Azəri
Thursday 27th of June 2024
0
نفر 0

Lənkəran Universitetinin rektoru həbs oluna bilər

 Lənkəran Universitetinin rektoru həbs oluna bilər

Söhbət 160 min manat civarında məbləğdən gedir. Bu məbləğə şişirdilmiş xərclər, görülməyən iş üçün pul silinməsi, köhnə materiallardan yeni adı ilə istifadə etmək və s. pozuntular daxildir.
 


Əhli Beyt  - xəbər agentliyinin verdiyi xəbərə əsasən: Maliyyə Nazirliyinin keçirdiyi yoxlamada külli miqdarda yeyinti faktlarının aşkarlandığı bildirilir


Azalıq qəzetiminə daxil olan məlumata görə, maliyyə yoxlaması təşəbbüsünü rektor Asəf Isgəndərovun haqsız yerə işdən  qovulduğunu iddia edən universitetin keçmiş əməkdaşları qaldırıb. Nəticədə Maliyyə Nazirliyinin Cəlilabadda yerləşən cənub regional şöbəsi universitetdə yoxlama aparıb. Bu yoxlama zamanı heç bir yeyinti halları aşkarlanmayıb. Nəticələri qəbul etməyən və yoxlamanın subyektiv aparıldığını iddia edən şikayətçilərin israrı Maliyyə Nazirliyini artıq Bakıdan ikinci yoxlama göndərməyə sövq edib. Bu dəfə isə nəticələr tam fərqli olub.


Müsavat Partiyası Lənkəran təşkilatının sədri, siyasi səbəblərdən LDU-da müəllimlikdən xaric edilən Yadigar Sadıqovun qəzetimizə verdiyi məlumata görə, Maliyyə Nazirliyinin yoxlamanın nəticələri ilə bağlı iddiaçılara göndərdiyi 14/05-185-2247 saylı məktubda maliyyə nöqsanlarının aşkar edildiyi etiraf olunur. Məktubda göstərilir ki, “nöqsanların ciddiliyini nəzərə alaraq məsələyə hüquqi qiymət verilməsi üçün yoxlamanın materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir”.


Məktubda yeyintinin miqdarı göstərilməsə də sızan məlumatlara görə, söhbət 160 min manat civarında məbləğdən gedir. Bu məbləğə şişirdilmiş xərclər, görülməyən iş üçün pul silinməsi, köhnə materiallardan yeni adı ilə istifadə etmək və s. pozuntular daxildir. Məsələni artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsi icraata götürüb. Təsərrüfat və maliyyə işlərinə məsul bəzi şəxslər artıq Bakıya çağırılaraq dindiriliblər.


Yadigar Sadıqovun söylədiyinə görə, bir çox yeyintilər var, onları aşkar etmək Maliyyə Nazirliyinin yoxlaması üçün də qeyri-mümkündür: “Məsələn, dəftərxana xərclərinə ayrılan vəsaitin mənimsənilməsi. Universitetdə işlənən bütün kağızları müəllimlər, tələbələr və əməkdaşlar özləri alırlar. Lazım olan sənədlərin, blankların surətini də öz pulları ilə çıxarırlar. Hətta yazılı imtahanlarda işlənən kağızları da tələbələr pul yığıb alırlar. Rektor isə kağıza, kartricə işlənməli olan vəsaiti mənimsəyir. Ən böyük biabırçılıq isə imtahan sessiyası zamanı baş verir. Tələbə vunderkind olmalıdır ki, Lənkəran universitetində layiq olduğu qiyməti ala bilsin. Əslində, bunu yoxlamaq çox asandır. Qaydalara görə, yazılı imtahanların cavabları 6 ay qorunmalıdır. Həmin yazıları qiymətləndirmə ilə müqayisə etmək kifayətdir ki, LDU-da imtahanların formal xarakter daşıdığı, rektorun zənginləşməsinə xidmət etdiyi üzə çıxsın”.


Qeyd edək ki, alınan məlumatlar Asəf Isgəndərovun korrupsiyaya qarşı elan edilmiş mübarizədən çəkinmədiyini göstərir. Universiteti bitirmək üzrə olan son kurs tələbələrindən sızan məlumatlara görə, dövlət imtahanı onlara ucuz başa gəlməyəcək. Artıq bəzi kafedra müdirlərinin də buna etiraz etdikləri, rektordan ötrü həbsə düşmək istəmədiklərini dilə gətirdikləri söylənilir.

 

 

 

 

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Siyasi məhbus ailəsi Axundzadə Tamara Talıb Qızının BMT və İKT-ya Müraciəti
Tatarıstanda hicablı qadınlar üçün xüsusi fotoqrafiya studiyası istifadəyə ...
BƏƏ, Şarcədə Quran hifzi kursları
Qurani-Kərimin Puştu dilində tərcümə və təfsiri sərgiləndi
Şəms Təbrizinin həyatı ilə bağlı kitab Türkiyədə iki dildə çap olunub
Rejimdən ad günü hədiyyəsi
Misirdə “İslamda rəssamlıq” mövzusunda seminar təşkil edəcək
Özbəkistan müftisi dinlərarası dostluq və anlaşmanın zəruriliyindən danışıb
Qazaxıstanda Hicab böhranı
Mosul əməliyyatlarının yeni görüntüləri

 
user comment