Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Qədir Xum

Hicrətin onuncu ili idi. Bütün tayfa və qəbilələrə xəbər yayıldı ki, Rəsulallah (s) Həcc ziyarətinə gedir. Bu şərəfli ziyarəti Rəsullah ilə birgə yerinə yetirmək üçün toplananların sayını tarixçilərin çoxu yüz mindən çox yazmışdır.
Həcc əməllərini bitirdikdən sonra Rəsulallah öz ətrafdakılarla birgə Mədinəyə qayıtmaq qərarına gəldi. Cöhfə məntəqəsinin yaxınlığında yerləşən Qədir Xum adlı bir yerdə Cəbrail-əmin enərək bu ayəni Peyğəmbərə gətirdi: Ey Allahın Rəsulu! Rəbbin tərəfindən sənə endirilmiş məsələni çatdır...
Qeyd etmək lazımdır ki, Cöhfə Mədinə, Misir, İraq və başqa məntəqələrdən gəlmiş insanların yollarının ayrıldığı bir yol ayrıcı idi. Yəni hacılar Cöhfədə ayrılır, hərə öz diyarına gedirdi.
Belə bir məkanda vəhy mələyi yuxarıda qeyd olunan ayəni Rəsulallaha gətirərək Əlini(ə) İmam və Vəli kimi təqdim etməsini və ona itaət etməyin vacibliyini xalqa çatdırmasını göstəriş verdi. Həmin məkanı ötüb keçmiş hacılar Rəsulallahın əmri ilə geri döndülər, arxada qalanlar da gəlib çatdılar.
Hava çox şiddətli hərarətə malik olduğundan bəzi hacılar əbanın bir hissəsini başlarına digər hissəsini isə ayaqlarının altına salmışdır.
Zöhr əzanı verildi, Muhəmməd peyğəmbər namazı camaatla birgə əda etdikdən sonra dəvələrin cihazından (palanından) düzəldilmiş hündür bir “minbərə” qalxıb uca səslə sözə başladı:
Həmd və sitayiş Allaha məxsusdur, imdadı Ondan diləyirik, Ona iman gətirmişik, Ona arxalanırıq və xoşa gəlməz əməllərimizdən Ona pənah aparırıq.
Camaat! Allah mənə tezliklə ömrümün sona çatacağını xəbər verib. Biz hamımız boynumuza düşən öhdəçiliyimizə görə cavabdehik. Sizin bu barədə fikriniz nədir?
Camaat belə cavab verdi: Biz şəhadət veririk sən lazım olanları bizə çatdırdın.
Sonra Peyğəmbər İslamın bir sıra əsas əqidələrinə dair camaatdan şəhadət aldı və belə davam etdi: “Sizin aranızda qoyub gedəcəyim iki ağır qiymətli əmanətlə məndən sonra necə rəftar edəcəyiniz barədə düşünün və ehtiyatlı olun.
Bu zaman hacılardan biri səsləndi: Ya Rəsulallah nədir o iki əmanət?
Peyğəmbər buyurdu: Onlardan böyük olanı Allahın kitabıdır və onun bir tərəfi Allahın digər tərəfi isə sizin əlinizdədir (Yəni Allah ilə əlaqə vasitənizdir). Odur ki, onu möhkəm saxlayın və əldən verməyin ki, azmayasınız. Kiçik əmanət isə mənim itrətimdir (Əhli-Beytimdir). Həqiqətən alim və mehriban Allah mənə xəbər verdi ki, hovuz kənarında (cənnət) mənə qovuşana qədər bu ikisi bir-birindən ayrılamayacaq. Mən bunu Allahımdan istəmişəm. Odur ki, bu iki əmanətdən önə keçməyin, onlara tabe olmaqdan üz çevirməyin, səhlənkarlıq etməyin ki, əks təqdirdə həlak olarsınız.Sonra isə Əlinin (ə) əlini tutub göyə qaldırdı, belə ki, hamı onu görüb tanıdı. Bu vaxt Rəsulallah buyurdu: Ay camaat kimdir ki, möminlərin özlərindən daha üstün olsun?
Camaat cavab verdi: Allah və Onun Rəsulu daha yaxşı bilər.
Həzrət buyurdu: Həqiqətən Allah mənim mövlamdır mən isə möminlərin mövlasıyam və onlara onların özlərindən də üstünəm. Elə isə hər kəsin mövlasıyamsa Əli onun mövlası olacaq.
Əhməd ibn Hənbəlin nəqlinə əsasən Peyğəmbər bu sözü dörd dəfə təkrar etdi. Sonra əllərini qaldırıb belə dua etdi: İlahi, onu sevəni sev, ona düşmən olana düşmən ol,onun köməkçilərinə kömək et və onu xar etmək istəyənləri xar et. Onu haqqın meyarı, mizanı və mehvəri təyin et!
Sonra buyurdu: Hazır olanlar burda olmayanlara bu xəbəri çatdırmalıdırlar.
Hələ izdiham dağılmamışdır ki, vəhy mələyi bu ayəni gətirdi:Bu gün sizin üçün dininizi kamilləşdirdim, nemətimi sizə tamamladım və İslamın sizin üçün din olmasına razı oldum və bəyəndim.
Bu zaman Peyğəmbər (s) dedi: Allahu Əkbər, dinin kamilliyi, nemətin tamamlanması, Allahın mənim risalətimdən və məndən sonra Əlini (ə) vilayətindən razı qalmasına görədir!
