Azəri
Saturday 20th of July 2024
0
نفر 0

İnsanlar nə üçün intihar edir?

Cabir ibn Həyyan İmam Sadiqin (ə) yanına gəlib sual edir: Nə üçün bəzi şəxslər intihar fikrinə düşürlər?
İmam Sadiq (ə) ona cavabında deyir: Çünki intihar edən şəxslərin “dini iman”ı yoxdur. Lakin “dini iman”a malik olan kəs heç bir vaxt özünü öldürməz. Mən inanıram ki, sən bu günə qədər imanlı bir müsəlmanın özünü öldürmüş olduğunu görməmisən. Müsəlman cihad edər və öldürülər. Amma öz əlini əsla öz qanına bulaşdırmaz.
“Dini imana malik olmamaq” məsələsindən əlavə olaraq, insanın özünü öldürməsinə vadar edən amillərdən biri də həmin insanda “sağ qalma” iradəsinin süstləşməsidir. Hər bir canlı varlıqda həqiqətən ən güclü iradə “sağ qalma” istəyidir. Bu istək insanları işləməyə vadar edər və onları ailə həyatı qurmağa, özünün və ailəsinin məskunlaşması üçün ev düzəltməyə təhrik edər.
“Dini iman”a malik olmayan şəxslərin bəzilərində “sağ qalma” iradəsi süstləşər. “Sağ qalma” iradəsinin süstləşməsinin də bir neçə səbəbi vardır. O səbəblərdən biri tənbəllikdir. İnsan elə tənbəlləşir ki, artıq heç bir işlə məşğul ola bilmir. Onda yaranmış bu həddən artıq tənbəllik ümüdsüzlük yaradır və ümüdsüzlük də onu vadar edir ki, əlini öz qanına bulasın.
“Yaşama” iradəsinin süstləşməsinin başqa səbəbi isə, dinimizdə yasaq şeylərdən biri kimi sayılan qumardır. Qumar insanın malik olduğu bütün şeyləri qısa bir müddət ərzində əldən verməsinə səbəb olan bir amildir. Elə ki, insan ömrü boyu qazanıb əldə etdiyi şeylərin səmərəsini qısa bir müddətdə əldən verdiyini gördükdə, ümüdsüzlük ona elə qələbə çalır ki, nəticədə özünü öldürmək fikrinə düşür.
“Yaşama” iradasinin süstləşməsinin başqa bir səbəbi də daha çox irsən keçən dəlilikdir. O da ata-babaların şərab içməsindən qaynaqlanır. Elə buna görə də, bu növ dələlik müsəlmanlarda yoxdur. Çünkionlar şərab içmirlər ki, övladları ağıl pozğunluğuna düçar olsunlar. Şərab içmək adət-ənənələrinin birinə çevrilmiş toplumların övladlarına gəldikdə isə, onlarda iki xəstəliyin yaranması mümkündür: ağıl pozğunluğu və ifliç.
Ata-babaların alkoqolist olmalarından qaynaqlanan irsi dəlilik səbəb olur ki, bəzən insanda “sağ qalma” iradəsi, ortada heç bir səbəb olmadan aradan getsin. Bu cür dəliliyə tutulmuş kəs öz əleyhinə bəhanə axtararaq öz kinini öz əleyhinə təhrik edib, o qədər öz əleyhinə kin bəsləməyə davam edər ki, nəticədə özünü öldürülməyə layiq bilib intihar edər.
“Sağ qalma” iradəsinin bəzi şəxslərdə aradan getməsinə gətirib çıxardan başqa bir səbəb isə qumarsız iflasdır. Əgər iman gətirmiş bir müsəlman iflasa uğrasa, hər bir işdə Allaha təvəkkül etdiyindən intihar fikrinə düşməz. Lakin “dini iman”ı olmayan şəxslər isə iflasa uğradıqdan sonra mümkündür ki, “yaşama” iradəsini əldən verərək öz canlarına sui-qəsd etsinlər.
“Yaşama” iradəsinin aradan getməsinə səbəb olan bu amillərin içərisində, tənbəllik daha geniş yer tutur. İntihara cəhd edən insanların daha çoxu tənbəldirlər. Əgər bir kəs onların batininə daxil olub onları olduğu kimi tanıya bilsə, onlarda intihar fikrinin güclənməsinin əsas səbəbini tənbəllik olduğunu başa düşər.
İslam dininin hökümlərinin üstünlüklərindən biri də budur ki, müsəlmanları tənbəllikdən çəkindirir.
Ey Cabir! İnsan fitrətən istirahət sevən və işləməyə meyilli olmayan bir varlıqdır.
Hər bir insan yuxunun hər bir vaxtdan daha çox ləzzətli olan çağı səhər tezdən yatmaq istəyir. Amma İslam dini onu günəş çıxmazdan qabaq namaz qılmağa mükəlləf edir və bu təklifin müsəlmanların tənbəllikdən çəkinməsində böyük bir təsiri vardır.
Müsəlman bir şəxs sübh namazını qıldıqdan sonra gündəlik işləri üçün hazırlaşır. sonrakı dörd namazların hər biri də müsəlman kişi və qadını tənbəllikdən çəkinməyə vadar edən vacib bir təklifdir.
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment