Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

Londonda “İslam Peyğəmbəri (s) ilə tanışlıq” adlı sərgi təşkil olunacaq

Beynəlxalq şöbə: Britaniyanın paytaxtı Londonda İslam Peyğəmbəri (s) ilə tanışlıq Beynəlxalq Birliyinin təşəbbüsü ilə iyunun 16-da “İslam Peyğəmbəri (s) ilə tanışlıq” adlı sərginin açılış mərasimi keçiriləcək.

 agentliyinin “Əl-Şərqulovsət” qəzetinə istinadən məlumatına əsasən, sərgi İslam Peyğəmbəri (s) ilə tanışlıq Beynəlxalq Birliyi, Rİcnet Park İslami Mərkəzi və Londonda İslami Sərgilər təşkilatının səyi nəticəsində ərsəyə gəlib.

İslam Peyğəmbəri (s) ilə tanışlıq Beynəlxalq Birliyinin baş katibi Adil bin Əli Əl-Şəddi bildirib ki, birliyin sərgilər komitəsinin illik proqramının bir hissəsi bu sərginin Londonda təşkil edilməsidir. Bu sərgi il boyu indiyədək Avropanın bir çox ölkələrində o cümlədən İspaniya, Danimarka və İsveçrədə təşkil olunub.

O əlavə edib ki, İslam Peyğəmbəri (s) ilə tanışlıq sərgisi ilk dəfədir ki, Britaniyada təşkil olunur. Sərgidə İslam Peyğəmbərinin (s) həyatı ,əxlaqi dəyərləri, insanlarla münasibətindən bəhs edən video, plakat və şəkillər sərgilənir. Sərgiyə baxış keçirənlər İslam dini, İslam Peyğəmbərinin (s) həatı və Quranın nazil olması ilə yaxından tanış olurlar.

Londonda təşkil olunan sərgidə “İslam nədir?”, “yaradanın vəhdaniyyəti”, “İslam Peyğəmbərinin (s) həyatı”, “Qurani-Kərim”, “Quran və elm”, “İslamda qadın” və “əl yazma nüsxələr və sikkələr” adlı bölmələr və stendlər mövcuddur.

Sərgidə qədimi Quran nümunələri, qədim İslami sikkələr və elmi əsərlər də sərgilənir. Sərginin keçirilməsindən məqsəd İslam Peyğəmbəri (s) –ın həyatı və İslam dinin gəlməsi haqqında insanları məlumatlandırmaqdır.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sentyabırın 1-i Qurban Bayramıdır – Ərəfə günü və Qurban bayramının ...
IMAM HӘSӘN ӘLEYHISSALAMIN ŞƏHADƏTİ
Azərbaycan Respublikasının xaricdə dini təhsilə qarşı yeni addımı
Dünyanın 80 ölkəsi Quran xətmi layihəsinə qoşulub
Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb

 
user comment