Bunu eşidən camaat Həzrət Əlini təbrik etməyə başladı. O cümlədən hamıdan öncə Əbubəkr və Ömər dedi: Bəh-bəh ey Əbu Talibin oğlu mənim və hər bir mömin kişi və qadının mövlası oldun. İbn Abbas dedi: And olsun Allaha ki, bu məsələ ilə Əlinin vilayəti hamıya vacib oldu. Həssan ibn Sabit qalxıb dedi: Ya Rəsulallah icazə ver Əli haqqında bir şer oxuyum. Peyğəmbər buyurdu: Allahın bərəkəti ilə oxu! Həssan dedi: Ey Qüreyşin böyükləri Peyğəmbərin hüzurunda Əlinin qəti olan vilayəti haqqında seçimi sizə oxuyuram.
Bu Qədir Xum hadisəsinin qısa icmalı idi. Bu hadisə haqqında tarixçilər bir neçə məqamı qeyd edirlər və bu məqamlardan aydın olur ki, hadisə çox mühüm əhəmiyyətiə malikdir.
1. Ziyarətdən öncə Peyğəmbər hamının onunla birgə həccə getməsini car çəkdirdi.
2. Qədir Xum kimi həm havası münasib olmayan həm də yol ayrıcı olan bir məkan seçdi.
3. Bütün etiqadları sayıb insanlardan şəhadət aldı.
4. Hazır olanlara tapşırdı ki, hadisəni orada olmayanlara çatdırsın.
Bütün bunlar məsələnin nə qədər həssas və vacib olduğunu göstərir.
Qədir hadisənini iyirmi dörd məşhur tarixçi o cümlədən Bəlazuri “Ənsabul Əşraf”da, İbn Əsir “Usdul-Ğabə”də, İbn Xəldun öz tarixində, İbn Hacər “Əspəlani Əl-İsabə”də və Syuti bir çox kitablarında qeyd etmişdir.
Hadisəni nəql edən hədis alimlərinin sayı isə iyirmi yeddini ötür. Məsələn Əhməd ibn Hənbəl Müsnəd və Mənaqibdə, ibn Macə Sunənində, Termizi Səhihdə, Nəsai Xəsaisdə, Təbəri Zəxariqul-Urbada , Zəhəbi Təlxisdə, İbn Həmzə Dəməşqi Əl-Bəyan və Tərifdə bu hadisəni qələmə almışdır. Qədir Xumu Quran ayələri baxımından açıqlayan təfsir alimlərnin isə sayı isə 14-dən çoxdur. (Qeyd edək ki, Qədir Xum hadisəsi haqqında Qurani Kərimdə 4 ayə var . Maidə 3,67, Ənfal 32 və Məaric 1). Onlardan Təbəri təfsirində, Qurtubi təfsirində, Fəxr Razi təfsiru Kəbirdə, İbn Kəsir təfsirində, Qazi Beyzabinin nümunə göstərmək olar.
Kəlam alimlərindən Qazi Əbubəkr Bəsri Təmhiddə, Qazi Əbdürrəhman Şafeyi Əl-Məvaqifdə, Seyyid Şərif Curcani Şərhül-Məvaqifdə, Bayzavi Təvaliul-Ənvarda və başqaları hadisəni təhlil etmişlər.
Mövla, Qədir, Xum, Vəli və bu kimi sözləri izah edərkən lüğət alimlərindən İbn Əsir Ən-Nihayədə, Həməvi Mücamul-Buldanda və digərləri qeyd etmişlər.
Hadisəni nəql edən şahid və ravilərə gəldikdə isə 110 səhabə və şəxsən 4 nəfər tabeindən (səhabə görmüş) olan ravi bu hadisəni nəql etmişdir. (Say rəqəmləri bunlarla məhdudlaşmır).
Görəsən bəs nə üçün bu qədər parlaq məşhur və əzəmətli bir hadisə həm peyğəmbərin vəfatından dərhal sonra həm də çox sonralar, o cümlədən indi unudulmaqdadır:
Səbəb kimi aşağıdakıları göstərmək olar:
1. Cəmi 13 illik İmam tarixçısi olan müsəlman səhabələrin bir çoxunun zəif imana malik olması.
2. Bir çoxlarının bu xilafətə İslamın deyil Bəni-Haşimin xilafəti kimi qəbul etməsi.
3. Xilafətdə gözü olanların mövcudluğu
4. Əli (ə)-a qarşı paxıllıq
5. Əlinin (ə) bir çoxlarının ata və qohum qatili kimi sevməməsi
6. İslamı öz rəylərinə uyğun qəbul edənlərin mövcudluğu.
7. Peyğəmbəri yalnız uxrəvi məsələləri bilən və dünyavi işlərdən, o cümlədən xilafətdən xəbərsiz olan bir şəxs kimi görənlərin olması.
8. Bu sonuncu isə sonrakı dövrlərə aiddir: Bəziləri hədis elmini tarixi təhlillərlə qarışdırırlar. Tarix hədis kimi deyil ki, məsumun ağzından çıxmamış olsa qəbul olunmasın. İnsan öz ağlını faktiki hadisələrə baxaraq işlətməli və nəticə çıxarmalıdır.
Biz də öz adımızdan bütün dünya müsəlmanlarını bu bayram münasibətilə ürəkdən təbrik edirik!
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment