Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

AİP-nin sədr əvəz edicisi ilə müsahibə

AİP-nin sədr əvəz edicisi ilə müsahibə

Biz bilmək istəyirik prezident bu məsələnin həlli üçün çalışır yoxsa yox.
 


Əhli Beyt -   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan İslam Partiyasının sədr əvəz edicisi Elçin Manafov xeber44.com saytının suallarını cavablandırdı.


-Hacı hicab məsələsi partiyanın gündəmində dururmu?


Bəli, təkcə hicab məsələsi deyil, 3 məsələ ki, var 1-Qarabağ məsələsi, ərazi bütövlüyümüz, 2- Ümumilikdə islama olan təzyiqlərə son qoyulması və 3- Elə bu təzyiqlərin qurbanı, hicab müdafiəçiləri ki, məhbusdurlar, bu məhbuslara tezliklə azadlıq məsələsi gündəmdə durur.


Bu zəmində biz prezidentə məktub ünvanlamışdıq ki, prezidentlə görüşüb söhbət edək.Görək bütün bu olanlara prezitentin münüsibəti necədir, bu problemlərə prezident biganədir yoxsa bu problemləri həll etmək istəyir.Bəlkə bu məsələnin həlli onun iqtidarında deyil, ya da ki, prezidentin bu olanlardan xəbəri yoxdur.


Əgər yadınızdadırsa Xanım Fatimeyi Zəhra (s.ə) məscidi o vaxt sökülmək təhlükəsi ilə üzləşmişdi. Lap sonunda məlum oldu ki, yalan-doğru prezidentin bu məsələdən xəbəri yox imiş və xəbər tutan kimi məscidin sökülməməsi barədə sərəncam verib.


Bəlkə bu məsələləri də ona gedib çatdırmayıblar.İndi biz də istəyirik ki, prezidentlə görüşək, bu ölkənin bir nömrəli şəxsi kimi biz onun öz dilindən eşidək görək bu məsələlər nədir, bu məsələdə kimlərin əli var, prezident bu məsələnin həlli üçün çalışır yoxsa yox.


-Sizcə sizin müraciətiniz prezidentə catıbmı ?


Vallah biz bu işlə bağlı məsul şəxslərlə mütəmadi maraqlanırıq. Bizə yox cavabı vermirlər. Deyirlər araşdırırıq və tezliklə cavab deyəcəyik. Bir az ağır, məsuliyyətli məsələdir.Gözləyin.


Ona görə də biz hələ gözləyirik. Bizim üçün də cavab almamış hər hansısa bir tədbirə əl atmağımız namərdlik olar. Biz öz işimizdə çalışırıq ki, verdiyimiz sözə əməl edək. Amma bir xəbər çıxmasa sözümüz sözdür. Mitinq üçün müraciət edəcəyik. Son dəfə.


-Sizin gözləmə vaxtınız nə vaxta kimidir? 1 ay, 2 ay, 3 ay ?


Biz bunlardan konkret cavab gözləyirik.Görək bu görüş alınacaq ya alınmayacaq. Əlbəttə biz demişik ki, mümkün qədər tez bir zamanda bizə cavab bildirsinlər. Ona görə də biz hələ gözləyirik. Hər şeyin müəyyən həddi var. Bu lap ağ olar ki, 2 ay, 3 ay gözləyəsən. Bu nə məsələdir ki, heç olmasa- heç olmasa bir on günə, iyirmi günə həll olunmalı məsələdir.


Amma məsələnin həll olunmayacağı təqdirində dediyimiz kimi mitinq üçün müraciət edəcəyik, son dəfə icazə istəyəcəyik. Əgər ona da icazə verməsələr artıq biz olacaqlardan məsuliyyət daşımırıq. Artıq məsuliyyəti onların özləri daşiyacaqlar.


-Müsahibə üçün minnətdarıq. Sağ olun.


Siz də sağ olun. Allah amanında.

 

 

 

 

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment