Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

QMİ-nin idarəsindən verilən açıqlama etirazla qarşılandı

 QMİ-nin idarəsindən verilən açıqlama etirazla qarşılandı

 Vəkil Dilqəm Ağayev: “6 may aksiyasında həbs olunanların hamısı dindardır. Aralarında bir nəfər ilahiyyatçı var. Bu baxımdan onların dini motiv əsasında həbs olunduğu birmənalıdır”.
 


 xəbər agentliyinin verdiyi xəbərə əsasən: “6 may aksiyasında həbs olunanların hamısı dindardır. Aralarında bir nəfər ilahiyyatçı var. Bu baxımdan onların dini motiv əsasında həbs olunduğu birmənalıdır”. Vəkil Dilqəm Ağayev Qafqaz Müsəlmanları İdarəsi rəsmisinin Təhsil Nazirliyi qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə həbs olunanlar barədə fikirlərinə belə münasibət bildirib.


Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova “Musavat.com”a açıqlamasında deyib ki, 6 may aksiyasında həbs olunanlar dindar olduqları üçün deyil, qanunları pozduqlarına görə ittiham olunurlar. İdarə sözçüsü həbs olunan dindarların müdafiəsi ilə bağlı hər hansı müraciətin olmadığını bildirib: “O insanlar dindar olduqları üçün saxlanılmayıblar. Görünür, hansısa cinayət əməlində ittiham olunurlar. Onlarla bağlı hər hansı müraciətin olub-olmadığını deyə bilmərəm”.


“Media forum” saytına danışan vəkil Dilqəm Ağayev Rəhimə Dadaşovanın açıqlamasına etiraz bildirib: “Qafqaz Müsəlmanları İdarəsi həbs olunanların ittiham olunduğu cinayət maddələri ilə maraqlansa, mənzərə aydın olardı. Nə bu idarə, nə Ombudsman Aparatı, nə də hüquq müdafiəçiləri bu şəxslərlə maraqlanırlar, bilmirlər ki, onlara qarşı hansı işgəncələr verilib. Hüquqlarını müdafiə etdiyim Tərlan İsmayılov işgəncələrə məruz qalıb. Qafqaz Müsəlmanları İdarəsi hakimiyyətin mövqeyindən çıxış edib deyir ki, bu dindar şəxslər qanun pozublar. Bəs onların hansı qanunu pozduğunu göstərə bilərmi? Bunu sübuta yetirə bilərmi? “Hicaba azadlıq” deməklə hansı qanun pozulub ki?


Əslində onlar konstitusiyada təsbit olunmuş azad toplaşma hüququndan istifadə ediblər. Əgər hansısa quruma xəbərdarlıq etmədən aksiyada iştiraka cəhd ediblərsə, bunu cəzası belə ağır olmamalı idi, bu qədər şəxsə ittiham irəli sürülməməli idi. Onların hamısı gənc şəxslərdir. Əgər sabah onlara cəza verilsə, onlar məhbusa çevrilsələr, o gənclər məhv olma təhlükəsi ilə üz-üzə qalacaq”.


Vəkil müdafiə etdiyi şəxsin hüquqlarının bərpası üçün beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı dipölomatik nümayəndəliklərinə müraciət etdiyini deyib: “İyunun 2-də mən ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Briget Buçetlə görüşdüm və o, insan haqlarının pozulması faktı olaraq baş verənlərin diqqətdə saxlanılacağını dedi”.


Hicab məhbusu Şirxan Orucovun anası Raisa Orucova mayın 8-də daxili işlər naziri Ramil Usubova, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya teleqram vurduğunu, Ombudsman Aparatı rəhbərinin müavini ilə görüşdüyünü bildirib: “Lakin idiyə qədər onların heç birindən xəbər yoxdur, heç bir reaksiya olmadı. Ombudsman Aparatından mənə dedilər ki, mayın 8-də oğlumla görüşüblər. Amma o vaxt Şirxan Nərimanov Rayon Polis İdarəsində saxlanılırdı. Mənə indi ondan xəbər lazımdır. Düz bir aydır ki, Şirxan Kürdəxanıdadır (Bakı İstintaq Təcridxanası - red.). Onun vəziyyəti necədir, nə yeyir, nə içir - xəbərim yoxdur”.


Raisa Orucova bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsində də olduğunu deyib: “İdarədə bildirdilər ki, şeyx Özbəkistanda səfərdədir. Dedilər ki, hətta burda olsa belə, sənə heç bir köməyi dəyməyəcək, nahaq yerə gözləyib vaxt itirmə. Amma mənim oğlum da, digərləri də dindar, mömin adamdırlar. Necə olur ki, bu idarə onları müdafiə eləmir? Axı onlar aksiyaya “hicab” deyib çıxıblar. Hicab isə dindarların haqqıdır. Əgər qanunu pozubsa, cəriməsi nədir, desinlər, ödəyək. Daha həbs eləmək, aylarla, bundan sonra bilmirik, bəlkə illərlə, həbsdə saxlamaq nəyə lazım?!”


Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu “Deyerler.org” saytına açıqlamasında deyib ki, QMİ-nin açıqlaması ölçülüb-biçilməmiş açıqlamadır: “Qafqaz Müsəlmanları İdarəsinin işçiləri ən azından zahirdə bu idarənin rəhbərliyinə xas politkorrektliyə riayət etsinlər. Dindarlığa gəldikdə və dindarlığa görə həbs olunmağa gəldikdə, birmənalı olaraq hicabı, yəni Allahın əmrini müdafiəyə qalxaraq tutulan insanlar elə dindarlıqlarına görə tutulublar. Əgər mətbuat xidmətində bununla bağlı çaşqınlıq varsa, QMİ-nin rəhbərliyindən və orada olan savadlı insanlardan dəqiqləşdirə bilərlər. Ən böyük mənəvi cinayət Allah yolunda tutulan insanları müdafiə etməməkdir. Bunu etməyənlər barı sussunlar!”


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment