Beynəlxalq şöbə: Fələstinin Maliyyə İşlərində məsul şəxslər bu ölkədə İslam şəriətinə uyğun qiymətli kağızların (sukuk) satışa çıxarılacağını bildiriblər.
Quran agentliyinin “financeislamiquefrance” saytına istinadən məlumatına əsasən, Fələstinin Pul Təşkilatının sədri Cihad Əl-Vəzir bildirib ki, ilk dəfə bu ölkədə İslami qiymətli kağızalr satışa çıxarılacaq. “Biz nəzərdə tutmuşuq ki, cari ayın sonuna kimi (iyun) 50 milyon dollar dəyərində İslami qiymətli kağızlar Fələstində satışa çıxaraq”, -deyə Əl-Vəzir deyib.
O əlavə edib ki, bu miqdar qiymətli kağız azdır lakin bazarın dəyərləndirilməsi və bazarda hərəkət yaratmaq üçün çatar. Fikrimcə qənaətbəxş nəticə əldə etmək üçün beş il vaxt lazımdır.
O deyib ki, Fələstində investisiya sahələri məhduddur bu baxımdan qiymətli kağızlar bazarın inkişafı üçün səbəb ola bilərlər.
source : ایکنا