cavab olaraq ərz edirik ki, bu növ isməti ələ gətirmək İlahi bir lütfdür və buna dəlil olaraq mübarək Əhzab surəsinin 33-cü ayəsi olan “Təthir” ayəsini təqdim edirik: “...Allah-Təala iradə etmişdir ki, siz Əhli-beytdən hər növ çirkinlikləri dəfv etsin. İlahi iradə iki cürdür: Ümumi və xüsusi. Bu ayədəki iradə “xüsusi” irədədir. Çünki Allahın günah etməmək və çirkinliklərdən uzaq olmaq barəsindəki ümumi sifarişi bütün bəndələrə aiddir.
Bu əsnadan başqa bir şübhə meydana gəlir: Əgər ismətin ələ gətirmək İlahi bir lütfdürsə, onda mə`sum (ismətə malik olan şəxs) üçün günah etməmək heçdə iftixar deyil!?
Bu şübhəyə cavab olaraq ərz edirik ki, əvvəldə qeyd etdiyimiz kimi ismət halı günahın aqibətinə olan fövqəladə bir elmin nəticəsidir. Bu elmə yiyələnmək də İlahi inayət və yardımdır. Daha dəqiq anlamaq üçün aşağıdakı misala diqqət edin: Allah-Təala hələ heç kimi imamət məqamına seçmədən qabaq öz əzəli və kamil elmi ilə bilirdi ki, Həzrəti Əli (ə) hər gecə 1000-rikət namaz qılıb və Allahın dini üçün öz ixtiyarı və tamam imkanı ilə yardım edəcək və Həzrəti Əli (ə) birgə digər imamlar, peyğəmbərlər və övliyaların gələcək əməlləri də əzəli elmlə Allaha məlum idi. Allah-Təala da risalət və imamət məqamına bunlardan daha ləyaqətlisini görmədiyi üçün 124000 peyğəmbəri və mə`sum imamları bu mənsəbə tə`yin edərək onlara fövqəladə bir elm əta edir ki, nəticədə onlar üçün günah etmək adi bir hal olaraq qeyri-mümkün olur.
Biz bilirik ki, Allah peyğəmbər və imamı bəşəriyyətin hidayəti üçün göndərib. Əgər Allah-Təala onlara bu elmi əta etməklə inayət və yardım etməsə və onlar günaha və xətalara mürtəkib olsalar insanlar onlara itaət etməzdilər. Başqa bir tərəfdən isə əgər Allah-Təala bu elmi onlara əta etməsə onlar Allahın din və şəriətini dəqiq şəkildə çatdıra bilməzlər. Elə bu səbəbdən Allah-Təala peyğəmbərinin ismətinə şəhadət verərək Nəcm surəsinin 3 və 4-cü ayələrində buyurur: “O, həva və həvəsdən heçnə demir. Hər nə deyir vəhyidir.”
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment