Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanında qadınlar üçün xüsusi Quran Təhsil Mərkəzi təsis olunur. Mərkəzin təməlqoyma mərasimi iyunun 11-də Taif əyalətində keçirilib.
Quran agentliyinin “ƏL-Cəzirə” qəzetinə istinadən məlumatına əsasən, mərkəz Taif əyalətinin Quran əzbərləmə xeyriyyə Birliyinin təşəbbüsü ilə təsis olunur.
Mərkəzin təməlqoyma mərasimində Səudiyyə Ərəbistanın rəsmiləri o cümlədən bu ölkənin İslami İşlər və Vəqflər Naziri Saleh bin Əbdül-əziz Alul-Şeyx iştirak edib.
Taif əyalətinin Quran əzbərləmə Xeyriyyə Birliyinin sədri Əhməd Süheyli bildirib ki, Taif Qadınlar Təhsil Mərkəzi ölkədə ən böyük təhsil mərkəzi olacaq və Taif şəhərinin Əl-Qəməriyyə regionunda tikilir.
Təhsil Mərkəzinin tikilməsi üçün 25 milyon Səudiyyə rialı sərmayə yatırılacağı nəzərdə tutulub.
source : ایکنا