İmam Xamneyi cənabları məhbusların əfv olunması barədə fərman imzalayıb.
xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünya müsəlmanlarının ali lideri Ayətullah Seyyid Əli Xamneyi İmam Əlinin(əleyhis səlam) mövludu günü münasibətilə həbsdə olan 996 nəfər siyasi, hərbi və mülki məhbusun əfv olunması barədə fərman imzalayıb.
İranın Ali Məhkəmə Sisteminin rəhbəri Ayətullah Sadiq Amoli Laricani İmam Əlinin (əleyhis səlam) mövludu günü münasibətilə ali liderə məktubla müraciət edib. Məktubda 996 məhbusun əfv edilməsi xahiş olunur. İmam Xamneyi cənabları həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.
İyunun 16-da İmam Əlinin (əleyhis səlam) mövludu günü qeyd olunacaq.
source : ابنا